Uzaq terminalın emulyasiyası. Bu servis istifadəçiyə uzaq terminalla öz kompüteri ilə işlədiyi kimi işləməyə imkan verir. Uzaq terminalın emulsiyası telnetprotokolunun köməyi ilə həyata keçirilir.
Bunlarla yanaşı, İnternetdə Gopher, Archievə WAISkimi ilk informasiya servisləri də hələ fəaliyyətdədir. Bu servislər istifadə sarıdan xeyli zəifləsə də hələ nəzərəçarpacaq dərəcədə istifadəçiləri öz ətrafında saxlamaqdadırlar.
Gopher servisi.Bu, vahid inteqrasiya edilmiş istifadəçi interfeysinin köməyi ilə elektronpoçt, ftp, telnetvə s. servislərə müraciəti mümkün edir. Müştəri proqramı olan Gopherözünəməxsus axtarış vasitələrinə, şəbəkə naviqasiyasına və menyüyə malik olduğundan, çox zaman onu şəbəkə proqram örtüyü də adlandırırlar.
Archie servisi.Bu, Archie-serverin yaddaşındakı disk kataloqlarının strukturu, oradakı faylların adları və müəllifləri barədə məlumat almağa imkan verir. Archieservisi müştəri sorğuları üzrə fayl axtarmağı təmin edir.
WAIS servisi. Bu, Wide Area Information Server adlı, interaktiv interfeysli, tam- mətnli aidi axtarış sistemidir.
Lakin artıq qeyd etdiyimiz kimi, bu servislər Veb tərəfindən sıxışdırılmışdır. Veb- brauzerlər adlanan veb-in müştəri proqram vasitələri həmin servislərə müraciəti təmin edir.
Ümumdünya hörümçək toru.İnformasiya servisi layihəsi şəklində meydana çıxan və sonra Ümumdünya hörümçək toruna çevrilən qlobal kompüter şəbəkəsi görünməmiş sürətlə inkişaf etməkdədir. Bu inkişafın səbəbi təkcə aktuallıq deyil, həm də Veb texnologiyasının aşağidakı üstünlükləridir:
İnformasiya resurslarına qlobal müraciətin təmin edilməsi; Müraciət vaxtına hədd yoxdur, istənilən vaxt müraciət mümkündür;
Müxtəlif tematikalara aid olan iri həcmli informasiya resurslarına sərbəst müraciət imkanının olması;
Naviqasiya üsulunun sadə və təbiiliyi;
Sistemin açıq xarakterli olması – Veb açıq sistem standartlarına əsaslanır;
İnformasiya resurslarının çap edilməsi üçün sistemin açıq olması (Veb-də heç bir mərkəzi idarəetmə orqanı yoxdur, bu, başdan-başa könüllülər sistemidir);
Veb-də informasiyanın nəşrə hazırlanmasının sadəliyi;
Həm server, həm də müştəri proqram təminatına azad müraciətin mümkünlüyü; İnformasiya resurslarının paylanması amilinin istifadəçi üçün şəffaflığı və aparat-
proqram platformalarının yekcins olmaması;
İstifadəçidən tələb olunan ixtisas səviyyəsinin minimumluğu və s.