İNŞaat fakultəSİ İCTİMAİ FƏNLƏr kafedrasi fənnin adi: Azərbaycan tarixi MÖvzu 1 : Azərbaycan tarixinə giriş



Yüklə 436,25 Kb.
səhifə29/109
tarix02.01.2022
ölçüsü436,25 Kb.
#35015
1   ...   25   26   27   28   29   30   31   32   ...   109
tarix

Girdman knyazlığı

VI əsrin sonu VII əsrin əvvəllərində Albaniyada mehrani nəsli möhkəmlənmişdi. Bu nəslin nümayəndələri sasanilərlə qohum olub Albaniyanın Girdman vilayətini idarə edirdilər.

629-630-öcu illərdə Xəzər xaqanlığında daxili çəkişmələrin güclənməsi ilə Xaqanın öldürülməsi mühranilərin müstəqilik qazanması üçün şərait yaratdı. Varaz Qriqor (630-642) Albaniyanın knyazı oldu Varaz Qriqor sasanilərlə yaxınlıq etdiyindən, oğlu Cavanşiri ərəblərə qarşı aparılan müharibəyə göndərmişdi. Cavanşir 7 il ərəblərə qarşı aparılan ağır döyüşlərdə qəhrəmanlıqla vuruşmuşdu. Musa Qalanqatlı “Alban tarixi” əsərində yazır ki, Cavanşir döyüşlərə getməzdən əvvəl məbədə gəlir dizi üstə durub allahdan ona döyüşlərdə qüvvət verməsini istəyirdi.

642-ci ildən böyük Knyaz titulu ilə Albaniyanın idarə etməyə başlamışdı. Onun hakimiyyəti dövründə Albaniyanın sərhədləri qərbdə İberiya, şimalda “Hun qapıları adlandırılan Dərbəndə, cənubda isə Araz çayına qədər çatırdı.

Cavanşirin xarici siyasətinin əsas məqsədi Albaniyanın bütövlüyünü və mütəqilliyini qoruyub saxlamaq idi. Ərəblərin Azərbaycanın cənubundan-Atropatenadan Albaniyaya basqınlarının güclənməsi Cavanşiri güclü bir dövlətə-Bizansa sığınmağa məcbur etmişdi. Bizans hökmdarı II Konstant 660-cı ildə Cavanşiri himayəsinə qəbul etmiş və ittifaqa girmişdi. Lakin Bizansın getdikcə zəifləməsi və ərəb dövlətinin güclənməsi şəraitində Cavanşir ərəblərə yaxınlaşmağa başladı. 667-ci ildə ərəb xəlifəsi Muaviyənin Dəməşqdəki sarayına gələrək onun vassallığın qəbul etdi və ölkəsini dağıntıdan xilas etdi. 670-ci ildə xəlifə müaviyə ilə ikinci dəfə danışıqlar aparıb Albaniyanın daxili müstəqiliyini qoruyub saxladı.

680-ci ildə tarixdə səbəbi dəqiq bilinməyən saray çevrilişi nəticəsində Cavanşir öldürüldü. Onun yerinə qardaşı oğlu Varaz Tridat (680-699) keçdi. Varaz Tridat Cavanşirin siyasətini davam etdirərək xəzərlərin (hunların) ölkəyə hücumlarının qarşısını aldı və onlarla sülh bağladı.

VII əsrin 90-cı illərində Cənubi Qafqaz illərində Cənubi Qafqaz uğrunda Bizans -ərəb qarşıdurması gücləndi Varaz Tridat ərəblərlə yaxınlıq etdiyinə görə 69-cu ildə Bizans tərəfindən hakimiyyətdən salındı və o, beş il Konstantinopolda əsrlikdə qaldı.

705-ci ildə hakimiyyətə qayıtmış Varaz Tridat ərəb təəbəliyini qəbul etdi.Bu vaxtdan Albaniya faktiki olarq ərəblərin hakimiyyəti altına düşdü. Varaz Tridaf sonra Albaniyanı ərəb əmirləri idarə edirdilər.

Erkən orta əsrlərdə Albaniyanın maddi və mənəvi mədəniyyətində müəyyən inkişaf baş vermişdi. Şəhər həyatı, memarlıq abidələri inşa edilmişdir. Bu devirdə ölkədə çoxlu qalalar, abidələr, saraylar, kilsə və məbədlər tikilmişdir. Belə abidələrdən Alazan çayı sahilindəki Torpaqqala, Ağdamdakı Govurqala, İsmayıllıdakı Cavanşir qalası, Şirvan səddi, Dərbənd səddi və başqaları Alban memarlığının çox yüksək səviyyədə olduğunu göstərir.

Albaniya dünyada xristianlığın ən qədim mərkəzlərindən biri olduğundan cəmiyyətin mənəvi həyatında bu din güclü təsirəmalik olmuşdur.

Albanların öz yazısı, öz təqvimi və məktəbləri var idi.

Albanların yazı ilə tanışlığı eradan əvvəl I minilliyin ortalarına düşür.İlk orta əsrlərdə 52 hərfli Alban Əlifbası var idi.

V əsrdə Albaniyada məktəblər var idi. B məktəblərdə zədaganların, ruhanilərin uşaqları, bilik alırdı. Musa Qalanqatlı yazır ki, padişaf Vaçaqanin əmri ilə ölkədə çoxlu məktəblər açılmışdı. Bu məktəblərdə uşaqlar xristinalıq ruhunda təhsil alırdılar. Qaynaqlarda V əsrin sonunda hətta kənd yerlərində məktəblərin açılması bildirilir.

Albanlar ilk vaxtlar Ay təqvimindən, IV əsrin ortalarından isə İskəndəriyyə (Misir) təqvimindən istifadə etmişlər. Bu təqvimdə ilin başlanğıcı avqustun 29-u götürülürdü.

Torpaq üzərində xüsusi feodal mülkiyyət Albaniyada iki formada mövcud idi. 1.icma torpaq sahibliyinin dağılması və torpaqların dövlət tərəfindən hakim sinfin nümayəndələrinə mülk hüququmda paylanması nəticəsinə meydana çıxmış şərtsiz və irsi torpaq sahibliyi (dostakert); 2-torpaqların dövlət tərəfindən hakim sinfin nümayəndələrinəvassal xidməti müqabilində müvəqqəti olaarq paylanması nəticəsində meydana çıxmış şərti torpaq sahibliyi (Xostak).Dostakertlərin sahibləri hökmdar və irifeodallar, xostakların sahibləri isə xırda qulluqçular və ruhanilər idi.Xüsus feodal torpaq mülkiyyətinin bu iki forması ilə yanaşı məbəd və kilsələrə məxsus torpaq mülkiyyəti, eləcə də icmavəxüsusi kəndli mülkiyyətləri mövcud idi.Albaniyanın vilayətlərində kənd təsərrüfatı inkişaf etmişdi. Əhali taxılçılıq, bostançılıq, üzümçülük və maldarlıqla məşğul olurdular.

Erkən orta əsrlərdə əhalidən natural halında vergilər yığılırdı. İmtiyazsız kütlə üçün vergi könüllü idi. Kilsənin xeyrinə yığılan onda bir vergisi geniş yayılmışdı. Bu vergini bütün xrsitian əhali ödəyirdi.Onda bir vergisi kənd təsərrüfatı məhsullarından alınırdı.

Bu vergilərdən başqa Aquen qanunlarında ölkənin ruhunun rahatlaması üçün qohumlarının ildə bir dəfə ayrıca bir vergi verməli olduğu qeyd olunurdu.

Hac adlı can vergisi başlıca olaraq əyanlar verirdi.

İcmaçı kəndlilər can vergisi ge gexitlə yanaşı məhsulu 1/5 dən ibarət torpaq vergisi, sənətkar və tacirlər isə kömrün haqqı olaarq bac verirdilər. Atropatenada isə 20 yaşından 50 yaşınadək bütün kişilər həm can vergisi, həm də torpaq vergisi (xərac) ödəyirdilər. Bu vergilərdən başqa əhalidən şəhər divarlarının tikilməsi və kanalların çəkilməsi üçün vergi yığırdılar.

Bütün sasanilər dövlətində torpaqlar ölçülüb siyahıya alındı. Kəndlilərin üzərinə məhsulla deyil, pulla ödənilən vergilər qoyulurdu.

Albaniya üç yüzillikdən çox sasani əsarətinə məruz qalmışdır.Bu illər ərzində məruz qalmışdır. Bu illər ərzində əhali vergilərdən əzab çəkmişdi.

Kəndlilərin becərdikləri məhsulun üçdə biri xərac adı ilə onların əlindən alınırdı.

Bac adlanan vergi camata ağır yük idi.Bütün yığılan vergilərdən əlavə əhali ilin müəyyən günlərini dövlətin xeyrinə işləməli idi. Bu əmək mükəlləfiyyəti kac adlanırdı.

Atropatenada torpaqların miqdarı,vergi ödöəyəcək adamların sayı müəyyən edilmiş, torpağın məhsudarlığına və əhalinin sayına uyğun olaraq mahallar və məntəqələr üzrə bölünmüşdü.

Sasani şahları özlərinə dayaq yaratmaq üçün öləkinin strateji əhəmiyyəti olan yerlərə iran dilli tayfaları yerləşdirdirirdilər. Bu tayfalar Şimali Kavin Deyləm bölgəsində köçürülüb gətirilirdi.

Onlar Abşeron yarımadasından Dərbəndə kimi uzanan əraziyə tatlar lahicların İsmayıllı rayonuna talışları isə Masallı rayonu və Əcəzərin cənubunda yerləşdirdilər.



Yüklə 436,25 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin