İNŞaat fakultəSİ İCTİMAİ FƏNLƏr kafedrasi fənnin adi: Azərbaycan tarixi MÖvzu 1 : Azərbaycan tarixinə giriş


Fakultənin Elmi –Metodik şurasında təsdiq olunmuşdur



Yüklə 436,25 Kb.
səhifə45/109
tarix02.01.2022
ölçüsü436,25 Kb.
#35015
1   ...   41   42   43   44   45   46   47   48   ...   109
tarix

Fakultənin Elmi –Metodik şurasında təsdiq olunmuşdur.

Protokol №8, 14.02.2018

Bakı-2018
1.Şirvanşahlar dövləti

Şirvanşah I İbrahimin birləşdirici siyasəti. Gürcüstanla ittifaq. XV əsrin əvvəllərində Azərbaycanın Teymuri hakimiyyəti altından çıxması və birləşməsi üçün çox əlverişli şərait yaranmışdı. O zaman beynəlxalq mübarizələr meydanında Azərbaycan üçün təhlükə yarada biləcək qüvvə yox idi. Teymurun vəfatından sonra (1405) onun işğalçı siyasəti nəticəsində yaranan Teymurilər dövləti tezliklə dağılmağa başladı. Müxtəlif ölkələrdə hökmranlıq edən Teymuri şahzadələri arasındakı ixtilaflar nəticəsində bir sıra əyalətlər bu xanədanın təsir dairəsi altından çıxmış, müstəqillik qazanmışdı. Teymurilər arasındakı feodal hərc-mərcliyi davam edirdi. Bu vəziyyət Azərbaycanda da hökm sürməkdə idi. Hələ atası Teymurun sağlığında Azərbaycandakı hakimiyyətindən (Qarabağ və Muğan istisna olmaq şərti ilə) kənar edilmiş Miranşah atasının ölüm xəbərini eşidən kimi bir sıra əyalətlərdə hökmranlıq edən doğma oğlu Mirzə Ömərə qarşı müharibəyə başladı. Bu işdə marağı olan Mirzə Əbubəkr də kiçik qardaşının əleyhinə atası Miranşahla birləşdi. Bu çəkişmələr və döyüşlər nəticəsində Teymurilərin Azərbaycandakı hakimiyyəti zəifləməyə başladı. Ölkədə xalq kütlələri arasında xarici əsarətdən azad olmaq meyilləri qüvvətləndi. Təbriz, Marağa və Qarabağda həyəcanlar artdı. Müxtəlif əyalətlərin birləşməsi üçün əlverişli şərait yarandı. Azərbaycanın, eləcə də şirvanın müstəqilliyini qorumaq və yadellilərin iştirakı olmadan hakimiyyəti öz əlində cəmləşdirmək üçün I İbrahim ciddi fəaliyyətə başladı. O, Bərdə yaxınlığında Teymuri dövlətinin səlahiyyətli nümayəndələri ilə sülh sazişi bağlamış və bu sazişdə şirvanın daxilən müstəqil olduğu qeyd edilmişdi. İbrahim tezliklə İəki, Dərbənd, Qəbələ şəhərlərində də (Qarabağ düzənliyinə qədər) öz nüfuzunu möhkəmləndirmiş, müttəfiqi olan Seydi Əlinin oğlu Seydi Əhmədi İəki hakimi etmişdi. I İbrahim feodal təbəqələrinin mənafeyini güdmək və bütün Azərbaycanda müstəqil hakim olmaq niyyəti ilə ölkəni dağıntılardan xilas etməyə cəhd göstərdi. O, yaranmış şəraiti nəzərə alaraq müxtəlif siyasi qrupların vəziyyətindən bacarıqla istifadə etdi, çoxdan nəzərdə tutduğu məqsədin - Araz çayının cənubunda yerləşən torpaqların şirvan ətrafında birləşdirilməsi planının həyata keçirilməsi üçün qətiyyətlə fəaliyyətə başladı. Bəzi feodallar və şəhər əyanları da öz mənafeləri baxımından I İbrahimin bu planını müdafiə etdilər. Təbriz tacirləri də onu öz hakimləri kimi görmək istəyirdilər. Çünki I İbrahim ticarət və sənətkarlığı inkişaf etdirməyə çalışırdı. Azərbaycan torpaqlarının vahid siyasi qurumda olması isə ticarətin genişlənməsinə labüd imkan və şərait yaratmalı idi. I İbrahim özünün birləşdirmə siyasətini həyata keçirmək üçün gürcü çarı II Konstantin, İəki əyalətinin hakimi Seydi Əhməd, Gəncə hakimi Yarəhməd Qaramanlı və Ərdəbil hakimi Bestam Cakirlə ittifaq bağladı. Onların birləşmiş qoşunu Kür çayı sahilində toplandı. O zaman Təbriz hakimi olan Ömər şirvanşahı qabaqlamaq məqsədilə hücuma keçdi. Bir həftə davam edən döyüşlər həlledici nəticə vermədi. Mirzə Ömərin Kür sahilinə getməsi xəbərini eşidən Miranşah və oğlu Əbubəkr Təbriz üzərinə hücuma keçdilər. Təbriz əhalisi onlara müqavimət göstərərək üsyana qalxdı. Üsyançılar kömək üçün I İbrahimə müraciət etdilər. Bu isə şirvanşaha sərhədi keçmək üçün əlverişli imkan yaratdı. 1406-cı ilin may ayında şirvanşahın döyüşçüləri maneəsiz Təbrizə daxil oldular. Təbrizin I İbrahimin əlinə keçməsi Azərbaycan torpaqlarının vahid hakimiyyət altında birləşməsi demək idi. Bütün Azərbaycanın şirvana birləşdirilməsi I İbrahimin böyük diplomatik qələbəsi olsa da, bu birləşmə Azərbaycanın bir sıra güclü qonşularının mənafeyi ilə ziddiyyət təşkil edirdi. Çünki Azərbaycanın siyasi cəhətdən dağınıq və bir-biri ilə heç bir əlaqə saxlamayan əyalətlər şəklində olması işğalçı qonşuların xeyrinə idi. Azərbaycanın vahidliyi isə onu qarətçi hücumlardan qoruyardı. Mənbələrden məlum olur ki, I İbrahimin Azərbaycanın cənub vilayətlərinə təyin etdiyi məmurlar ədalətlə hərəkət edirdilər. Lakin I İbrahimin birləşdirmə siyasəti uğursuzluqla nəticələndi. Sultan Əhməd Cəlairi və Qara Yusif Qaraqoyunlunun qoşunlan Təbriz üzərinə hücuma keçdilər. Şirvanşah öz yaxın adamları ilə məsləhətləşdikdən sonra belə qərara gəldi ki, Arazın şimal sahilinə qayıtmaq zəruridir. Bu qərarın məqsədi tamamilə aydm idi: Məlumdur ki, o zaman I İbrahimin yaxşı silahlanmış döyüşçüləri Azərbaycanın feodal əyanlarından ibarət idi və onlarda "vətən" məfhumu yalnız yaşadıqlan ərazi ilə məhdudlaşırdı. I İbrahimə kömək edən başqa tayfa əmirləri də Azərbaycanın birləşməsində maraqlı deyildilər və daha qüvvətli sərkərdələrə xidmət etmək meyli onlan xəyanətə vadar edirdi. 1406-cı ilin iyulunda şirvandan gələn döyüşçülər Təbrizi tərk etdilər və beləliklə, Azərbaycanı birləşdirmək uğrunda I İbrahimin etdiyi ilk cəhd uğursuz oldu. İkinci cəhd isə 1410-cü ildə edildi. Həmin ilin birinci yarısında Azərbaycanın cənub ərazilərində Sultan Əhməd Cəlairinin rəsmi hökmdar olmasına baxmayaraq, Qara Yusifin də xüsusi nüfuzu və təsiri var idi. Qara Yusifin iştirakı olmadan Azərbaycanda hakim olmaq meylinə düşən Sultan Əhməd Qara Yusifin Ağqoyunlu köçəri qəbilələrinin başçısı Qara Osmanla döyüşə getməsindən istifadə etdi və Təbrizə qoşun yeritdi. O, eyni zamanda şirvanşahdan kömək göstərməsini xahiş etdi. I İbrahim oğlu Kəyumərsin başçılığı altında Təbrizə qoşun yolladı. Qara Yusifin şirvana da hücum edəcəyini başa düşən I İbrahim Təbrizə qoşun göndərməklə həm Cəlairilərlə müttəfiq olar, həm də Azərbaycanda qalıb öz mövqeyini möhkəmləndirə bilərdi. Lakin hələ şirvan qoşunu gəlib çatmamış, 1410-cu il avqustun 30-da Şənbi-Qazan yaxınlığında Sultan Əhmədlə Qara Yusif arasında baş verən həlledici döyüşdə Cəlairiləri məğlub edildilər. Beləliklə, İir-vanşah I İbrahimin Cənubi Azərbaycan vilayətlərini şirvana birləşdirmək üçün etdiyi ikinci cəhdin də səmərəsi olmadı. Qara Yusif şirvanşahın tam müstəqilliyini aradan qaldırmaq və onu özündən asılı vəziyyətə salmaq üçün bir neçə cəhd etdi. Həmin cəhdlər I İbrahim tərəfindən etirazla qarşılandı. Çünki şirvanşah çətinliklə əldə etdiyi istiqlaliyyəti itirmək istəmirdi və ölkəsini müstəqil surətdə idarə etmək əzmində idi. O, eyni zamanda Qara Yusiflə müharibə olacağını labüd hesab edir və özü də buna hazırlaşırdı.

I İbrahim həmin məqsədlə Şəki hakimi Seydi Əhməd və gürcü çarı II Konstantinlə dostluq əlaqələrini davam etdirirdi. Qara Yusif və I İbrahimin hərbi hazırlıqları iki il davam etdi. 1412-ci ilin noyabr-dekabr aylarında Kür çaymın sahilində Qaraqoyunlu və şirvan qoşunları arasında böyük döyüş baş verdi. Qara Yusif tərəfində Qarabağın, Muğanın və Naxçıvan əyalətinin sayca çox olan qoşunları, 1 İbrahimin tərəfində isə 2 min atlı ilə ona qoşulmuş II Konstantinin məhdud miqdarda aznaurları (hərbçiləri) döyüşürdülər. Qüvvələrin qeyri-bərabərliyi nəticəsində şirvanşah I İbrahim, onun oğulları, qardaşları, əmirləri və məşhur sərkərdələri, habelə II Konstantin əsir alındılar. Tezliklə gürcü çarı və 300 aznaur edam edildilər, I İbrahim isə 1413-cü ilin baharında həbsdən azad olundu və şirvana qayıtdı.

XIV əsrin 70-80-ci illərində azərbaycandaki siyasi sabitsizlik Əmir Teymurun və toxtamişin bu ölkəyə hücumu üçün əlverişli şərait yaratmişdi. Teymur 1385-ci ildə bir sira qonşu dövlət başçilarina məktub göndərdi və onlardan tabe olmaği tələb etdi. Xorasan hakimi Şahvəli ətraf vilayətlərin hakimlərinə (o cümlədən azərbaycan hökmdari cəlairi sultani əhmədə) xəbər göndərərək teymura qarşi birləşməyi təklif etdi. Lakin o, müsbət cavab almadiği üçün müharibə meydaninda tək qaldi və məğlub oldu.

Teymurun xorasani tutub azərbaycana tərəf irəlilədiyini eşidən sultan əhməd ona qarşi qoşun göndərdi, lakin sultaniyyə ətrafindaki vuruşmada məğlubiyyətə uğradi. Sultaniyyə şəhərini almiş teymur orta asiyada baş vermiş hadisələrlə əlaqədar səmərqəndə qayitdi.

Cəlairilər dövlətinin zəifləməsi, sultan Əhmədin bağdadda olmasi və teymurun səmərqəndə qayitmasi nəticəsində yaranmiş əlverişli vəziyyətdən istifadə edən qizil Orda xani toxtamiş 1385-ci ildə 90 minlik ordu ilə dərbənddən şirvana keçərək azərbaycana soxuldu. Təbriz mühasirəyə alindi. Təbrizlilər şəhərin müdafiəsinə qalxdilar. Şəhərdə xəndəklər qazildi, səngərlər yaradildi. Toxtamiş şəhərin möhkəm müdafiə olunduğunu görüb danişiqlar apardi və xərac kimi 250 tümən qizil pul almaq şərti ilə geri çəkiləcəyinə raziliq verdi. İəhər əhalisi sülh ümidi ilə silahi yerə qoydu. Təbriz əyanlari toxtamişa veriləcək məbləğin toplanilmasi ilə məşğul oldular və vəziyyətdən istifadə edən toxtamiş qoşunu şəhərə buraxdi. Əhalini qarət etməyə başladilar. Təbriz əhalisi 8 gün ərzində işğalçilarin zülmünə məruz qaldi. Toxtamiş şəhərə yaxinlaşmiş sultan Əhmədin qoşununu geri çəkilməyə məcbur etdi. Marağa şəhəri düşmənin əlinə keçdi və qarət olundu. Qizilordalilar iki qismə bölündülər. İşğalçilarin bir qismi mərəndə və naxçivana gedib əhalini qarət etdi və şəhərləri dağitdi, digər hissələr isə əhər istiqamətində irəlilədi. Hər iki dəstə qarabağda birləşdi və onlar şimala çəkildilər. Toxtamiş azərbaycandan geri qayidarkən 200 minə qədər adami əsir apardi.

Toxtamişin ardinca azərbaycan 1386-ci ilin baharinda yenidən İrana və cənubi qafqaza yürüş etmiş Teymurun hücumuna məruz qaldi. Teymurun bu yürüşü tarixdə üçillik yürüş kimi taninir. O, ilk növbədə, bir sira əmirlərini sultaniyyəyə göndərdi. Onlar burada yerli hakim olan adillə birləşdilər və təbrizə gəldilər. Sultan Əhmədin təbrizdəki əmirlərinin bir qismi əlincə qalasina, bir qismi isə bağdada çəkildi. Təbriz adilin ixtiyarina keçdi. Sultan Əhmədin təbrizə göndərdiyi qoşun yenidən məğlub olub geri qayitdi.

Az sonra Adil teymuru qarşilamaq üçün həmədana gedərkən sultan əhməd bir daha təbrizə tərəf irəlilədi. O, marağa vilayətinə daxil olduqda adilin əmirləri təbrizi tərk edib geri çəkildilər. Adillə birləşmiş Teymur ucana çatdiqda sultan əhməd düşmənə qarşi müqavimət göstərmək iqtidarinda olmadiği üçün Təbrizdən çixib Naxçivana getdi və düşərgəsini tərk edərək oradan bağdada çəkildi. Təbrizə daxil olmuş Teymur bir müddətdən sonra Naxçivana getdi və orada, əlincə qalasinin ətəklərində birgünlük vuruşmadan sonra Qarabağa qişlamağa gəldi. Teymur qarabağda olduğu zaman şirvanşah İbrahim qiymətli hədiyyələrlə onun yanina gedib öz itaətini bildirərək onunla ittifaq bağladi. XIV əsrin son rübündə cənubi qafqazda baş vermiş hadisələr (ilk növbədə Teymurun və şirvanşah I İbrahimin fəaliyyəti) nəticəsində azərbaycanin şimal-qərb sahələri genişləndi. Tarixçi şərəfəddin Əli Yəzdinin məlumatina görə, bu dövrdə azərbaycan ilə gürcüstan arasdaki sərhəd debed (tebeder) çayi boyunca keçirdi.

1387-ci ildə Teymur Toxtamişin buxara və səmərqənd üzərinə hücumu ilə əlaqədar azərbaycani tərk etməli oldu.

1391-ci ildə Mahmud Xalxali yenidən Sultaniyyədən Təbrizə yürüş etdi, Altun ilə qanlı vuruşmalar apardı və qalib gələrək Təbrizdə hakimiyyəti ələ aldı. O, 6 aydan sonra Əmir Məlik Nizaməddini şəhərdə qoyub Xalxala qayıtdı. Vəziyyətdən istifadə edən Qara Yusif Xoydan Təbrizə gəldi, şəhəri tutdu və bir neçə gündən sonra əmirlərini burada qoyub geri qayıtdı. Az sonra Əmir Altun bir daha Əlincə qalasından Təbrizə hücum etdi, şəhəri ələ keçirdi. O da öz nümayəndələrini şəhərdə qoyub geriyə - Əlincəyə qayıtdı. Bu vaxt Mahmud Xalxali Təbrizə yürüş edərək, Altun ilə 12 günlük vuruşmadan sonra qələbə çaldı və şəhərə daxil oldu. Lakin o, bu dəfə də Təbrizdə möhkəmlənə bilmədi. 1392-ci ildə Alatağ yaylağından Təbrizə irəliləyən Qara Yusif şəhəri tutdu, Mahmud Xalxala çəkildi. Təbriz bir neçə gündən sonra Əmir Bəstam və onun müttəfiqlərinin (qardaşı Mənsur və Xalıqın) əlinə keçdi. Qara Yusif şəhərdən çıxmalı oldu.

Teymurun qoşunu 1392-ci ildə Təbrizə daxil oldu. Cəlairi sultanı Əhmədin Azərbaycanda yeganə istinadgahı Əlincə qalası idi. Cəlairilərin xəzinəsi qalada saxlanılırdı. Qala Sultan Əhmədin oğlu Sultan Tahirin başçılığı ilə Əmir Altun və qalabəyi Xacə Cövhər tərəfindən müdafiə olunurdu. Burada Cəlairilərin 300-dən artıq əsgəri var idi. Azərbaycanı zəbt etmiş Teymur Sultan Əhmədə tabe olmaq barədə məktub yazdı, lakin rədd cavabı aldı. Buna görə də o, Bağdada hücuma keçdi, oranı qarət etdikdən sonra geri qayıdıb Əlincəyə qoşun göndərdi. Qalanın müdafiəçiləri mərdliklə döyüşürdülər. Teymur qalanın mühasirəsini daha da gücləndirdi və bütün giriş yollarını nəzarət altına aldı. Əmir Teymur Gürcüstana yürüş etdi, oranı viran qoydu və 1393-cü ildə İəki vilayətinə soxuldu. İəki hakimi Seydi Əli düşmənə müqavimət göstərə bilmədiyi üçün qaçdı. Teymur buradan Muğana qayıtdı və Mahmudabadda qışladı.



1395-ci ilin baharında Teymur Dərbəndi keçərək Qızıl Orda üzərinə hücum etdi. Şirvanşah İbrahimin və Marağa hakimi Əmir Yadigarın iştirak etdiyi bu yürüşdən 1396-cı ilin baharında qələbə ilə qayıtmış Teymur şimal sərhədlərinin qorunması məqsədilə Dərbəndin müdafiə istehkamlarını daha da möhkəmləndirdi. şirvanşah İbrahim şirvanın hakimi kimi tanındı və o da şimal sərhəddinin müdafiəsi ilə məşğul oldu. Əlincə qalası istisna olunmaqla, bütün Azərbaycanı zəbt etmiş Teymur oğlu Miranşahı Dərbənddən Bağdada, Həmədandan Ruma qədər olan böyük bir əraziyə hakim təyin etdi və Səmərqəndə qayıdaraq Hindistan səfərinə getdi. Teymur Hindistan səfərində olarkən Azərbaycanın, eləcə də Cənubi Qafqazın bir çox yerli feodalları müstəqillik uğrunda mübarizə apararaq Teymurilərə itaət etməkdən boyun qaçırdılar. Əlincə qalasının müdafiəçiləri ilə birləşmiş İəki və Gürcüstan hakimləri Teymurilərlə vuruşdular və hətta bir çox hallarda onlara qalib gəldilər. Miranşahın yeritdiyi mənfur siyasət bir çox feodalların və xalq kütlələrinin narazılığına səbəb olurdu. Azərbaycanda və Cənubi Qafqazda baş verən hadisələrdən xəbərdar olmuş və Miranşahın vəziyyəti nizamlamaqda acizliyini hiss etmiş Teymur Hindistan səfərindən qayıtdıqdan sonra (1399-cu ilin sentyabr ayında) Azərbaycana yürüş etdi. Bu yürüş tarixdə "Yeddiillik müharibə" adlanır. Azərbaycana gəlmiş Teymur Qarabağdan Gürcüstana getdi və Kür çayının sahillərində məskən saldı. Bu zaman Cənubi Qafqazın bir sıra vilayət hakimləri onun hüzuruna gedib itaət edəcəklərini bildirdilər. Həmin hakimlərlə Teymur arasındakı münasibətlərin yaxşılaşdırılmasında şirvanşah İbrahimin böyük rolu oldu. Seydi Əli öldüyü üçün Şəki vilayətinə hakimlik edən oğlu Seydi Əhməd, həmçinin gürcü çarı Georgi şirvanşah İbrahimin vasitəçiliyi ilə Teymurun yanına gedib, onunla ittifaqa girdilər. Teymurun bu yürüşü zamanı uzun müddət cəsarətlə müdafiə olunan Əlincə qalası da tabe edildi. Qalada baş vermiş feodal çəkişmələri onun süqutu üçün əsas səbəb oldu. Teymur bir müddətdən sonra Səmərqəndə qayıtdı və 1405-ci ildə vəfat etdi. Azərbaycan bu dövrdə Miranşahın oğlu Mirzə Ömərin ixtiyarında, şirvan isə İbrahimin hakimiyyəti altında idi. Teymurun ölümündən sonra onun imperiyası daxilində çəkişmələr başlandı və "Teymur vəliəhdliyi" uğrunda feodal müharibələri şiddətləndi. İmperiyanın mərkəzində baş vermiş hadisələr ətraf vilayətlərə də təsir göstərdi. Azərbaycan hakimi Mirzə Ömər Teymurun ölüm xəbərini alan kimi öz adına xütbə oxutdurdu və sikkə zərb etdirməklə imperiyanın təsirindən çıxmağa səy göstərdi. İmperiyanın bir çox ərazilərində azadlıq hərəkatı genişləndi. Vəziyyətdən istifadə edən şirvanşah İbrahim tabeçilikdən imtina etdi, tam müstəqillik qazandı. Teymurilər şirvanın müstəqilliyini tanımalı oldular.

Yüklə 436,25 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin