İNŞaat fakultəSİ İCTİMAİ FƏNLƏr kafedrasi fənnin adi: Azərbaycan tarixi MÖvzu 1 : Azərbaycan tarixinə giriş


Ərəb zülmünə qarşı xalq üsyanları.Xürrəmilər hərəkatı



Yüklə 436,25 Kb.
səhifə33/109
tarix02.01.2022
ölçüsü436,25 Kb.
#35015
1   ...   29   30   31   32   33   34   35   36   ...   109
tarix

3.Ərəb zülmünə qarşı xalq üsyanları.Xürrəmilər hərəkatı

748-ci ildə yerli əyan İbni səfvanın başçılığı ilə Beyləqanda başlanmış üsyan tezliklə Ərdəbilə və Bərdəyə yayıldı. Əməviləri əvəz edən Abbasilər üsyanı amansızlıqla yatıraraq üsyançılara divan tutdular. 752 – ci ildə Şəmkirdə, VIII əsrin 90-cı illərində Ərdəbil, Şirvan və Aranda baş vermiş üsyanlar da böyük ordu göndərilməsi hesabına amansızlıqla yatırıldı.

Xürrəmilərin 808-ci ildə baş vermiş ikinci çıxışı Harun ər – Rəşidin göndərdiyi 10 minlik ərəb ordusu tərəfindən yatırılmışdı.

816-cı ildən Xilafət ağalığına qarşı azadlıq uğrunda böyük bir hərəkata başçılıq edən Babək üçün kimin hansı dinə mənsub olması deyil, kimin tərəfində durması daha vacib idi. Ərəblərdən narazı olan bütün qüvvələr Babəkin ətrafına toplanmışdı. Mənbələrə görə, Babək sayı 300 min nəfərdən çox olan böyük bir qüvvəyə malik idi. Babək müsəlmanları da, xürrəmiləri də, xristianları da bir bayraq altında birləşdirərək Cilafətə qarşı 20 ildən artıq müddətdə fasiləsiz olaraq azadlıq müharibəsi aparmışdır.

822-ci ildə Babəkə qarşı İbn Məhəmmədin başçılığı ilə göndərilmiş ərəb ordusu Bərdə yaxınlığındakı döyüşdə darmadağın edildi və ərəb sərkərdəsi öldürüldü. 823/824-cü ildə Babək yeni bir ərəb ordusunu da darmadağın etdi və ordu başçısı Əhmədi əsir götürdü. Bu qələbə nəticəsində Babək Bərdə, Ərdəbil, Naxçıvan, Beyləqan və Şirvanı tamamilə azad edərək öz silahdaşı Rüstəmi Azərbaycanın şimal torpaqlarına - Arana hakim təyin etdi.

829/830 – cu ildə Babək xilafətin daha bir ordusunu ağır məğlubiyyətə uğratdı. Babək ən böyük qələbəsini 830-cu ildə baş vermiş Həmədan döyüşündə qazandı. Bu qələbə nəticəsində Azərbaycanın bütün torpaqları ərəblərdən təmizləndi və Vətənimiz müvəqqəti də olsa, xilafətin əsarəti altından çıxdı.

833-cü ildə baş vermiş II Həmədan döyüşündə Babək böyük itki verərək ağır məğlubiyyətə uğradı. Mənbələrdə onun itkisi azı 60 min nəfər göstərilirdi. Xəlifə Misirdə Bizansla müharibədə ad qazanmış çox isdedadlı sərkərdəsi, türk Afşin Heydər İbn Kavusu Babəkə qarşı vuruşan bütün qoşunların baş komandanı təyin edərək müharibə üçün ondan heç bir vəsaiti əsirgəmədi.

Babəkə qarşı 836-cı ildə döyüşə girən türk sərkərdəsi Buğa Həşdadsər dağı yaxınlığında ağır məğlubiyyətə uğradı. Buğa qaçmaqla canını qurtara bildi. Xürrəmilər bütün ərəb ordugahını, pul və silahları ələ keçirdilər.

837-ci ildə Babəkin ərəblərlə son döyüşü Bəzzdə baş verdi. Ərəblər od püskürən və mühasirə qurğularından istifadə edərək amansız döyüşlərdən sonra Bəzz şəhərini ələ keçirdilər. Babək Bağdad yaxınlığındakı Səmarra şəhərinə göndərildi.

Babəkin başçılığı ilə Xilafətə qarşı aparılmış azadlıq müharibəsi tariximizin ən parlaq səhifələrindən biridir. Babək üç qitədə yerləşən böyük bir dövlətlə 20 illik savaşda düşmənin 225 mindən çox əsgərini və çoxlu ərəb sərkərdəsini məhv etmişdi. Bu itkilər Xilafəti dərindən sarsıdaraq zəiflətmişdi.



Yüklə 436,25 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin