İNŞaat fakultəSİ İCTİMAİ FƏNLƏr kafedrasi fənnin adi: Azərbaycan tarixi MÖvzu 1 : Azərbaycan tarixinə giriş



Yüklə 436,25 Kb.
səhifə24/109
tarix02.01.2022
ölçüsü436,25 Kb.
#35015
1   ...   20   21   22   23   24   25   26   27   ...   109
tarix

    Bu səhifədəki naviqasiya:
  • Qrifon
Həsənli qızıl camı Azərbaycanın nadir qədim sənət əsərdir. Qızıl camın üzrəində çox maraqlı əfsanəvi səhnə təcvir olunmuşdur.

  • Həsənli qala-şəhərində iki-üç mərtəbəli binalar, məbədlər tikilmişdir.

  • Müxtəlif parça qalıqları toxuculuqda qoyun yunundan və keçi qəzilindən istifadə edildiyini göstərir.

    E.ə. VIII-VII əsrlərə aid Azərbaucanın cənubunda Sakkiz şəhəri yaxınlığında yerləşən Ziviyə Manna qalasından qızıl və gümüşdən hazırlanmış döşlük, qılınc qınının və dəstəyinin hissələri, at qoşqu ləvazimatı, gümüş sini, buynuzvari qədəhlər və s. aşkar edilmişdir. Ziviyənin qızıl və gümüş qədəhləri (ritonlar) dağkeçisi, yaxud ceyran başı formasında hazırlanmışdır. Həsənli və Ziviyə tapıntıları Mannada metalişləmə sənətinin yüksək inkişaf etdiyini göstərir. Mannada boyaqçılıq sənəti də olmuşdur.

    Manna əsatirlərində qrifon, buynuzları yay kimi əyilmiş qanadlı qoç, insan sifətli öküz, qanadlı sfinks və s. mühüm yer tutur.

    Həsənlidən tapılmış qızıl camın üzərindəki təsvirlər mannalıların dini görüşkləri ilə bağlıdır. Camın yuxarı hissəsində döyüş arabası üztündə üç Allah günəş, ay, külək-yağış allahları təsvir edilmişdir. Mannalılar dini təsəvvürlərinə uyğun olaraq allahları qanadlı çəkmişlər.
    E.ə. III minillikdə Azərbaycanın cənubunda əhali mixi yazı ilə tanış idi. Mannada yerli yazı növü də olmuşdur. Ziviyədən tapılmış gümüş sini üzərində həkk olunmuş işarələr isə heroqlif yazı növünə aiddir.

    Qrifonşir bədənli, qartal qanadlı, şir və ya qartal başlı əfsanəvi heyvan .

    Sfinks – şir bədənli, insan başlı əfsanəvi varlıq.

    Mannada türk, hürri İran dillərinin və s. dillərin işləndiyi söylənilir. Manna ilə bağlı yer və şəxs adları burada qədim türk tayfalarının yaşadığını göstərir. Turukki adı türk tayfa adının ilkin forması hesab edilir. Manna hökmdarlarının adları da türk sözləri ilə izah olunur. Aza adı mənşəli aca- böyük qardaş, ullusunu ən böyük, ən ulu, yaxud ulu adam mənasını daşımışdır.

    Beləliklə, Mannada əhalinin əsas dili ən qədim türk dili olmuşdur. E.ə. II minillikdə Azərbaycan ərazisində yerli türkdilli etnoslar yaşamışlar.

    E.ə. VII əsrin əvvəllərindən kimmer, iskit və sak tayfaları Azərbaycan ərazisinə, Ön Asiyaya yürüşlər etmişlər. Şimali Qafqazın qərb hissəsi kimmerlərin ilkin məskəni sayılır. Onlar e.ə. VIII əsrdə Qara dənizin şimalında və Krım yarımadasında da yaşamışlar.

    İskitlər kimmerləri sıxışdıraraq cənuba hərəkət etmiş, Azərbaycanın şimal ərazilərində, Urmiya gölünün qərbində və şimalında məskən salmışdılar.

    Mannalılar kimmerlər və iskitlər ilə ittifaqa girmişlər. Azərbaycanda kimmerlərlə bağlı Qımır və Qımırlı (Zaqatala rayonu), Kəmərli (Qazax rayonu), Qəmərli yer adları qalmışdır.

    Saklar əsasən Urmiya gölününü şimalına qədər olan ərazidə məskunlaşmışdılar. Mənbələrə görə burada “şişpapaq” saklar yaşamışlar. Arazla Kürün qovuşduğu iki çay arasında da saklar yaşamışlar. Erkən orta əsr qaynaqlarında bura Balasakan (türk dilində bala “çöl-düz” mənasındadır), yəni “Sak düzü” adlanır.

    İndiki Bərdədən Qafqaz dağlarına qədər uzanan ərazidə sakasinlər-sakabənzərlər yaşamışlar. Saklara massagetlər də deyirdilər. Skif adı mixi qaynaqlarda işquz, aşquz şəklində verilir.

    Azərbaycanda–Urmiyadan şimalda və qərbdə kimmer, iskit və sak tayfalarının məskunlaşdığı ərazidə İskit padşahlığı yaranmışdır. İskit padşahlığı Manna ilə Urartu arasında yerləşmişdi.

    E.ə. VII əsrin ortalarında bu padşahlığın hökmdarı Tuqdamme idi. O, Sak Kuti ölkələrinin hökmdarı rütbəsini də daşıyırdı. E.ə. VI əsrin əvvəlində Midiya dövləti ilə rəqabət apara bilməyən İskit padşahlığı tənəzzülə uğradı.

    Qarabağda Xocalı, Mingəçevir, Gədəbəy abidələrindən iskit və sak tipli ox ucları tapılmışdır. Ox ucları tunc və dəmirdən hazırlanmışdır.

    İskitlər daş heykəllər, zoomorf (heyvani üslub) fiqurlar hazırlamışlar. Kimmer, iskit, sak tayfaları türk mənşəli olub, dini inamları və adət-ənənələri eynidir. Bu tayfalarda çoxallahlılıq mövcud idi. Onlar torpağı, suyu müqəddəs sayırdılar. İskit əyanları dəfn olunduqdan sonra onların qəbri üzərində möhtəşəm kurqanlar qurulurdu.

    Midiya dövlət kimi İranın mərkəzində meydana gəlmişdir. Midiya Mannadan cənub-şərqdə yerləşirdi. Mannanın Gizilbunda vilayəti hər iki ərazinin sərhədini təşkil edirdi. Midiya ölkəsinin adı mixi yazılarda Maday, Matay, Amaday kimi verilmişdir.

    Yunan mənbələri bu adı Midiya şəklində Midiya tayfaları haqqında geniş məlumatı yunan tarixçisi Herodot “Tarix” əsərində vermişdir. O, Midiya ərazisində altı qəbilənin yaşadığını göstərir. Mataylar türk mənşəli tayfa idi. Midiya ərazisi e.ə. IX-VIII əsrlərdə xırda vilayət hakimləri tərəfindən idarə edilirdi.

    Midiya ölkəsi haqqında ilk məlumatlar e.ə. IX əsrə aiddir. İlk dəfə Midiya adını Assuriya hökmdarı III Salmanasar işlətmişdir. E.ə. IX əsrin II yarısında Assuriya hökmdarları Midiyaya hücumlar edərək, xırda hökmdarları özlərindən asılı vəziyyətə saldılar. E.ə. VIII əsrin II yarısında Assuriyanın Midiya ərazisinə yürüşlər çoxalmışdı. II Sarqon Midiya ərazisini işğal etmişdir. Bu zaman Midiya canişini Mannaya tabe idi.

    E.ə. VIII əsrin sonunda Midiyada vahid dövlət yaradılması təşəbbüsü olmuşdur. Rəvayətə görə, Deyok Midiya tayfalarını birləşdirmiş və vahid dövlət yaratmışdır. O, Ektaban (indiki Həmədan) şəhərini saldırmış və onu Midiya dövlətinin paytaxtı elan etmişdir.

    İskitlərin ön Asiyaya hücumları zamanı Midiya Assuriyaya qarşı mübarizəyə başladı. Bu mübarizəyə Kaştariti başçılıq etmişdir. E.ə. 672-ci ildə Midiya Assuriya tabeçiliyindən qurtarmış və müstəqil dövlətə çevrilmişdir.

    E.ə. VII əsrin 50-ci illərində Kaştariti Assuriyaya qarşı yürüş etmişdir. İskitlər Assuriyanjın köməyinə gəlmişlər. Kaştariti döyüşdə həlak olmuş və Midiya İskitlərin hakimiyyəti altına düşmüşdür. (e.ə. 653-625)

    Tarixi rəvayətə görə Kiaksar (e.ə. 625-585) e.ə. 625-ci ildə ölkədə iskit ağalığına son qoydu. O, xırda vilayət hakimlərini Midiya dövlətinə tabe etdi. Kiaksar daxili qüvvələri birləşdirdikdən sonra Midiyanın düşməni Assuriyaya qarşı müharibəyə başladı. O, hər islahat keçirərək:


    1. Midiya ordusunu yenidən təşkil etdi.

    2. Ordunu silah növünə uyğun nizəçi və oxçu dəstələrinə böldü.

    3. Süvarilər dəstəsini piyadalardan ayırdı.

    Kiaksar yeni Babilistan dövləti ilə ittifaqa girdi. E.ə. 616-612-ci illərdə müttəfiqlərin qoşunları Assuriyanın Aşşur, Arbela, Kalat şəhərlərini, paytaxtı Ninevayanı tutub taladılar və dağıtdılar. E.ə. 605-ci ildə Assuriya bir dövlət kimi süqut etdi. Onun torpaqları Midiya və Babilistan arasında bölüşdürüldü.

    Kiaksar bu qələbədən sonra Egey dənizinin sahilinə çıxmaq məqsədilə e.ə. 590-585-ci illərdə Lidiya dövlətinə qarşı müharibəyə hazırlaşdı. O, ilk növbədə Urartu dövlətinin müstəqilliyinə son qoydu. Manna, Skif padşahlığı da süquta uğradıldı (e.ə. 590).

    Kiaksardan sonra hakimiyyətə onun oğlu Astiaq (e.ə. 585-550) gəldi. Astiaq zadəganların hüququnu məhdudlaşdırırdı. Hökmdar ilə əyanlar arasında ziddiyyətlər artırdı. Bir qrup əyan fars vilayətinin hakimi II kir ilə gizli sazişə girdi. II Kirin ordusu Astiaq ilə müharibəyə başladı. Üç il davam edən müharibədə II Kir qələbə qazandı O, Ektaban şəhərini tutdu. E.ə. 550-cı ildə qüdrətli Midiya dövləti süqut etdi.

    II Kir Midiyanı işğal etdikdən sonra Əhəməni fars dövlətinin əsasını qoydu. Sülalənin adı ilə dövlətin adı Əhəməni adlanmışdır. Bu sülalədən olan II kir özünü Midiya şahı elan etdi. Ekbatan Əhəməni dövlətinin mərkəzi şəhəri oldu. Farslar Midiya mədəniyyətini və dövlət idarə quruluşunu mənimsədilər.

    II Kir Midiyanı, Babilistanı. Anadoluda Lidiya dövlətiniişğal etdi. Nisirə qədər Qərb ölkələri Əhəmənilərə tabe oldular.

    II Kir e.ə. 530-cu ildə Araz çayı yaxınlığında köçəri massaget tayfaları ilə döyüşdə məğlub olaraq öldürüldü. Massagetlərin hökmdarı Tomris adlı cəsur bir qadın olmuşdur.

    II Kirin oğlu II Kambis (e.ə. 530-522) Misiri işğal etmişdir. Yunan tarixçisi Herodotun məlumatına görə, bu zamn Cənubi Qafqaz da Əhəməni imperiyasının tərkibində olmuşdur.

    Kambis Misirdə olarkən e.ə. 522-ci ildə İranda dövlət çevrilişi baş vermişdir. Qaumata adlı bir maq (dini başçı - kahin) öünü Kirin oğlu kimi qələmə vermiş və Əhəməni tax-tacını ələ keçirmişdir. Qaumatanın siyasəti:



    • Kütlələrin ağır vəziyyətini yaxşılaşdırmaq;

    • əyanların hüquqlarını məhdudlaşdırmaq.

    Qaumataya sui-qəsd təşkil edib onu öldürdülər. I Dara (e.ə. 522-486) hakimiyyətə gəli.

    E.ə. 522-521 illərdə Əhəməni dövlətinin tərkibinə daxil olan ölkələrdə üsyanlar baş versə də qəddarlıqla yatırıldı.

    I Dara Əhəməni imperiyasını 20 satraplığa (canişinliyə) bölmüşdür. Hər bir canişinlik müəyyən vergi dairəsinə daxil edilmişdir. Azərbaycanda yaşayan tayfalar da bu dairələrə daxil olunmuşdur. Fars-yunan müharibələrində Əhəməni ordusunda Azərbaycandan olan döyüşçülər də iştirak etmişlər. Azərbaycan əhalisi Əhəməni dövlətinə vergi verirdi və onun ordusunu müharibə zamanı hərbi dəstələrlə təmin edirdi.

    Makedoniya hökmdarı İsgəndər (Aleksandr – e.ə. 336-323) Şərqə işğalçı yürüşlər etmiş və Əhəməni imperiyasına dağıdıcı zərbələr vurmuşdur. Əhəməni imperiyasının axırıncı hökmdarı III Dara güclü orduya malik olsa da, İsgəndərə müqavimət göstərə bilmədi.

    E.ə. 331-ci ildə Şimali Mesopatamiyada Qavqamel adlı yerdə, həlledici döyüşdə dara məğlub oldu. Bu döyüşdə Əhəməni ordusunun tərkibində Azərbaycanda yaşayan albanlar, saklar və b. tayfalardan təşkil olunmuş hərbi dəstələr də vuruşmuşlar. Əhəməni şahı III Dara yeni ordu toplamaq ümidi ilə imperyanın şərq hissəsinə qaçmışdı.

    E.ə. 330-cu ildə III Dara, yolda öz adamı Bes tərəfindən öldürülmüşdür. Beləliklə, Əhəmnilər imperiyasına son qoyulmuşdur.

    Bundan sonra İsgəndər Mərkəzi Asiyaya və Hindistana hərbi yürüş etmişdir. Onun imperiyası Balkan yarımadasından Hindistana qədər geniş əraziləri əhatə edirdi. Azərbaycanın cənubu da həmin imperiyaya daxil idi.


    Yüklə 436,25 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   20   21   22   23   24   25   26   27   ...   109




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin