İNŞaat fakultəSİ İCTİMAİ FƏNLƏr kafedrasi fənnin adi: Azərbaycan tarixi MÖvzu 1 : Azərbaycan tarixinə giriş


Azərbaycan xalqının və dilinin təşəkkülü



Yüklə 436,25 Kb.
səhifə34/109
tarix02.01.2022
ölçüsü436,25 Kb.
#35015
1   ...   30   31   32   33   34   35   36   37   ...   109
tarix

4.Azərbaycan xalqının və dilinin təşəkkülü

Arxeologiya, antropologiya və digər elm sahələrində çalışan alimlərin araşdırmaları Azərbaycan türklərinin Cənubi Qafqazın ən qədim və köklü əhalisi olmasınıtamamilə sübut edir. Azərbaycan türkləri bir xalq kimi tarixən Dərbənddən Həmədana, Xəzər dənizindən Şərqi Anadoluyadək olan böyük bir ərazidə təşəkkül taparaq formalaşmışdır.

Cənubi və Şimali Qafqazda mis – daş dövründə ən geniş yayılmış antropoloji tip Kaspi (Xəzər) tipidir.

Azərbaycan, indiki Ermənistan və indiki Gürcüstan ərazisində üzə çıxarılan paleoantropoloji tapıntılar Cənubi Qafqazda Kaspi tipinə ( onu Oğuz da adlandırırlar) mənsub olan əhalinin üstünlük təşkil etdiyini sənədləşdirmişdir.

İstər Qafqazın cənubundan, istərsə də şimaldan əldə edilən paleoantropoloji tapıntılar bölgənin ən qədim əhalisinin uzunbaşlı, naziksifətli, nazik – kəskin çıxıntılı burun sümüyü kimi morfoloji əlamətlərə malik olduğunu göstərir və bunlar indiki Azərbaycan türklərinin aid edildiyi Kaspi (Oğuz) tipinin əsas əlamətləri hesab edilir.

Erməni və gürcülər Qafqazın ilk yerli sakinləri deyillər. Onlar bu ölkəyə gələndə burada başqa xalqın (yəni, türklərin – Red.) varisləri yaşayırdılar.

Tarixdə bəlli olan əsil həqiqət ondan ibarətdir ki, Şərqi Gürcüstan (Borçalı bölgəsi) qədimdən böyük bir türk yurdu kimi tanınırdı.

Bütövlükdə türklərin, o cümlədən Azərbaycan türklərinin mənsub olduğu oğuz antropoloji tipinin irqi baxımdan Avropoid olması elmdə heç bir şübhə doğurmur.

Bu günkü elmdə qəbul olunmuş fikrə görə, xalqın yaranışının başlıca göstəricisi həmin xalqın dilidir. Belə isə Azərbaycan türkləri Anadolu türkləri, türkmənlər və qaqauzlar ilə birlikdə oğuz kökündən yaranıblar. Çünki onların hər birinin dili təbii ayrılıqlara baxmayaraq oğuz dilidir.

Bulqarlar. Bulqar türklərinin Qafqazda yaşaması haqda ilk yazı IV yüzil süryani müəllifi Mar Apas Katinanın qələmindən çıxmışdır.Transqafqazın qədim sakinləri kimi göstərilmi, həmin türklərin <>, <<çörəkli>>, yerlərdə <> yaşaması yazılmışdır.



Buntürklər. Böyük bulqar xalqının bir qolu da buntürklər sayılırdı. Onların adı Transqafqaz qaynaqlarında e. ə. I minillik hadisələri ilə bağlı çəkilir.

Albanlar. Gündoğar Transqafqazda << Albaniya >> adlı ölkənin adını ilk dəfə yunan coğrafiyaçısı Strabon çəkmişdir. Bu ölkədə yaşayan çeşidli boy və tayfaların adı isə << albanlar >> şəklində E. ə. 331-ci il Qavqamela döyüşü ilə bağlı olaraq Flavi Arrian tərəfindən yazıya alınmışdır. Alban etnosunun adı Transqafqazda məskunlaşan və Strabonun <> adlandırdığı sak / saka tayfalarının içərisində çəkilmişdir.

Milladan sonakı III yüzillikdə tarixi qaynaqlarda adı çəkilən Aran, ərəb yazılışında “Arran ölkəsi” Albaniyanın əski yerli adıdır. Bununla yanaşı, Aran ölkə adı deyil, həm də boy adı, dil mənsubluğu bildirmişdir. Sara Aşurbəylinin fikrincə << Aran >> sözü əski türk dilindən başqa heç bir Şərq dilində işlənməmişdir. O yazır ki, << Aran dili >> dedikdə << X yüzilə kimi yaranmış olan Azərbaycan türk dili>> nəzərdə tutulurdu. Uzaq keçmişdən başlayaraq miladın IV – V yüzillərinə kimi Azərbaycanda bulqar, buntürk, saka, alban /aran /, dondar , tərtər və bu kimi onlarca türk soyköklü boy və toplumlar yaşamaqda idi. Azərbaycan türklərinin bir xalq kimi yaranışı indiki Azərbaycan Respublikasının ərazisi ilə məhdudlaşmamış, Cənubi Qafqazın çox böyük hissəsində baş vermişdir.

e. ə. III əsrdə Qafqaz dağlarında məskunlaşdığını, sonra dağlardan Qarabağ düzünə yayıldığını göstərir. Samur çayının mənsəbində Qarqar dağı məlumdur. Ölkənin qədim sakinləri haqqında, başlanğıcını Qarabağ dağlarında götürən Qarqarçay da danışır; çay Ağdamın şimalından axaraq Ağcabədiyədək istiqamətlənir və Kür yaxınlığında bataqlıq yerə tökülür. Təsadüfi deyildir ki, alban əlifbası qarqar dili əsasında tərtib edilmişdir. Bu isə qarqarların Albaniya əhalisinin siyasi, iqtisadi və mədəni cəhətdən ən çox inkişaf etmiş etnosu olduğunu göstərir.

Kəngərlər. Əski bulqarların və buntürklərin xələfi kəngər toplumu oldu.

IV yüzillikdən sonra kəngərlilərin yaşayış yerləri Kür ilə Araz arası bölgələrdə və Azərbaycanın başqa ellərində çox idi. Bunu həmin bölgələrdə << Kəngər >>, << kəngərli >> adını daşıyan kəndlərin günlərimizə kimi qalması sübut edir.

V yüzildə << ən böyük türk tayfa birliklərindən biri >> sayılan onoqurlar Azərbaycanda yaşayırdılar.

İslamın Azərbaycanda yayılması burada yaşayan türk boylarının vahid etnos halında formalaşmasına təkan verdi. Belə ki, ümumi dil və soykök birliyinə mənəvi birliyin yaranmasında başlıca amil olan dini birlik də əlavə olundu. İslama qədər Azərbaycanda mövcud olan dini rəngarəngliyin aradan qalxması ilə vahid Azərbaycan xalqı yarandı.



Kitab-i Dədə Qorqud. Bu adı daşıyan kitab ortaçağ tarixi qaynaqlarında ara – sıra izi görünən böyük epik abidədir.

Oğuz soykökündən olan xalqların yaranış tarixini nə İran, nə Qafqaz-İber dünyası ilə bağlamaq üçün heç bir tutarlı dəlil-sübut yoxdur.

Azərbaycan torpağında türk dili qədim çağlardan işlənməkdədir.

Azərbaycan türklərinin əski dili qərbi hun, başlıca olaraq bulqarqıpçaq özülü üzərində yaranmışdır.

Azərbaycan dili Türk dillər ailəsinin Altay budağının Oğuz qrupuna daxildir.



Yüklə 436,25 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin