4.Azərbaycanda ibtidai icma quruluşunun dağılması
Beləliklə, ibtidai cəmiyyət daxilində mülki bərabərsizliyin, ictimai təbəqələsmənin və xüsusi mülkiyyətin yaranması, sənətkarlığın müstəqil peşəyə çevrilməsi, icma daxilində birgə əmək, birgə əmlak və birgə yaşayış qaydalarının pozulmasına gətirib çıxartmışdı. Azərbaycanda qəbilə icmasının və icma təsərrüfatının dağılması prosesi e.ə. II minilliyin sonu – I minilliyin başlanğıcında başa çatmışdı. Bir neçə qəbilənin birləşməsi tayfaları meydana gətirir.
İlk dəmir dövründə insanlar arasında bərabərsizlik yaranandan sonra tayfa ittifaqlarının başçıları sərvətlərini qorumaq üçün döyüşçü dəstələri saxlayırdılar və nəticədə dövlət meydana gəldi. Dövlətin ərazisi, paytaxtı, ordusu, xəzinəsi yarandı. Kəndlilərdən piyada, varlılardan süvari ordu təşkil edilirdi. Müharibə zamanı dövlətlər muzdlu ordudan da istifadə edirdilər. Azlıq təşkil edən varlılar öz hakimiyyətlərini döyüşçülərin köməyi ilə saxlayırdılar. Məzlum siniflər – kəndlilər və qullar istismar olunurdular. Qul əməyindən kənd təsərrüfatında, filiz şaxtalarında, möhtəşəm tikintilərdə (məbədlər, qalalar) və s. ağır işlərdə istifadə edilirdi. Beləliklə, quldarların əsas istehsal vasitələrinə və qullara tam sahib olduğu, qulların bütün istehsal vasitələrindən, şəxsi azadlıqdan məhrum edildiyi quruluş meydana gəldi.
Məsələ təhlükəsizliyi qorumaq idi. Beləki, Yaxın Şərqin quldar dövlətləri Azərbaycan ərazisinə tez-tez hücumlar edir, mal-qara və əmək alətlərini mənimsəyirdilər.
Dostları ilə paylaş: |