İnformatikanin əsaslari



Yüklə 1,28 Mb.
səhifə146/156
tarix16.12.2023
ölçüsü1,28 Mb.
#182397
növüDərs
1   ...   142   143   144   145   146   147   148   149   ...   156
nformatikanin saslari

WWW servisi. Bu, qlobal şəbəkənin müxtəlif düyünlərində yerləşən paylanmış hiper-mediya informasiya resurslarına naviqasiya (axtarış) müraciəti təmin edən İnternet servisidir. Bu servisdə paylanmış informasiya resursları istifadəçilər üçün şəffafdır.
Elektron poçt. Bu, İnternet servislərinin ən populyarıdır. Elektron poçtun funksi- yası bir istifadəçinin ötürdüyü xəbəri başqa istifadəçiyə (istifadəçilərə) çatdırmaqdan ibarətdir. Bu servisin hər bir istifadəçisi özünün elektron ünvanına malikdir. Bu ünvan onu İnternet mühitində fərdi şəkildə təyin etməyə imkan verir. İstifadəçinin elektron ünvanı ona xidmət göstərən poçt serverindəki İnternet düyününün domen adından və həmin serverdə təkrarı olmayan istifadəçi identifikatorundan ibarətdir.
Məsələn, vizit kartındakı e-mail: student@econ.adiu.az yazısı kart sahibinin elek- tron ünvanıdır. Burada: student elektron poçt serverində onun istifadəçi identifikatoru, econ.adiu.az- xidmətedici düyünün domen adı, @- ayırıcı simvoldur. İstifadəçiyə gələn xəbər poçt serveri tərəfindən onun poçt qutusuna yerləşdirilir. Müştəri proqram təminatının köməyi ilə istifadəçi öz poçt qutusuna baxa bilir, oradakı faylları silə bilir, oraya fayl daxil edə bilir və s.
Faylötürmə servisi. Bu, ftp (File Transfer Protocol) protokoluna əsasən iş görür. Bu səbəbdən, faylötürmə servisi qısaca, ftp servisi adlnır. Bu servisin istifadəçiləri müva- fiq parol yığmaqla, onları maraqlandıran poçt-serverlərdəki arxiv fayllarına müraciət edərək həmin faylları lazımi ünvanlara ötürə bilirlər. Ftp-serverdəki ümumistifadə fayllarına anonim (parolsuz) müraciət də mümkündür.
Telekonfranslar. Telekonfrans servisi insanlar qrupunu müəyyən problem ətrafında ünsiyyət keçirməyə şərait yaradır. Bu servisdə konfrans iştirakçıları bir-birinə xəbər ötürüb qəbul edə bilirlər. Telekonfransın 2 növü vardır: informasiya yayımı siyahıları

qaydada idarə edilir. Bu konfransın iştirakçısı olmaq üçün konfrans inzibatçısına və ya serverə xəbər göndərməklə yazılmaq lazımdır. Yalnız bundan sonra iştirakçı olmaq istəyənin elektron ünvanı yayım siyahısına düşür. 2-ci növ konfranslar interaktiv rejimdə fəaliyyət göstərir. Bu halda verilmiş qrup iştirakçıları üçün nəzərdə tutulan xəbərlərin saxlandığı veb-serverə müraciət etmək kifayətdir.

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin