3.Atropatena və Alban carlığı
E.ə. 323-cü ildə, Makedoniyalı İsgəndərin ölümündən sonra, onun yaratdığı imperiya ayrı-ayrı dövlətlərə parçalandı. Azərbaycanın cənubundaq Atropatena, şimalında isə Alban dövləti yarandı. Atropatena dövlətinin ilk hökmdarı Atropat olmuşdur.
E.ə. 328-ci ildə İsgəndər Atropatı Midiyanın satrapı (canişini) təyin etmişdi. İsgəndər Hindistanda olarkən Bariaks adlı bir nəfər üsyan qaldırıb, özünü İranın və Midiyanın padşahı elan etdi. Atropat üsyanı yatırtdı. Bariaksı əsir edib İsgəndərə təhvil verdi. Atropat İsgəndərin daha çox hörmətini qazandı.
Atropat öz qızını İsgəndərin ən nüfuzlu sərkərdəsi olan Perdikkiyə ərə vermişdi. İsgəndərin ölümündən sonra onun yaratdığı dövləti idarə etmək Perdikkiyə tapşırılmışdı. Perdikki ilə qohumluq Atropatenanın mövqeyini daha da möhkəmləndirdi və o, Midiyanın satrapı vəzifəsində qaldı. Perdikkinin ölümündən sonra e.ə. 321-ci ildə Atropat Midiyası müstəqil dövlətə çevrildi. E.ə. IV əsrin 20-ci illərindən Atropat yeni müstəqil dövlətin hökmddarı oldu. Bu dövlət onun adı ilə Atropatena və Atropat Midiyası adlandırıldı. Azərbaycan adının yaranmasını Atropatena ilə bağlayırlar. Azərbaycan adı eramızın VII əsrindən, ərəblərin istilasından sonra çəkilir.
Atropatena dövləti, əsasən indiki Cənubi Azərbaycanı və Azərbaycan respublikasının bəzi cənub rayonlarını əhatə etmişdir. Ölkənin qərbində Zaqros dağ silsiləsi uzanırdı. Ölkənin ən böyük düzənlik ərazisi Urmiya gölündən cənubda idi. Şimal hissədə Qaradağ silsiləsi yerləşirdi. Atropatenanın mərkəzi şəhəri Qazaka idi.
Atropatena əhalisi müxtəlif tayfalardan ibarət olmuşdur:
Atropatenada yaşayan əsas tayfalardan biri kudisilər idi. Onlar döyüşə 20 min piyada və 8 min atlıdan ibarət hərbi qüvvə çıxara bilirdilər.
Midiya tayfaları arasında maqlar xüsusi yer tuturdu. Atəşpərəstrlik dini ayinlərinin əsas icraçısı kimi böyük nüfuza malik idilər. Atəşpərəstlik dininin kahini də Maq adlanmışdır.
Müqlərin və kaspilərin də müəyyən hissəsi Atropatenada yaşamışlar.
Ərəb dili qaynaqlarda Atropatena əhalisinin bir hissəsinin azaərilərdən ibarət olduğu göstərilir.
E.ə. IV yüzillikdə Atropatena və Albaniya dövlətlərinin meydana gəlməsindən sonra bütün Azərbaycandan vahid xalq yaranmağa başlamışdı.
Atropatenada neft yataqları da var idi. Nefti Midiya yağı adlandırırdılar. Ondan hərbi işdə istifadə olunurdu. Atropatenanın Qazaka, Fraaspa, Fanaaspa, Aqnazana kimi şəhərləri var idi. Atropatena ərazisində tapılan ən qədim pullar Makedoniyalı İsgəndərin adından kəsilmişdir.
Selevkilər dövlətinin hökmdarı II Antoix e.ə. 223-cü ildə Atropatenaya hücum etmiş və nəticədə Atropatena hökmdarı Atropatena hökmdarı Atrabazan Selevkilərdən asılı vəziyyətə düşmüşdür.
Lakin romalılar e.ə. 190-cı ildə Maqneziya döyüşündə III Antioxu məğlub etdilər. Bundan sonra Selevkilər dövləti parçalandı, Atropatena yenidən müstəqil oldu.
E.ə. II əsrin birinci yarısında Parfiya və Roma dövlətləri Ön Asiyada ağalıq uğrunda mübarizə aparırdılar. Romaya qarşı mübarizə parfiya və Atropatena dövlətlərini bir-birinə yaxınlaşdırdı. E.ə. I əsrin birinci yarısında Lukull və Pompeyin başçılığı ilə romalılar şərqə hərbi yürüşlər etmişlər. Nəticədə Cənubu Qafqaz və bir sıra qonşu ölkələr Romadan asılı vəziyyətə düşmüşdür.
Atropatena Romadan tam asılı olmamış, öz müstəqilliyini, əsasən saxlamışdır. Ölkəni yerli hökmdarlar idarə etmişlər. Qədim yunan tareixçisi Strabonun məlumatına görə, Atropatena dövləti Roma ilə döyüşə 10 min süvari, 40 min piyada qoşun çıxarmışdır.
E.ə. I əsrin ortalarında şərqdə Romanın ən güclü rəqibi Parfiya dövləti idi. Parfiya e.ə. 53-cü ildə romalıları məğlubiyyətə uğratdı. Bu zaman Atropatena dövləti Parfiyanı müdafiə etdi. Lakin e.ə. 38-ci ildə romalılar parfiyalıları ağır məğlubiyyətə uğratdılar. Bundan sonra Roma sərkərdəsi Antoni Fraaspaya hücum etdi. Lakin uzun sürən mühasirə bir nəticə vermədi, romalılar geri çəkildilər. Antoni geri çəkilərkən 35 min nəfərə yaxın əsgər itirmişdi.
Bu hadisələrədən sonra Atropatena ilə Parfiya arasında münasibətlər pisləşdi. Parfiya Atropatenanı bütünlüklə özünə tabe etməyə çalışırdı. Belə bir şəraitdə Atropatena Roma ilə dostluq münasibətləri yaratmağa səy göstərdi. E.ə. 20-ci ildə Atropatenada hakimiyyətə gələn II Ariobarzan on ilə qədər Romada yaşamışdır.
Lakin eramızın 20-ci ilində Atropatenanın axırıncı hökmdarı Ariovastın ölümündən sonra Atropatena Parfiyanının Arşakilər sülaləsinin hakimiyyəti altına düşdü. Parfiya dövlətinin süqutuna qədər Atropatena bu dövlətin tərkibində qalmışdır.
VII əsrdən ərəb mənbələrində bu ərazi Azərbaycan adlandırılmışdır. Bu ad onun həm şimalına, həm də cənubuna aid edilmişdir. Qədim qala şəhərləri:
Urmiyada Göytəpə, Həsənli;
Naxçıvanda II Kültəpə, Şahtaxtı, Oğlanqala, Sədərək;
Qarabağda Üzərliktəpə, qaraköpəktəpə.
Qədim Azərbaycanın geniş ərazilərində kuti, lullubi, su, turukki, gərgər (qarqar) naxç, kaspi və başqa türk mənşəli tayfa ittifaqları mövcud olmuşdur. İran tarixçisi Məmmədəli Tərbiyət yaxır ki, türk tayfaları e.ə. III-I minilliklərdə Azərbaycanın əsasə yerli sakinləri olmuşlar, Araz çayının ətrafındakı ərazilərin hökmdarları gərgər tayfasından olmuşlar.
Mənbələrdə e.ə. 836-cı ildə III Salmamasarın qələbə çalaraq Gərgər ölkəsinə gəlib çıxdığı haqqında e.ə. 716-cı ildə Sarqonun Mannaya hücumu və onun gərgərlərin qala və istehkamlarını ələ keçirdiyi haqqında məlumat vardır. Strabonun verdiyi məlumata görə, Qafqazda yaşayan qədim türk tayfalarından biri də qarqarlar olmuşdur. Gərgər tayfaları ilə qarqarlar etnik kök etibarı ilə bağlıdır.
E.ə. III-II minilliklərdə ilkin dövlətlərin yaranmasına zəmin yaratmış amillər:
İri tayfa ittifaqlarının yaranması;
Əmək məhsuldarliğinin mrtması;
Xüsusi mülkiyyətin meydana gəlməsi.
Azərbaycanın cənubunda yaranmış Atropatena quldar dövləti idi. Dövləti padşah idarə edirdi. O, qeyri-məhdud hakimiyyətə malik idi. Padşah həm də ordunun baş komandanı idi. Qul əməyindən istifadə edilirdi:
Filiz mədənlərində;
Kənd təsərrüfatı işlərində;
Sənətkarlıq emalatxanalarında.
II –III əsrlərdə Atropatenada quldarlıq quruluşu böhran keçirirdi. Qul əməyi daha özünü doğrultmurdu. Quldarlıq münasibətləri cəmiyyətin inkişafına mane olurdu. Ona görə də qullara məxsus natamam azadlıq verilir və onlar istehsal etdikləri məhsulun müəyyən hissəsini özlərinə götürürdülər.
Atropatena ərazisi qədim mədəniyyət abidələri ilə zəngindir. Bu mədəniyyət qədim yaşayış yerlərində və qəbir abidələrində aparılmış arxeoloji qazıntılar nəticəsində toplanmış materiallar əsasında öyrənilmişdir. Atropatena mədəniyyəti haqqında yunan və Roma müəlliflərinin də əsərlərində bəzi məlumatlar var. Strabon, Plutarx, Ptolomey və başqalarının əsərlərində Atropatenanın bır sıra şəhərlərinin adları verilmişdir. Ölkənin paytaxtı Qazaka şəhəri arxeoloji cəhətdən nisbətən yaxşı tədqiq olunmuşdur.
Atropatena dövlətində şəhərlər karvan yolları üzərində və böyük məbədlərin ətarfında yaranmışdır. Bəzi şəhərlər ayrı-ayrı hökmdarlar tərəfindən salınmışdır.
Makedoniyalı İsgəndərin yürüşü nəticəsində Yaxın və Orta şərq ölkələrində yunan mədəniyyəti yerli xalqların mədəniyyətinə təsir etmiş, yeni mədəniyyət yaranmışdır. Bu ellin mədəniyyəti adlanırdı.
Yunan mədəniyyəti Atropatena mədəniyyətinə də təsir etmişdir. Bu təsir memarlıqda, əhalinin məişətdə və dini görüşlərdə özünü göstərirdi. Kerifto adlı yerdə qayada oyulmuş memarlıq abidəsi diqqəti xüsusilə cəlb edir. Burada yunan əsatirinin qəhrəmanı Herakla məxsus məbəd var. Bu Herakla inamla bağlıdır.
Atropatena əhalisi Zərdüşt dininə sitayiş edirdi. Zərdüştlükdə oda pərəştiş olduğundan bu dinə atəşpərəstlik də deyilirdi. Həmin din Zərdüştün adı ilə bağlıdır. (e.ə. VII əsrin sonu e.ə. VI əsrin əvvəlləri) Bu dinə İranda və Orta Asiyada sitayiş edilirdi. Zərdüştlüyün müqəddəs kitabı “Avesta”dır. Rəvayətə görə “Avesta”nın ilk variantı e.ə. 330-cu ildə İsgəndər Persopolda Əhəməni sarayını yandırarkən məhv olmuşdur. Bu kitabın indiki variantı İranda Sasanilər sülaləsi dövründə (III-VII əsrlərdə) yenidən toplanmışdır.
Avropanı bu kitabla ilk dəfə fransız alimi Anketil Düperron tanış etmişdir. O , Hindistanda zərdüşt kahinlərindən Avesta dilini öyrənmişdir. Sonra kitabın əlyazmasının bir neçə nüsxəsini alıb Fransaya gətirmiş və 1771-ci ildə dilində çap etdirmişdir.
Zərdüştlüyə görə, dünyada iki qüvvə - Xeyir (Hörmüz - Ahuramazda) və Şər (Əhriman) daim bir-biri ilə mübarizə aparır. Bu mübarizədə nə qədər ağır olsa da, Xeyir üstün gəlir. Bu dinin ehkamlarına görə, od, torpaq və su müqəddəs sayılmışdır, onları murdarlamaq günah sayılırdı.
Zərdüştlüyün ən başlıca məbədi Qazaka şəhərində yerləşirdi. Bu məbəd İslam dini yayılana qədər öz əhəmiyyətini saxlamışdır. Sasani hökmdarlarının tacqoyma mərasimi Novruz günündə bu məbəddə keçirilirdi. Hazırda bu dinə inananların sayı 130 minə çatır. Onların ən böyük icmaları Hindistanda (parslar) və İrandadır (gəbrlər).
Yunan tarixçisi Herodot Əhəmənilər imperiyasına daxil olan xalqlardan bəhs edərkən Azərbaycanın şimalında kaspilrin adını çəkir. Şübhəsiz, kaspilər adı altında alban tayfaları da nəzərdə tutulurdu. Kaspilər e.ə. V əsrin əvvəllərində iran şahları I Daranın və Kserksin Yunanıstana hərbi yürüşlərindəiştirak etmişlər.
Əhəmənilər dövründə alban tayfaları vahid bir ad altında (alban adı) birləşmişlər. Albanlar 26 dildə danışan tayfalardan ibarət olmuşlar. Xəzərin qədim adlarından biri də Alban dənizidir. Mənbələrdə Albaniya ərazisində yaşamış leqlərin, kadusilərin, amardların, utilərin, qarqarların adları çəkilmişdir.
Albaniyada türkdilli və Qafqazdilli və İrandilli tayfalar yaşamışdır. Qafqazdilli tayfalardan Qəbələnin Nic kəndində udiləri, Quba rayonundakı Xınalıq kəndində xınalıqlıları, Buduq kəndindəki buduqlıları və s. göstərmək olar.
E.ə. 331-ci ildə Qavqamela döyüşündə İran şahı III Daranın ordusunun tərkibində alban döyüşçüləri də iştirak etmişdir. Onlar Makedoniyalı İsgəndərin özünün başçılıq etdiyi dəstəyə qarşı vuruşmuşlar.
İsgəndərin şərqə yürüşü nəticəsində e.ə. 330-cu ildə Əhəmənilər imperiyası dağıldı. E.ə. IV əsrin axırı – III əsrin əvvəlində müstəqil Albaniya dövləti yarandı. Qəbələ (Kabalaka) ölkənin paytaxt şəhəri idi.
Albaniya sərhədləri haqqında yunan-Roma müəlliflərinin əsərlərində xeyli məlumat var. Albanlar İberiya (Gürcüstan) ilə Xəzər dənizi arasındakı ərazidə yaşamışlar. Şimalda bu ərazi Qafqaz dağları, cənubda Atropatena, cənub-qərbdə isə Ön Asiya ilə həmsərhəd idi.
Qədim yunan tarixçisi Strabon Kür çayının Albaniya ərazisi ilə axaraq dənizə töküldüyünü və Kaspiana vilayətinin Albaniya tərkibinə daxil olduğunu qeyd edirdi. Bu vilayət Kür çayının aşağı axarında, dəniz sahilinə qədər olan ərazidə yerləşirdi.
Albaniyadakı yaşayış məntəqələrinin sayı İberiya və Atropatenadakı yaşayış məntəqələrinin ümumi sayından çox olmuşdur.
Albaniya dövlətinin ərazisinə Azərbaycan Respublikasının ərazisi, indiki Ermənistan (qərbi Azərbaycan), Dağıstanın cənub rayonları və Gürcüstanın Alazan (Qanıx) vadisi daxil olmuşdur.
Arxeoloi qazıntılar zamanı aşkar edilmiş yaşayış binalarından və qəbir abidələrindən əhali arasında əmlak bərabərsizliyinin olması aydın görünür. Xristianlıq və İslam dini qəbul edilənədək dəfn zamanı qəbirlərə müxtəlif əşyalar qoyulmuşdur.
Albaniyanın ictimai quruluşu haqqında Strabon yazır ki, hazırda bütün Alban qəbilələrinə bir padşah başçılıq edir. Əvvəllər isə tayfanın öz padşahı var idi. Albaniyada padşahdan sonra ən hörmətli adam Ay məbədinin kahinidir. O, müqəddəs əyalətə başçılıq edir və məbəd qulları da onun ixtiyarındadır. Albaniyada əhali dörd təbəqəyə bölünmüşdür:
Padşah, ordu başçısıvə hakim;
Din xadimləri (kahinlər);
Hərbiçilər və əkinçilər;
Təsərrüfatda işləyən adi adamlar.
Qəbələ, Mingəçevir, Şamaxıda taxıl quyuları və dəmir oraqlaraşkar olunmuşdur.
Əvvəllər əl dəyirmanlarından istifadə edilirdi. Eramızın ilk əsrlərində su dəyirmanlarından da istifadə olunmuşdur.
Albaniyada başçılıq və bostançılıq inkişaf etmişdir. Strabon yazırdı ki, burada həmişəyaşıl bitkilər və hətta zeytun da bitir.
Təsərrüfatda üzümçülük və şərabçılıq xüsusi yer tutmuşdur. Şamaxıda və Qəbələdə şərab saxlanan iri küplər tapılmışdır.
Albaniyada çoxlu at ilxıları var idi. Pompeyin yürüşü zamanı albanlar romalılara qarşı 60 min piyada, 22 min atlı döyüşçü ilə mübarizə aparmışlar.
Təsərrüfat həyatında balıqçılıq da mühüm yer tutmuşdur. Bu barədə yunan müəllifi Elian məlumat verir. Balıqların piyindən sürtgü yağı, içalatından yapışqan hazırlayırdılar. Hətta fil sümüyü ilə işləyən ustalar da bu yapışqandan istifadə edirvə çox gözəl şeylər hazırlayırdılar.
Albaniyada yerli filiz yataqlarının olması metalişləmə sənətkarlğının inkişafına şərait yaratmışdır.
Albaniyada dulusçuluq çox mühüm sənətkarlıq sahəsi olmuşdur. Mingəçevirdə çoxlu dulus kürələri aşkar edilmişdir. Albaniyada eramızın ilk əsrlərindən başlayaraq yerli şüşə qablar hazırlanmışdır.
Dövlətin yaranması ilə Albaniyada möhürlər meydana gəlmişdir. Möhürlərin əksəriyyəti üzük formasında düzəldilmiş və bəzək əşyası kimi barmağa taxılmışdır. Möhür-üzüklərin qaş hissələrində dini məzmunlu rəsmlər həkk olunmuşdur. Möhürlərlə sənədləri təsdiqləyir, qapıları və müxtəlif məhsulla doldurulan qabları möhürləyirdilər.
Albaniya ərazisindən mühüm karvan yolları keçirdi. Xəzər dənizi sahili boyu şimalla cənubu birləşdirən beynəlxalq ticarət yolu və Albaniyadan keçən beynəlxalq su yolu çox əhəmiyyətli olmuşdur. Oks çayı (Amudərya), Hirkan (Xəzər) dənizi və Kür çayı vasitəsilə, bir qədər də quru yolla Hindistan məhsulları Qara dənizə çıxarılırdı.
Alban dövləti yaranana qədər yerli əhali, əsasən mal mübadiləsi ilə ticarət aparmışdır. 1958-ci ildə Şamaxıda, 1966-cı ildə Qəbələdə gümüş pul dəfinələri tapılmışdır.
Albaniya ərazisində tapılan ən qədim pullar Makedoniyalı İsgəndərin adından kəsilən gümüş pullardır. Kənardan gətirilən pullar ticarətdə tələbatı ödəmədiyindən, e.ə. III əsrin I yarısından Albaniyada İsgəndərin pullarına oxşar yerli pul kəsilmişdir.
Qədim şəhərlər sinifli cəmiyyətin və dövlətin yaranması ilə bir vaxtda meydana gəlmişdir. Şəhərlərin yaranmasında sənətkarlıq və ticarətin inkişafı mühüm rol oynamışdır. Qədim şəhərlər dini mərkəzlərin ətrafında əmələ gəlmiş və ayrı-ayrı hkmdarlar tərəfindən salınmışdır. Albaniyada şəhərlərin əmələ gəlməsi üçün ilkin şərait e.ə. I minilliyin ortalarında yaranmışdır.
E.ə. IV əsrin axırlarından başlayaraq yunan mədəniyyətinin yayıldığı ölkələrdə şəhərsalma güclənmişdir. Albaniya şəhərləri haqqında yazılı məlumatlar eramızın ilk əsrlərindən başlayaraq verilmişdir. Strabon Uti (Udi) vilayətində Ayniana və Anariaka şəhərlərinin adlarını çəkir.
Pompeyin yürüşündən sonra Albaniya romalıların təsir dairəsinə düşdü. Roma ilə əlaqədar genişləndi. Buna görə də I-III əsrlərdə yaşamış tarixçilərin əsərlərində Albaniya şəhərləri haqqında xeyli məlumat vardır:
Eramızın I əsrində Roma müəllifi Böyük Plini yazırdı ki, Albaniyanın başlıca şəhəri Kabalakadır (indiki Qəbələ). Deməli, Albaniyada başqa şəhərlər də olmuşdur.
II əsrdə yaşamış Klavdi Ptolomey Albaniyanın 29 şəhəri və digər böyük yaşayış məntəqələri sırasında Qəbələ və Şamaxının da adlarını çəkir.
E.ə. II əsrdə Aralıq dənizi hövzəsində Roma ən güclü dövlətə çevrilmişdi. Roma qoşunları Şərqə doğru hərəkət etmiş, Cənubi Qafqaz üçün təhlükə yaranmışdır. Roma sərkərdəsi Pompeyin məqsədi:
Xəzər dənizinin sahillərini tutmaq;
Albaniya ərazisindən keçərək Hindistanla Qara dəniz sahillərini birləşdirən ticarət yolunu ələ keçirmək.
Soyuqlar düşdüyündən Pompey Kür vadisində qışlamağı qərara aldı. O, ordusunu üç məntəqədə yerləşdirdi. Onlardan birinə Pompey özü, digələrinə köməkçiləri Lusi Flakk və Metell Seler başçılıq edirdi.
Alban padşahı Oroys romalıların hər üç düşərgəsinə eyni vaxtda hücum etməyi qərara aldı. Plutarx yazır ki, belə halda roma ordusunun hissələri bir-birinə kömək edə bilməzlər. E.ə. 66-cı ilin dekabrında Kürün sahilində qanlı döyüş oldu. Roma ordusu qalib gəldi. Pompey albanlarla sülh bağlayıb İberiyaya doğru hərəkət etdi. Albanlar romalıları izləyərək onlar üçün təhlükəli vəziyyət yaratdılar. Buna görə də Pompey yenidən e.ə. 65-ci ildə albanlara qarşı yürüşə başladı. Albanlar romalıları Qanıx (Alazan) çayı yaxınlığında qarşılamışdırlar.
Plutarx yazır ki, albanlar buradakı 60 min piyada və 12 min atlıdan ibarət qoşununa padşah Oroysun qardaşı Kozis başçılıq edirdi. Alban ordusunun gücü atlılar, romalılarınkı isəpiyadalar idi. Pompey hiylə işlətdi. Döyüş vaxtı Kozis Pompeyə nizə ilə zərbə endirdi. Lakin Pompeyin zirehi onuölümdən xilas etdi. Pompey isə Kozisi ölümcül yaraladı.
Alban qoşununun salamat qalan hissəsi qaçıb meşədə gizləndi. Pompeyin əmri ilə omalılar meşəni mühasirəyə alıb yandırdılar. Oradakı alban döyüşçüləri həlak oldular.
Antik müəlliflərdən Appian yazır ki, romalılara qarşı qadınlar da vuruşurdu. “Girov gtürülənlər və əsirlər arasında kişilərdən az, yara almayan çoxlu qadın var idi”. Alban qadınlarının cəsarəti romalıları heyrətə gətirmişdi.
E.ə. 36-cı ildə romalılar yenidən şərqə böyük yürüş təşkil etdilər. Bu yürüşə roma sərkərdəsi Antoni başcılıq edirdi. Lakin Antoni Parfiyanın qəzyii altında geri çəkilib Misirə getdi. Bu zaman o, İberiya və Albaniyanı itaətə gətirmək üçün öz sərkərdəsi Kanidini saxladı. Plutarx yazırdı ki, Kanidi iber və alban hökmdarlarına alıb gəldi və Qafqaza çatdı. Bu yürüşdən sonra İberiya və Albaniya romalılardan asılı olduqlarını qəbul etdilər.
Eramızın I əsrində Albaniyada hakimiyyət artıq yerli hökmdarların əlində idi. Albaniya hökmdarları Roma ilə diplomatik əlaqələr saxlayır, xarixi siyasətdə ona meyl edirdilər. Oktavian Avqustun adından tərtib olunmuş kitabədə yazılmışdır. Bizim (yəni Romanın) dostluğumuzu alban, iber və med (Atropatena) hökmdarları istəyirdilər.
68-ci ildə Roma imperatoru Neron Albaniyaya böyük yürüş hazırlayırdı. Bu yürüş Dərbənd keçidinə tərəf olmalı idi. Lakin Roma üsyanı zamanı Neron öldüyündən yürüş baş tutmadı.
Bir müddət sonra Roma hərbi dəstəsi Xəzər sahillərinə, indiki Abşeron yarımadasına gəlib çatmışdır. Qobustanda, Böyükdaş dağının ətəyində, üzərində latın dilində yazı olan daş kitabə tapılmışdır. Burada yazılmışdır: “İmperator Domisian Sezzar Avqust Germanik. Yuli Maksim, ildırımsaçan XII legionunun senturionu”.
Dimisian 81-96-cı illərdə Roma imperatoru olmuşdur. Germanik titulunu isə o, 83-cü ildə qəbul etmişdir. Bu tarix göstərir ki, Qobustan kitabəsi 84-96-cı illərə aiddir.
Roma imperatoru Adrian (117-138-ci illər) alban hökmdarı ilə dostluq əlaqələri saxlamış və onlara qiymətli hədiyyələr göndərmişdi. Albaniyanın Roma ilə əlaqələri III əsrin ortalarına qədər davam etmişdir.
Böyük Qafqaz dağlarından şimalda yaşayan tayfalar qənimət əldə etmək məqsədilə Dərbənd keçidi vasitəsilə Azərbaycana dəfələrlə yürüşlər etmişlər. Belə yürüşlərdən biri eramızın I-III əsrlərində alan tayfaları tərəfindən olmuşdur. Eramızın 34-cü ilində albanlar Parfiya ilə vuruşarkən alanları köməyə çağırmışdılar. Alanların yürüşləri zamanı Albaniya da dağıntılara məruz qalırdı.
Alan tayfalarının ən byük yürüşlərindən biri 72-74-cü illərdə olmuşdur. Onlar qənimət əldə etmək üçün cənuba doğru üz tutmuş, Atropatenanı da talan etmişdilər. Atropatena padşahı Pakor öz ölkəsini başsız qoyaraq təhlükəsiz yerə qaçmış, ailəsi alanlara əsir düşmüşdü. Sonra o, çoxlu pul verərək, ailə üzvlərini geri almışdı.
Albaniya ərazisindəki katakomba qəbirləri (yeraltı sərdabələr) alan tayfaları ilə əlaqələndirilir. Katakombalar Mingəçevirdə və Qəbələdə öyrənilmişdir. Bu abidələr eramızın I-III əsrlərinə aiddir. Katakomba qəbirlərində ölüləri iri küplərdə və ya taxta qutularda dəfn etmişlər. Qəbirlərə məişət qabları, əmək alətləri, alanlara məxsus silahlar və bəzək şeyləri qoyulmuşdur.
Albaniyanın qədim mədəniyyəti əsasən Qəbələ, Şamaxı, Mingəçevir, Mollaisaqlı (İsmayıllı rayonu) və s. abidələr əsasında öyrənilmişdir.
E.ə. I minilliyin ortalarından başlayaraq, Albaniyanın özünəməxsus mədəniyyəti yarandı. Ölkənin paytaxtı Qəbələ ətrafına möhtəşəm torpaq sədd çəkilmiş və dərin xəndək qazılmışdır. Belə müdafiə qurğuları Mil düzündəki Təzəkənd və Torpaqqala (Alazan çayı vadisində) şəhər yerləri ətrafında da vardır.
Alban memarlığında e.ə. III əsrdən başlayaraq kirəmitdən istifadə edilmişdir. Kirəmit istehsalı yunan mədəniyyətinin təsiri nəticəsində meydana gəlmişdir.
Albaniya əhalisi hələ e.ə. I minilliyin ortalarında, Əhəməni dövlətinin tərkibində olarkən yazı ilə tanış idi. Antik müəlliflər e.ə. I əsrin 60-cı illərində Albaniya hökmdarı Oroysla Roma sərkərdəsi Pompeyin məktublaşması barədə məlumat verirlər. E.ə. I minilliyin sonları eramızın I əsrinə aid bəzi saxsı nümunələrin üzərində yazı işarələri vardır.
1902-ci ildə Şəki rayonunun Böyük Dəhnə kəndində üzərində yunan dilində yazı olan daş tapılmışdır. Eramızın II əsrinə aid olan bu kitabədə yazılmışdır. “Aylı Yason öz himayədarı Evnona xatirə olaraq”.
Qədim albanlar çoxallahlı büdpərəstlik dininə inanmışdır. Burada göy cisimlərinə sitayiş geniş yayılmışdır. Strabon yazmışdır ki, albanlar Zevs, Helios və Selena allahlarına sitayiş edirdilər. Zevs-Göy, Helios-Günəş, Selena isə Ay allahıdır (bunun əlamətləri hələ də qalmaqdadır. Məs: Azərbaycanda indi də and içəndə Günəş haqqı, Ay haqqı, Göy haqqı ifadələri işlədilir). Albanlar Ay allahına daha çox sitayiş edirdilər. Burada əcdadlara inam olmuşdur.
Dostları ilə paylaş: |