İNŞaat fakultəSİ İCTİMAİ FƏNLƏr kafedrasi fənnin adi: Azərbaycan tarixi MÖvzu 1 : Azərbaycan tarixinə giriş


Xilafətin hakimiyyəti dövründə Azərbaycanda idarəçilik, köçürmə, torpaq və vergi siyasəti



Yüklə 436,25 Kb.
səhifə32/109
tarix02.01.2022
ölçüsü436,25 Kb.
#35015
1   ...   28   29   30   31   32   33   34   35   ...   109
tarix

2.Xilafətin hakimiyyəti dövründə Azərbaycanda idarəçilik, köçürmə, torpaq və vergi siyasəti

Xilafət mərkəzi ilə vilayətlər arasında müntəzəm olaraq rabitəni təmin etmək üçün bərid (bəril) adlanan poçt xidməti yaradılmışdı.

Ərəblər ələ keçirdikləri Azərbaycan ərazilərində mökəmlənmək, özlərinə dayaq yaratmaq, əhalini ərəbləşdirmək və müsəlmanlaşdırmaq məqsədi ilə köçürmə siyasəti yeridirdilər. Suriya, Kufə, bəsrə və başqa yerlərdə çoxsaylı ərəb mühacirləri köçürülərək Azərbaycan torpaqlarında yerləşdirildilər.

Azəbaycanda olan ərəblər XII əsrdə artıq xeyli dərəcədə öz dillərini unutmuş və Azərbaycan əhalisinə qaynayıb qarışmışdılar.

Xilafət dövründə beş torpaq sahibliyi mövcud olmuşdur. 1. Sultan (xəlifə) , 2. İta, 3. Mülk, 4. Vəqf, 5. İcma. Bu torpaq bölgüsünə baxmayaraq Xilafətin bütün torpaqlarının ali mülkiyyətçisi dövlətin dini başçısı olan xəlifə idi. Ələ keçirilən ölkələrin torpaqları xərac torpaqları adlanır.

Xilafət sosial – iqtisadi quruluşunda iqta torpaqları çox mühüm rol oynayırdı. Çünki hakim zümrə, mülki və hərbi məmurlar, hərbi qulluqçular bu torpaqların gəlirləri hesabına saxlanılırdı. Xəlifə tərəfindən vəzifəyə qoyulan məmurlara vrilən şəxsi iqtalar müvəqqəti olub, vəzifə müddəti bitdikdə geri alınırdı.

Xilafətdə mülki torpaqları xəlifə iqtaları, bataqlıqların qurudularaq əkinə yararlı hala salınması və xəlifə mülklərinin ( dövlət torpağı) satın alınması hesabına yaranırdı.

Xilafət dövründə Azərbaycanda geniş vəqf torpaqları mövcud idi. Vəqf torpaqlarının gəliri hesabına müqəddəs sayılan şəhərlər, müxtəlif dini müəssisələr ( məscidlər, mədrəsələr və.s) saxlanılırdı.

Kəndlərdə əhaliyə məxsus olan torpaqlar, otlaq və biçənəklər icma torpaqları adlanırdı. Dövlətin nəzarətində olan bu torpaqlardan hökmən xəzinəyə xərac ödənilirdi.

Əməvilər dövrünün digər xüsusiyyəti vergilərin Sasani dövrünə nisbətən bir neçə dəfə az olmasındadır. Əsas torpaq vergisi xərac olsa da, Azərbaycanın Aran bölgəsinin xristian əhalisi xəracla yanaşı, cizyə vergisi də ödəyirdi. Əməvilərin dövründə (661-750) vergi siyasətində əsaslı dəyişikliklər baş verdi. 725/26 –cı ildə Azərbaycanda və Aranda əhali, torpaq, mal – qara və hər cür əmlak yenidən siyahıya alındı. Əhali üzərinə sənətkarlıq məhsullarına, nigah bağlanmasına görə də vergilər qoyuldu.

Xilafət dövründə Azərbaycan əhalisi xüms və zəkat vergisi də ödəyirdi.

Xilafətin Azərbaycanda həyata keçirtdiyi köçürmə, torpaq və vergi siyasəti xalqımızın bütün təbəqələrinin mənafeyinə uyğun gəlmirdi. Xilafətin soyğunçu və ağır vergi sistemi şəraitində kəndlilərin və sənətkarların varyoxu bütün vasitələrlə əllərindən alınırdı.




Yüklə 436,25 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin