8.9. Veb texnologiyaları
İnternet mühitində fəaliyyət göstərən ümumdünya hörümçək toru (World Wide Web) adlı qlobal hipermediya paylanmış informasiya sisteminin yaradılması 20-ci əsrin son 10 illiyində əldə edilmiş ən böyük elmi-texniki nailiyyət olmaqla, bir sıra yeni informasiya texnologiyalarının təməlini təşkil etmişdir ki, bu da nəticə etibarı ilə dərin sosial-iqtisadı dəyişikliklər törətmişdir.
Layihənin ideyası 1980-ci illərin sonunda Cenevrədə yerləşən Avropa Nüvə Tədqiqatları Mərkəzində (CERN) istifadə edilmək üçün təklif edilmişdi. Lakin qısa müddətdə bu ideya İnternetin yaranmasına gətirib çıxardı.
İnternetin informasiya servisləri
Qlobal hesablayıçı-kommunikasiya şəbəkəsi olan İnternetdə bir sıra informasiya və digər servislər mövcuddur ki, bunların da xidmətlərindən müxtəlif istifadəçilər istifadə edirlər. Bu servislərin bəziləri hamı üçün açıq olsa da, bəziləri xüsusi parol tələb edir.
Nisbətən çox istifadə edilən İnternet servislərinə: WWW, elektron poçt, fayl ötürül- məsi servisləri, telekonfrans və hesablayıcı resurslara məsafədən müraciət imkanları yaradan proqram və aparat vasitələri kompleksləri aiddir.
İnternetin bütün ibformasiya servisləri ―müştəri – server‖ arxitekturası əsasında qurulur. Bunlardan bəziləri, məsələn, WWW paylanmış informasiya resursları ilə işləyə bilir.
206
İnternet açıq sistemlərin şəbəkədə qarşılıqlı fəaliyyətinin etalon modeli (Open System İnterconnection –OSİ) standartı əsasında qurulduğundan, WWW proqram təminatı İnternetə daxil olan şəbəkələrin xüsusiyyətlərindən də asılı deyildir. Bu proqram təminatı etalon modeldə tətbiqi səviyyəyə aiddir.
Beləliklə, İnternetdə istifadə edilən aparat-proqram platformalarının bircinsli olmaması sözügedən şəbəkə servislərinin şəffaf olmasına mane olmur.
İnternetin informasiya servislərinin funksional imkanları barədə qisaca aşağıdakıları qeyd etmək olar.
Dostları ilə paylaş: |