İNŞaat fakultəSİ İCTİMAİ FƏNLƏr kafedrasi fənnin adi: Azərbaycan tarixi MÖvzu 1 : Azərbaycan tarixinə giriş



Yüklə 436,25 Kb.
səhifə22/109
tarix02.01.2022
ölçüsü436,25 Kb.
#35015
1   ...   18   19   20   21   22   23   24   25   ...   109
tarix

Kutilərin hakimiyyəti illərində:

  1. Mesopatamiyada şəhərlər arası toqquşmalara son qoyulmuş;

  2. Ticarət yollarında əmin-amanlıq yaranmış;

  3. Mesopatamiyaya xarici hüsumların arası kəsilmiş;

  4. Urmiya gölü ətrafındakı tayfalarla dinc əlaqələr yaranmışdı.

Kutilər Ay allahına, məhəbbət, bərəkət və məhsuldarlıq liahəsinə sitayiş edirdilər. Onlar Şumerdə ənənəvi məbəd tikintisini davam etdirir, yaxud sökülmüş məbədləri bərpa edir, kuti hökmdlarına kitabələr həsr edirdilər.

Mesopatamiyada sonuncu Kuti hökmdarı Tirikana qarşı Uruk şəhərində qiyam oldu. Döyüşdə Tirikan əsir düşdü. Beləliklə, e.ə. XXII əsrin axırları Mesopatamiyada Kutilərin hakimiyyətinə son qoyuldu.

E.ə. III minilliyin sonunda Kuti və Lullubi dövlət qurumları süquta uğtayıb, xırda vilayətlərə parçalandı.

Mesopatamiya III Ur Şumer sülaləsinin hökmdarlığı bəqərar oldu. Bu sülalənin hökmdarları Lullubilər ölkəsinə dəflərlə dağıdıcı yürüşlər etmişdilər. Kutilərin cənub torpaqları bu sülalənin siyasi təsiri altına düşmüşdü. E.ə. 2003-cü ildə su tayfaları qonşu ərazidə olan Elam dövləti ilə birlikdə II Ur sülaləsini devirdilər. Su dövləti ölkəsi müstəqil oldu.

Turukki və Assuriya savaşları. Turukkilər Urmuya gölünün cənubunda yaşamışlar. Onlar Kuti və Lullubi dövlətlərinin tərkibinə daxil idilər. Bu dövlət qurumları süquta uğradıqdan sonra turukki tayfaları müstəqil siyasət yürüdürdülər.

Turukkilər assuriyalıların nəzarəti altında olan Şuşarra vilayətini tutdular. Şurarra inzibati və hərbi mərkəz idi. Şurarra uğrunda lullubilər Assuriya ilə mübarizə aparmışlar.

E.ə. II minilliyin əvvəllərində kuti, lullubi və turukkilərin tayfa birliyi yaranmışdı. Onların hərbi təzyiqi Assuriya dövlətini zəiflətmişdi. Babilistan hökmdarı Hammurapi öz torpaqlarını qorumağa çalışsa da turikkilər tədricən Babilistan ərazisində də məskunlaşmışlar.

E.ə XIV əsrin sonundan Assuriyanın qüdrəti yenidən artdı. E.ə. II minillikdə qədim Azərbaycan rayfaları turukkilər, lullubilər, kutilər və şubarlar (subirlər) Assuriyanın işğalçılıq siyasətinə qarşı mübarizə aparmışlar.


Yüklə 436,25 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin