İNŞaat fakultəSİ İCTİMAİ FƏNLƏr kafedrasi fənnin adi: Azərbaycan tarixi MÖvzu 1 : Azərbaycan tarixinə giriş



Yüklə 436,25 Kb.
səhifə37/109
tarix02.01.2022
ölçüsü436,25 Kb.
#35015
1   ...   33   34   35   36   37   38   39   40   ...   109
tarix

2. Səlcuk türkləri və Azərbaycan

XI əsrdə səlcuqların meydana çıxması ilə Yaxın və Orta Şərq xalqlarının tarixində yeni mərhələ başlandı. Səlcuqların adı oğuz türklərinin ən böyük boylarından biri olan qınıq tayfasının başçısı Səlcuqun adından alınmışdı. Onlar əvəllər Xəzər dənizi ilə Aral dənizi arasıbdakı ərazidə köçəri həyat sürmüşdülər. X əsrdə Sır-Dərya və Amu-Dərya çayları hövzəsinə köçərək burada məskunlaşmış və islamı qəbul edərək böyük siyasi qüvvəyə çevrilmişdilər. Onlar Qaraxanilər və Qəznəvilər dövlətləri ilə gah müharibə, gah da dinc şəraitdə yaşamışdılar. Səlcuqlar bu dövlətlər tərəfindən sıxışdırılmış və onlar qərbə axın etmişdilər. Səlcuqun nəvələri Toğrul bəy və Cağrı bəy səlcuqları bir bayraq altında birləşdirdilər. Onların əsas hədəfi Kiçik Asiya, Bizans torpaqları olmuşdu. Toğrul bəyin göstərişi ilə qardaşı Cağrı bəy 1015-ci ildə Bizansa qarşı ilk kəşfiyyat xarakterli yürüşə çıxdı. Səlcuqlar Bizans qoşunlarına qalib gəlib Van gölü hövzəsini ələ keçirdi, Naxçıvan və onun ətrafındakı Azərbaycan torpaqlarını nəzarət altına aldılar. Lakin onların sayı az olduğu üçün burada möhkəmlənə bilməyib 1021-ci ildə geri döndülər.

XI əsrin əvvəllərində səlcuqlar Qəznəvilərin hakimiyyəti altında olan Xorasanda məskən saldılar. 1038-ci ildə Nişapuru ələ keçirdilər və mərkəzi Nişapur olan Səlcuq dövlətinin əsası qoyuldu. Dövlətin başçısı Toğrul bəy (1038-1063) sultan titulunu qəbul etdi. Onun dövründə Səlcuq dövləti daha da qüvvətləndi. 1040-cı il mayın 23-də (avqustun 26-da) Dəndənəkan döyüşündə səlcuqlar Qəznəvilər üzərində qəti qələbə çaldılar. 1043-cü ildə paytaxtı Nişapurdan Reyə köçürdülər. Dəndənəkan döyüşündən sonra qərbə doğru yol açıldı. Yaxın və Orta Şərqdə feodal dağınıqlığı Səlcuqların bu əraziləri ələ keçirmələrinə şərait yaratdı.1048-ci ildə Mərv şəhərində keçirilən qurultayda Qərb və Şərq torpaqlarının tutulması qərara alındı. Həmin il sentyabrın 18-də səlcuq-Azərbaycan türk ordusu Şərqi Anadoluda Bizans-erməni-gürcü feodallarının birləşmiş qüvvələrini darmadağın etdi. Beləliklə, sultan Toğrulun hakimiyyətinin ilk illərində Xorasan, Xarəzm və İranın qərbi səlcuqların əlinə keçdi. 1055-ci ildə Bağdad daxil olmaqla İraq işğal edildi. Xəlifə sultan Toğrulu bütün “ Şərqin və Qərbin hökmdarı” kimi tanıdı. Səlcuq imperiyası Mərkəzi Asiyadan Aralıq dənizi sahillərinə, Dərbənd keçidindən İran körfəzinə qədər ərazini əhatə edirdi.

Feodal dağınıqlığı, vahid dövlətin olmaması Azərbaycanın səlcuqlar tərəfindən tutulmasını asanlaşdırdı. Azərbaycanın yerli türk tayfaları səlcuqların soydaşları idilər. Səlcuqların Azərbaycana hücumu türk tayfalarının buraya üçüncü böyük axını idi. Cənubi Qafqazın müsəlman xalqları səlcuqları Bizans-gürcü-erməni təcavüzünə qarşı mübarizədə özlərinin müttəfiqi hesab edirdilər. Bir-biri ilə çəkişən Rəvvadilər, Şəddadilər və Şirvanşahlar birləşib səlcuqlara müqavimət göstərə bilmədilər. 1054-cü ildə sultan Toğrul Təbrizə yaxınlaşdı, Rəvvadi hakimi Vəhsudan müqavimət göstərmədən onun hakimiyyətini qəbul etdi. Xoy və Səlmas şəhərinin müqaviməti heç bir nəticə vermədi. Sultan Toğrul Gəncəyə hücum etdi. Şəddadi hakimi Əbüləsvar Şavir müqavimət göstərmədən tabe oldu və Bizans-erməni-gürcülərə qarşı birgə hərəkət etmək üçün onlarla saziş bağladı.

1066-cı ildə Səlcuqlar sərkərdə Qaratəkinin başçılığı ilə Şirvana hücum etdilər. Onlara ciddi müqavimət göstərilsə də, heç bir nəticə vermədi. Şirvanşah I Fəribürz səlcuqlara tabe oldu. “Şirvanşah” titulundan məhrum edildi, lakin daxili müstəqilliyini saxladı. Beləliklə, Şirvanın tutulması ilə Azərbaycanın Səlcuq imperiyasının tərkibinə qatılması başa çatdı.

Azərbaycanın Səlcuq imperiyasının tərkibinə qatılması onun sonraki tarixi müqəddəratında mühüm rol oynadı. Hələ Səlcuqlardan əvvəl Azərbaycan qədim türk tayfalarının, o cümlədən oğuz türklərinin yaşadığı ərazi idi. Azərbaycan Sasani və ərəb imperiyası tərkibində olarkən burada xalqın təşəkkül tapması prosesi gedirdi. Xilafətin dövründə Azərbaycanda islam-türk etnik siyasi amili daha da gücləndi. Xilafət parçalandıqdan sonra Qafqazda Bizans-xristian amilinə qarşı islam dünyasının başlıca etnik siyasi amili Azərbaycan türkləri idi. Gürcü və erməni feodallarının müsəlman türklərinə qarşı yeritdikləri siyasətin məqsədi türk müsəlman amilini Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq və Azərbaycan torpaqlarını öz aralarında bölüşdürmək idi.

Azərbaycan Səlcuq imperiyası tərkibinə qatıldıqdan sonra türk tayfalarını yeni dəstələri burada məskunlaşmağa başladı. Eyni kökə, eyni dilə, eyni dinə malik olan oğuz-səlcuq türkləri qədim yerli türklərlə qaynayıb qarışdılar. Hələ VII-VIII əsrlərdə təşəkkül tapmağa başlayan Azərbaycan xalqının formalaşması tam başa çatdı.

Erməni və gürcü feodalları müsəlman türklərinə qarşı məkrli siyasətlərini həyata keçirmək üçün Qərbi Avropa cəngavərləri və Bizans imperiyasına arxalanırdılar. Səlcuqların axınları nəticəsində Cənubi Qafqazda və Ön Asiyada oğuz-türk tayfaları başlıca etnik amilə çevrildi, bu isə Yaxın və Orta Şərqin sonraki tarixində mühüm rol oynadı. Bu amil Avropa feodallarının Şərq torpaqlarını işğal etmək planlarını pozdu. Xaç yürüşləri zamanı səlcuqların onlara vurduğu sarsıdıcı zərbələr Avropalıların Yaxın və Orta Şərqin xəritəsini dəyişməyə qoymadı. Səlcuqların hücumları Cənubi Qafqazda möhkəmlənməyə çalışan Bizans-erməni-gürcü təcavüzünün qarşısının alınmasında mühüm rol oynadı. Onların Cənubi Qafqazda möhkəmlənmək planı boşa çıxdı.

Orta əsrlərin başqa iri imperiyaları kimi Səlcuq imperiyasının da ömrü uzun olmadı. Natural təsərrüfat şəraitində əmtəə-pul münasibətləri başlıca iqtisadi amilə çevrilə bilmədi. Ona görə də Səlcuq imperiyasının əhatə etdiyi geniş ərazidə vahid iqtisadi və siyasi mərkəzə malik mərkəzləşdirilmiş dövlətin uzun müddət yaşaması çətin idi. Qalibiyyətli hərbi yürüşlər dövründə oğuz-səlcuq hərbi siyasi birliyinə əsaslanan Səlcuq dövləti XI əsrin sonlarında işğalların dayanması ilə tənəzzül etməyə başladı. Vaxtilə xidməti müqabilində geniş torpaq sahələri ələ keçirmiş əyanlar, sərkərdələr mərkəzi hakimiyyətə tabe olmaq istəmir, müstəqilliyə can atırdılar. Əsarət altına alınmış ölkələrin və xalqların azadlıq mübarizəsi gücləndi. Xaç yürüşləri zamanı Kiçik Asiyanın dəniz sahillərinin, Suriyanın və Fələstinin itirilməsi səlcuq dövlətinin zəifləməsinə təsir göstərdi. Axırıncı səlcuq hökmdarı Sultan Səncərin (1118-1157) dövründə Səlcuq dövləti faktiki olaraq ayrı-ayrı hissələrə parçalandı. Bu dövlətlər səlcuq sultanları vəlihədələrinin tərbiyəçiləri- atabəylər tərəfindən idarə edilirdi.


Yüklə 436,25 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin