İnformatikanin əsaslari


Tətbiqi proqram təminatına nümunələr



Yüklə 1,28 Mb.
səhifə98/156
tarix16.12.2023
ölçüsü1,28 Mb.
#182397
növüDərs
1   ...   94   95   96   97   98   99   100   101   ...   156
nformatikanin saslari

Tətbiqi proqram təminatına nümunələr


  1. Mətn redaktorları.

6.7.1.1 Microsoft firmasının Word mətn redaktoru
Mətn redaktoru165 mətn hazırlayıb çap edən proqram kompleksidir. Ən geniş yayılmış mətn redaktoru Microsoft firmasının Word proqramıdır. Bu redaktor mətni klaviaturadan yığmağa, mətnin (və ya bir hissəsinin) üzünü və ya özünü bir yerdən başqa yerə köçürməyə, başqa redaktorlarla informasiya mübadiləsinə imkan verir.

Word – Mətn redaktorunun əsas anlayışları.


163 Системы автоматизации проектных рещений
164 ensiklopediyalar, soraq kitabları və s.

Proqram pəncərəsinin əsas hissələri.


Word-ün proqram pəncərəsinin ümumi görünüşü aşağıdakı kimidir (şəkil 1.).




    1. Title Bar (Заголовок- Başlıq Çubuğu166)

    2. Minimize (Свернуть – Minimum Kiçilt) düyməsi

    3. Restore (Свернуть в окно – Bərpa Et) düyməsi

    4. Close (Закрыть – Bağla) düyməsi

    5. Control Menu Box (Контроль меню – İdarəedici Menyü Qutusu)

    6. Menu Bar (Строка меню

Menyü Çubuğu)

    1. Standard Toolbar (Стандартная – Standart Alətlər Çubuğu)

    2. Formatting Toolbar (Форматирование – Formatlaşdırma Alətlər Çubuğu)

    3. Status Bar (Строка состояния – Vəziyyət Çubuğu)

    4. Horizontal Ruler (Горизонтальная Линейка – Üfqi Xətkeş)

    5. Vertical Ruler (Вертикальная Линейка – Şaquli Xətkeş)

    6. Scroll Bars (Полосы прокурутки

Sürüşdürmə Çubuqları)

    1. Sürüşdürmə düymələri

    2. Mətn sahəsi



Şəkil 1. Proqram pəncərəsinin əsas hissələri

Menyülər, əmrlər, qısayol düymələri və parametrlər.


İxtiyari tətbiqi proqramla müəyyən işi görmək üçün uyğun əmrdən istifadə edilir. Eyni kateqoriyaya aid olan əmrlər müəyyən adla saxlanılır ki, bunların da hər birinə menyü deyilir. Menyü adları əks etdirilən sahəyə menyü sətri və ya menyü çubuğu deyilir. Müxtəlif proqramlarda, o cümlədən Windowsla işləyən bütün proqramlarda menyülərdən və menyü əmrlərindən istifadə qaydası demək olar ki, eynidir.
Word-də əməliyyatı menyüdən əmri seçməklə, alətlər çubuqlarındakı düymədən və ya qısa yol düymələrindən istifadə etməklə yerinə yetirmək olar.


166 Buna sərlövhə sətri də deyilir. Çubuq əvəzinə bəzən panel, xətt və s. işlədilir.

Hər hansı menyünü açmaq üçün Mouse-un göstəricisini menyünün adının üzərinə gətirib sol düyməni sıxmaq lazımdır;
Menyülərin adlarında da hərflərdən birinin altından xətt çəkilir (məsələn, File (Файл – Fayl), Edit (Правка – Redaktə), Table (Таблица – Cədvəl) və s.). Lazım olan menyünü açmaq üçün klaviaturadakı [Alt] düyməsinin sıxılmış vəziyyətdə menyünün adındakı altından xətt çəkilmiş hərfə uyğun düyməni sıxmaq kifayətdir (məsələn, File (Файл – Fayl) menyüsünü açmaq üçün [Alt+F] düymələrini sıxmaq kifayətdir).
Açılmış menyüdə əmrlərin siyahısı görünür. Əmri seçmək üçün Mouse-un göstəricisini əmrin adının üzərinə gətirib sol düyməni sıxmaq lazımdır;
Menyü adlarında olduğu kimi əmrlərin adlarında da hər hansı bir hərfin altından xətt çəkilmiş olur (məsələn, New (Создать – Yeni), Paste (Вставить – Yapışdır), Save As (Сохранить как – Yeni Adla Yaddaşa Yaz) və s.). Menyüdəki əmri seçmək üçün əmrin adındakı altından xətt çəkilmiş hərfə uyğun düyməni sıxmaq kifayətdir. Məsələn, New (Создать – Yeni) əmrini seçmək üçün [N] düyməsini sıxa bilərsiniz.
Bəzi menyü əmrlərinin adlarının sağ tərəfində klaviatura düymələrinin adları göstərilir (məsələn, New (Создать – Yeni) əmrində Ctrl+N, Save (Сохранить – Yaddaşa yaz) əmrində Ctrl+S və s.). Bunlar qısayol düymələri (shortcut) adlandırılır. Menyünü açmaq üçün uyğun qısayol düymələrini sıxmaq kifayətdir;
Bəzi menyü əmrlərinin sol tərəfində kiçik rəsmlər (ikonlar və ya piktoqramlar) göstərilir. Bunlar alət düymələri adlanır. Belə əmri alət çubuqları (Toolbar) üzərindəki uyğun alət düyməsini sıxmaqla da çağırmaq olar;
Menyülərdəki bəzi adlardan sonrakı ox işarəsi göstərilir ki, bunlar da alt menyülərə malikdir. Məsələn, View (Вид – Görünüş) menyüsündəki Toolbars (Панели инструментов – Alətlər Çubuğu) alt menüdür. Alt menyünün adını seçdikdən sonra digər alt menyü və ya əmrlərin adlarından ibarət olan daha bir menyü açılır. Belə ierarxik quruluşa malik bir neçə alt menyü açıla bilər;
Bəzən əmrin adlarından sonra "…" işarəsi göstərilir. Belə əmr seçiləndə dialoq pəncərəsi açılır. Dialoq pəncərələrində həmin əmrə uyğun müxtəlif parametrlər göstərilir.
Məsələn, File (Файл – Fayl) menyüsündəki Page Setup (Параметры страницы – Səhifə Qur) əmri seçiləndə Page Setup (Параметры страницы – Səhifə Qur) dialoq pəncərəsi açılır (şəkil 2.).




Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin