İNŞaat fakultəSİ İCTİMAİ FƏNLƏr kafedrasi fənnin adi: Azərbaycan tarixi MÖvzu 1 : Azərbaycan tarixinə giriş



Yüklə 436,25 Kb.
səhifə21/109
tarix02.01.2022
ölçüsü436,25 Kb.
#35015
1   ...   17   18   19   20   21   22   23   24   ...   109
tarix

E.ə. III minilliyin II yarısında Azərbaycanın cənubunda –Urmiya gölünün cənubunda Lullubi tayfa birliyi yaranmışdır. Lullubilər Assuriyanın Nuzi şəhərində də məskunlaşmışlar və buranın hürri tayfası ilə yaxın əlaqədə olmuşlar. Hürrilər lullubiləri nullu (nullahi) adlandırırdılar. Bu adı özgə, yadelli kimi başa düşürdülər.

Həmin dövrdə Şərqi Anadoluda məskunlaşan het tayfaları öz qüdrətli dövlətlərini yaratmışdılar. Lullubilər hürri və het dövlət idarələrində işə cəlb olunurdular. Onlar muzdlu döyüşçü kimi orduda da xidmət edirdilər.

Lullubi ərazisindəki xırda dövlət qurumları birləşərək, Akkad dövlətinin işğalçı siyasətinə qarşı hərbi ittifaqlar yaratmışdılar.

E.ə. XXIII əsrin sonu – XXII əsrin əvvəlində Urmiya gölündən cənubda güclü Lullubi dövləti yarndı. Hökmdar Anubanininin dövründə dövlət daha da qüvvətlənmişdi. Anubanininin uğurları “Daş sütün” və “Qələbə abidəsi” üzərində mixi yazılarda həkk olunmuşdur.

Urmiya gölündən qərbdə və cənub-qərbdə məskunlaşan Kuti tayfa birliyi əsasında e.ə. III minilliyin II yarısında Kuti (yaxud Kutium) dövlət qurumu meydana gəldi.

Kutilər daha çox Akkad ilə hərbi münaqişələrə girirdilər. Kutilər Şumer şəhərləri ilə müttəfiqlik edərək e.ə. XXII yüzilliyin əvvəllərində Müsopatamiyaya hüsum edib, Akkad dövlətini süquta uğratdılar. Mesopatamiya 100 ilə yaxın kutilərin hakimiyyəti altında qaldı.

Kutilər Mesopatamiyanın dövlət quruluşunda əsaslı dəyişiklik etmədilər. Ölkə, əsasən yerli şumer və akkad nümayəndələrindən təyin olunmuş canişinlər vasitəsilə idarə edirilirdi.

Bu zaman Kuti dövlətinin sərhədləri uzanıb şimalda Urmiya gölünün qərbindən cənubda İran körfəzinə çatmışdı.




Yüklə 436,25 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin