Mətniaxtarışsahəsininproblemləri.Müasir dövrdə mətni axtarış problematikası olduqca genişlənmişdir. Belə ki, buraya: konkret axtarış modellərinin inkişafı; sistemlər üzərində eksperiment aparılması, onların testləşdirilməsi və qiymətləndirilməsi metodo- logiyası; mətni axtarışın reallaşdırılması metodları; mətni axtarış və VB texnologiya- larının inteqrasiya edilməsi üçün tətbiq edilən yanaşmalar; Veb mühitində axtarış; verilənlərin sıxılması metodları; sorğuların emalı səmərəliliyinin qiymətləndirilməsi; təbbi dilin emalı; mətn sənədlərinin təsnifləşdirilməsi və klasterləşdirilməsi metodları; elektron kitabxanalardakı informasiya axtarışı üzrə proqram əlavələri; mətnlərin dərin təhlili; multimediya informasiyasının indeksləşdirilməsi və axtarışı texnologiyaları;
―insan – kompüter‖ interfeysləri və s. aiddir. Bu istiqamətlərin hamısında böyük uğurlar əldə edilmişdir.
Mətni axtarış sistemləri həm baza funksiyalarının icra mexanizmlərinin təkmilləş- diriliməsi, həm də əlavə imkanların yaradılması istiqamətində inkişaf etdirilir. Əlavə imkanlardan bəziləri aşağıdakilardır:
Axtarış dəqiqliyinin yüksəldilməsi. İstifadəçi sorğusundaskı termlər müxtəlif qiy- mətlilik nümayiş etdirdiyindən, bəzi sistemlər sorğuda iştirak edən termlərin əhəmiy- yətini xarakterizə edən əmsallar da verir. Bu informasiya relevantlığın qiymətləndiril- məsi zamanı istifadə edilərək axtarış dəqiqliyini yüksəltməyə imkan verir.
Sorğularagörəsənədlərinranqlaşdırılması.Bir sıra səbəblərə görə mətni axtarış
dərəcədə uyğun gələn sənədləri sorğuya yaxınlıq dərəcəsinə görə ardıcıl düzmək lazım gəlir.
Relevantlıqüzrəəks-əlaqə.Bu, axtarışın nəticəsi istifadəçini təmin etmədikdə sor- ğunu dəqiqləşdirmək üçün yaradılan imkandır. Yəni axtarışın nəticəsi kimi təqdim edilmiş sənədlərin siyahısında istifadəçini təmin etməyən sənədlərin qeyd edilməsi yolu ilə axtarışın dəqiqləşdirilməsi həyata keçirilir.
İstifadəçi sorğularının avtomatik genişləndirilməsi. Bu, istifadəçi sorğusuna avto- matik əlavələr edilməsi yolu ilə edilir və axtarışın səmərəliliyini artırır.
Sənədlərin avtomatik indeksləşdirilməsi. Bu, işi əhəmiyyətli dərəcədə sürətləndirir.
Multi-dilli axtarış. Bu, bir neçə təbii dildə təqdim edilmiş sənədləri axtarmağa im- kan verir. Burada əsas problem sənəd və ya onun fraqmentinin hansı dildə tərtib edil- diyini düzgün təyin etməkdən ibarətdir.
Kross-dilli axtarış. Bu o halda tətbiq edilir ki, sorğu bir dildə, axtarılan sənəd isə başqa dildə tərtib edilmiş olsun. Burada, ilk növbədə, sorğu və sənədin hansı dillərdə tərtib edildiyi müəyyən edilir, sonra ya sorğu sənədin, ya da sənəd sorğunun dilinə tərcümə edilir.
VBsistemlərindəmətniaxtarış.VB resurslarının mətn sənədləri kolleksiyaları ilə inteqrasiya edilməsi mühüm əhəmiyyət daşıyır. Bir sıra relyasiyalı və obyekt-relyasiyalı serverlərdə, məsələn, İBMkompaniyasının DB2, Oraclekompaniyasının OracleCorp., MicrosoftCorp. kompaniyasının SQLServer7.0və SQL-server2000 VBİS-lərində mətni axtarış mexanizmləri mövcuddur. Lakin bu sistemlərdəki axtarış yalnız məntiqi (bul) modelə əsaslanır.
Veb-də mətn resurslarının axtarışı. Veb resursları zənginləşdikcə bu mühitdə mətni axtarış aktuallaşır. Çünki ənənəvi naviqasiya mexanizmləri informasiya resurslarına kifayət qədər operativ müraciəti təmin etmir. Vebmühitində ilk mətni axtarış axtarışmaşınlarıvasitəsilə icra edilirdi və bu zaman yalnız aidi axtarış aparmaq mümkün idi. Sonralar Vebmühitində məntiqi (bul) axtarışı tətbiq edildi. Hal-hazırda bir sıra universal və predmet oblastına yönəldilmiş Veb-axtarış sistemləri mövcuddur. Bunlardan: çoxdilli AltaVista, Yahoo!, Google və s. nəhəng axtarış sistemlərini misal göstərmək olar.
Sözügedən istiqamətdə növbəti ciddi uğurlar XML platforması standartlarına əsaslanan yeni nəsil texnologiya ilə bağlı olacaqdır. Çünki bu texnologiya axtarış
Mətniaxtarışsistemləriqarşısındaqoyulanəsastələbləraşağıdakılardır: Çox iri sənəd kolleksiyaları ilə səmərəli mətni axtarışın təmin edilməsi;
Sənədin və sorğunun məzmununu daha yaxşı təqdim edən metodların işlənib hazırlanması;
Mətn, şəkil, audio, video və s. təbiətli sənədlərin birgə emalı imkanının yaradılması;
Həm statik sənədlərin, həm də sənəd axınlarındakı sənədlərin axtarışını təmin edən səmərəli metodların işlənib hazırlanması;
Mətni axtarış sistemlərinin qiymətləndirilməsi metodologiyasının yaradılması.