İNŞaat fakultəSİ İCTİMAİ FƏNLƏr kafedrasi fənnin adi: Azərbaycan tarixi MÖvzu 1 : Azərbaycan tarixinə giriş


Azərbaycan tarixinin qaynaqları və Azərbaycan tarixşünaslığı



Yüklə 436,25 Kb.
səhifə4/109
tarix02.01.2022
ölçüsü436,25 Kb.
#35015
1   2   3   4   5   6   7   8   9   ...   109
tarix

3.Azərbaycan tarixinin qaynaqları və Azərbaycan tarixşünaslığı

Azərbaycan tarixinin ayrı-ayrı dövrlərinin dərindən öyrənilməsi üçün tarixi qaynaqların əhəmiyyəti şəksizdir. Azərbaycanın qədim və orta əsrlər tarixini öyrənmək üçün qaynaqları şərti olaraq iki qrupa bölmək olar:



  1. Yazıyaqədərki qaynaqlar.

  2. Yazılı qaynaqlar.

Yazıyaqədərki məxəzlərin mütləq əksəriyyətini müxtəlif dövrlərdə Azərbaycan ərazisində aparılmış arxeoloji qazıntılar zamanı əldə edilmiş maddi mənbələr təşkil edir.

Azərbaycanın arxeoloji baxımdan öyrənilməsinin yeni mərhələsi müstəqilliyin əldə edilməsindən sonrakı dövr hesab olunmalıdır.

Azərbaycan tarixi üzrə mənbələrin mühüm hissəsini yazılı qaynaqlar təşkil edir. Arxeoloji materiallardan fərqli olaraq yazılı qaynaqlar Azərbaycanın yalnız sosial-iqtisadi, maddi-mənəvi mədəniyyət tarixi haqqında deyil, həm də siyasi tarixi haqqında zəngin məlumatlarla xarakterizə olunur.

XVIII-XIX əsrlərə aid yerli salnamələr içərisində Həsən Cəlalın “Alban ölkəsinin qısa tarixi”, “Qarabağnamələri”, Lənkəran Quba və Şəki xanlıqları tarixinə, Qacarlar sülaləsinə həsr edilmiş Bəhmən Mirzə Qacarın “Şükürnameyi Şahənşah”, Əbdürrəzzaq Dunbulinin “Məasiri Sultaniyyə”, həmçinin A. Bakıxanovun “Gülüstani-irəm” əsərlərinin tarixi qaynaq kimi əhəmiyyətini də xüsusi vurğulamaq yerinə düşərdi.

XV-XVII əsrlərdə türk dilində yazılmış salnamələrdə də Azərbaycan tarixi ilə bağlı, xüsusilə də Azərbaycan dövlətlərinin Osmanlı imperatorluğu ilə münasibətləri haqqında maraqlı məlumatlar verilmişdir.

XIII əsrdən başlayaraq Qərbi Avropa ölkələrindən Azərbaycana səyyahların ayaq açması başlanmışdır. XV əsrdən etibarən Azərbaycanın böyük siyasətə cəlb olunması, Azərbaycan dövlətlərinə Qərbin marağının artmasına səbəb olmuş və ölkəmizə səyyah, səfir, missioner axını daha da güclənmişdi. Azərbaycanda oluş Avropa və Şərq səyyahları öz gündəliklərində siyasi tarix məsələlərinə ötəri toxunsalar da xalqımızın adət-ənənələri, etnoqrafiyası, təsərrüfat həyatı, şəhərləri, ticarət əlaqələri haqqında son dərəcə geniş və qiymətli məlumatlar vermişlər.

Azərbaycan tarixinin tədqiq olunmalı, başqa sözlə desək tarixşünaslığı XIX əsrdən başlanır. Lakin bu heç də o demək deyildir ki, XIX əsrə qədər Azərbaycanda tarixi səpkidə əsərlər yazılmamışdır. Azərbaycan tarixinin tarixşünaslığını üç mərhələyə bölmək olar:


  1. Azərbaycanda Sovet rejiminin qurulmasına qədərki dövr.

  2. Sovet rejimi dövrü (1920-1991).

  3. Müstəqillik dövrü.

Birinci mərhələnin əsas xarakterik xüsusiyyəti ondan ibarətdir ki, bu dövrdə Azərbaycan tarixi əgər belə demək mümkünsə, əsasən sistemsiz, epizodik, təsviri tədqiqata məruz qalmışdır. XIII-XVIII əsrlərdə yazılmış tarixi əsərlər kompilyativ salnamə xarakterli olmaqla bərabər, ayrı-ayrı sülalələrin rəsmi saray tarixşünaslığından ibarətdir. Yalnız XIX əsrdən etibarən Azərbaycan tarixinin ayrı-ayrı mərhələləri, xüsusilə də xanlıqlar dövrü araşdırma obyektinə çevrilməyə başlamışdır. Bu baxımdan tarixi “Qarabağnamə”ləri ilk növbədə qeyd etmək lazımdır. Müəyyən anlamda “Qarabağnamə”lər yalnız tarixşünaslıq deyil, həm də mənbəşünaslıq baxımdan əhəmiyyət doğurur. Belə ki, “Qarabağnamə” müəlliflərinin bəziləri xanlıqlar dövrü hadisələrinin şahidləri və müasirləri olmuşlar. Azərbaycan tarixinin ilk dəfə elmi əsaslarla öyrənilməsi A.A. Bakıxanovun adı ilə bağlıdır. A.Bakıxanova qədər yazılmış tarixi əsərlər Azərbaycan tarixinin ayrı-ayrı epizodlarına və yaxud bir sülalə, bir xanlığın tarixinə həsr edildiyi halda onun “Gülüstani İrəm” əsəri ən qədim dövrıərdən Gülstan sülhünə qədər bütöv Azərbaycan tarixini əhatə edir.

Azərbaycan tarix elminin inkişafının ikinci mərhələsini 1920-1991-ci illər təşkil edir. Bu dövrdə Azərbaycan mədəniyyətinin bütün sahələrində böyük naaliyyətlər əldə edildiyi kimi Azərbaycan tarixşünaslığı sahəsində də nəzərə çarpacaq uğurlar qazanılmışdır.

Azərbaycanın paleolit dövrünün öyrənilməsində M.Hüseynovun xidmətlərini xüsusi qeyd etmək lazımdır. Müəllifin Damcılı, Daşsalahlı, Tağlar, Azıx düşərgələrində apardığı tədqiqatlar nəticəsində Azərbaycanın antropogen zonasına daxil olması təkzibedilməz faktlarla sübuta yetirilmişdir. Tarixçi-arxeoloq İ.Cəfərzadənin Qobustan yaşayış məskənində apardığı araşdırmalar Azərbaycanda mezolit dövrü insanlarının yaşayış tərzi, təsərrüfat həyatı, maddi və mənəvi dünyası haqqında dolğun təsəvvür yaradır.

Azərbaycan tarixinin önəmli dövrlərindən birini təşkil edən ərəb işğalları dövrü də (VII-IX əsrlər) tarixşünaslıqda böyük maraq doğuran problemlərdən biridir. Dövrün ən görkəmli mütəxəssisi olan Z,Bünyadovun “Azərbaycan VII-IX əsrlərdə” adlı fundamental monoqrafiyası tarixşünaslığımızın ən böyük uğurlarından biridir. Ərəb dövrünün tanınmış mütəxəssislərindən olan N.Vəlixanlının “Ərəb xilafət və Azərbaycan”, “IX-XII əsr ərəb coğrafiyaşünas-səyyahları Azərbaycan haqqında” monoqrafiyaları böyük elmi əhəmiyyətə malikdir. ərəb xilafətinin zəifləməsi nəticəsində Azərbaycanda milli dövlətçiliyin bərpası mərhələsi başlanır. Araşdırmalar arasında M.Şərəflinin “IX əsrin II yarısı-XI əsrlərdə Azərbaycan feodal dövlətləri”, S.Aşurbəylinin “Şirvanşahlar dövləti” əsərlərini, V.Minorskinin “İstoriya Şirvana i Derbenda” adlı monoqrafiyalarının əhəmiyyətini vurğulamaq vacibdir.

Müstəqillik dövründə tarixşünaslıqda Azərbaycan tarixinin müxtəlif dövr və problemləri ilə, xüsusilə də etnogenezis, Səfəvilər və xanlıqlar dövrü ilə bağlı çoxlu sayda tədqiqat əsərləri yazılaraq ictimaiyyətə təqdim olunmuşdur. Müstəqillik dövründə qələmə alınmış tədqiqatlar içərisində Y.Mahmudovun “Azərbaycan diplomatiyası”, R.Şükürovanın “Səfəvilərin son dövrü”, H.Süleymanovun “Səfəvi dövlətinin təsərrüfat həyatı”, Z.Bayramlının “Səfəvilərin dövlət quruluşu və inzibati idarə sistemi”, Ş.Fərzəlibəylinin “Azərbaycan və Osmanlı imperiyası (XV-XVI əsrlər)”, V.Piriyevin “Azərbaycan XIII-XIV əsrlərdə”, Z.Səfərovun “Azərbaycanın musiqi elmi(XIII-XX əsrlər)”, H.Mustafayevanın “Azərbaycanın Cənub xanlıqları”, F.Əliyevin “Naxçıvan xanlığı”, L.Əliyevanın “Qıpçaqlar və Azərbaycan”, R.Hüseynlinin “Azərbaycan ruhaniliyi”, M.Abdullayevin “Xanlıqlar və rus müstəmləkəçiliyi dövründə Azərbaycanda aqrar münasibətlər”, T.Mustafazadənin “Quba xanlığı” və adlarını qeyd etmədiyimiz onlarla monoqrafiyanı qeyd etmək olar.


Yüklə 436,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin