İnformatikanin əsaslari



Yüklə 1,28 Mb.
səhifə95/156
tarix16.12.2023
ölçüsü1,28 Mb.
#182397
növüDərs
1   ...   91   92   93   94   95   96   97   98   ...   156
nformatikanin saslari

??????





    1. İnformasiya təhlükəsizliyi




      1. Kompüter virusları



Kompüter viruslarının tipləri. İlk kompüter virusları epidemiyası 1986-cı ildə baş vermişdir. O zaman Brain virusu ilk kütləvi fərdi kompüterlərin disketlərini ―yoluxdur- muşdu‖. Hal-hazırda kompüter şəbəkələri ilə yayılan və müxtəlif əməliyyat sistemləri ilə işləyən kompüterləri yoluxduran 10 minlərlə virus məlumdur.
Kompüter virusunun əsas xassəsi çoxalmaq (özünü nüsxələşdirmək) qabiliyyəti və fayla, disklərin yükləyici sektorlarına və sənədlərə özünü yazarkən istifadəçinin sezə bilməməsidir.
Kompüter yoluxduqdan sonra virus aktivləşib kompüteri arzuolunmaz işlər görməyə sövq edir. Virusun aktivləşməsi müxtəlif hadisələrlə, məsələn, müəyyən tarixin, həftənin gününün, proqramın işə buraxılmasının, sənədin açılmasının başlanğıcı ilə bağlı ola biləndir. Aktivləşən virus proqramı və veriləni məhv edə bilir.
Fayl virusları, yükləyici viruslar, makroviruslar və şəbəkə virusları vardır ki, bunlar da təhlükəsiz, təhlükəli və çox təhlükəli növlərə bölünür.
Fayl virusları. Fayl virusları icra edilən fayllara (proqramlara) müxtəlif üsullarla daxil olaraq aktivləşirlər. Yoluxmuş proqram işə buraxıldıqdan sonra virus operativ yaddaşa düşərək digər faylları da yoluxdurur. Lakin fayl virusları verilənlər fayllarını (məsələn, şəkil və səs fayllarını) yoluxdura bilmir.
Fayl viruslarından profilaktik müdafiənin yolu şübhəli mənbələrdən daxil olan fayllardan istifadə etməmək və antivirus proqramı ilə yoxlama aparmaqdır.


157 Proqram əlavəsinin köməyi ilə emal edilən istənilən fayl sənəd adlanır.

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin