İNŞaat fakultəSİ İCTİMAİ FƏNLƏr kafedrasi fənnin adi: Azərbaycan tarixi MÖvzu 1 : Azərbaycan tarixinə giriş


Fakultənin Elmi –Metodik şurasında təsdiq olunmuşdur



Yüklə 436,25 Kb.
səhifə51/109
tarix02.01.2022
ölçüsü436,25 Kb.
#35015
1   ...   47   48   49   50   51   52   53   54   ...   109
tarix

Fakultənin Elmi –Metodik şurasında təsdiq olunmuşdur.

Protokol №8, 14.02.2018

Bakı-2018

1.Səfəvilərin Ərdəbil hakimiyyəti. Səfəvilər dövlətinin yaranması
Səfəviyyə dini dərviş təriqətinin əsası Şeyx Səfiəddinin tərəfindən (1254-1334) XIII əsrin sonlarında qoyulmuşdur.

Səfəvi şeyxləri yarımköçmə və oturaq əhalini öz tərəflərinə çəkmək üçün belə bir təbliğat aparırdılar ki, şəriətdə nəzərdə tutulmayan çoxlu sayda vergi və mükəlləfiyyət tələb etməklə, xalqın güzaranını ağırlaşdıran rəsmi (sünni) məzhəbli hökmdarların (təbii ki, Bayandurluların, Şeybanilərin, Şirvanşahların) hakimiyyətinə son qoymadan “ədalətli cəmiyyət” qurmaq mümkün deyildir.

Ərdəbil hakimi Şeyx Cüneyd (1447-1460) siyasi sahədə nüfuz qazanmaq uğrunda mübarizəyə Şirvandan keçşməklə, Şimali Qafqaza kafirlərə qarşı “cihad yürüşünə” çıxmaqla başladı. Onların əsas məqsədlərindən biri də Şirvan torpaqlarını ələ keçirmək idi. Ancaq 1460-cı ildə Samur çayı sahilindəki döyüşdə Azərbaycan hökmdarı Cahanşah və Şirvanşah I Xəlilullah tərəfindən məğlubiyyətə uğradılaraq öldürüldü. Şeyx Cüneydin oğlu Şeyx Heydərin dövründə (1460-1488) Səfəvi təriqətinin müridləri başlarına 12 imamın şərəfinə 12 zolaqlı çalma qoyduqlarından onlar qızılbaş adlanmağa başladılar. Üç dəfə Şirvana və Dağıstana yürüş edən Şeyx Heydər 1488-ci ildə Şamaxıda böyük dağıntılar və qırğınlar törətsə də, Şahdağın ətəyində Tabasaran yaxınlığında Sultan Yaqubun və Şirvanşahın birləşmiş qüvvələri tərəfindən məğlub edilərək öldürüldü. Şeyx Heydərin oğlu Sultan Əli isə 1494-cü ildə Bayandurlu Sultan Rüstəm tərəfindən Şəməsi döyüşündə öldürüldükdən sonra Səfəviyyə ordeninin başçısı olan İsmayılı qızılbaşlar Lahıcanda yerli hakim Mirzə Əlinin sarayında gizlətdilər.

XV əsrion sonunda Azərbaycanda siyasi sabitliyin pozulmasından və Bayandurlu nəslindən olan Sultan Əlvənd və Sultan Muradın yeritdiyi yarıtmaz siyasət nəticəsində əhalinin narazılığının gündən-günə artmasından qızılbaşlar məharətlə istifadə edərək hakimiyyət uğrunda mübarizənin yeni mərhələsinə başladılar.

İki əmioğlu Əlvənd və Murad arasında ölkənin bölünməsi xəbəridə qızılbaşları İsmayıl başda olmaqla, Azərbaycan taxt-tacı uğrunda daha qətiyyətlə siyasi mübarizə aparmağa ruhlandırmışdı.
Ağqoyunlulann zəifləydiyi bir şəraitdə ölkədəki pərakəndəliyi aradan qaldırmaq və Azərbaycan torpaqlarını siyasi cəhətdən birləşdirmək zərurəti yaranmışdı. Belə bir şəraitdə Səfəvilər siyasi meydana çıxdılar. 1499-cu ildə Lahicanı tərk edən İsmayıl Ərdəbilə, sonra isə tərəfdarlarının daha çox olduğu Ərzincana (Kiçik Asiyaya) getdi. İsmayıl ilk növbədə Şirvanşaha zərbə vurmağı qərara aldı. Çünki Təbrizə hərəkət etsəydi, 3 rəqiblə - Ağqoyunlulardan Əlvənd Mirzə və Sultan Muradla, eləcə də onları müdafiə edən Şirvanşah Fərrux Yaşarla toqquşmalı olardı. 1500 – cü ilin payızında Şamaxını tutan İsmayıl Gülüstan qalasının yaxınlığındakı Cabani adlı yerdə Fərrux Yasarı məğlub etdi. 1501-ci ilin yazında isə Fərrux Yasarın oğlu Qazı bəyin arvadı tərəfindən idarə edilən Bakıya hücuma başladı. Qazı bəyin arvadı şəhəri Səfəvilər təslim etməyi məsləhət görən Bakı darğası Əbdül Fəttahı edam etdirdi. Qala divarları altından lağım atan qızılbaşlar şəhəri tutub. Şirvanşahın xəzinəsini ələ keçirdilər. Gülüstan qalasını almaq üçün qayıdan İsmayıl, Əlvənd Mirzənin Təbrizdən qoşunla yola düşməsi xəbərini alıb, öz sərkərdələrindən «Siz Azərbaycan taxtını, yoxsa Gülüstan qalasını istəyirsiniz?» deyə soruşduqda, onlar «Azərbaycanı istəyirik - cavabını verdilər.

1501-ci ilin ortalarında Naxçıvan bölgəsindəki Şərur düzündə Əlvəndlə İsmayıl arasında döyüş qızılbaşların qələbəsi ilə başa çatdı. Əlvənd Ərzincana qaçdı. Ağqoyunluların birinci qoluna son qoyuldu. 1501- ci ilin payızında Təbrizə daxil olan İsmayıl özünü şah elan etdi və Səfəvilər dövlətinin (1501-1736) əsasını qoydu.

I Şah İsmayıl (1501- 1524) öz adına xütbə oxutdurdu və pul kəsdirdi. Dövlətin paytaxtı Təbriz idi. Dövlətin əsas ərazisini Azərbaycan torpaqları, əhalisinin böyük hissəsini isə Azərbaycan türkləri təşkil edirdi. Ordu qızılbaş türk soylarından təşkil olunmuşdu. Hərbi komandanlıq, maliyyə idarələri, vilayətlərin idarəçiliyi və şah sarayında bütün vəzifələr Azərbaycan əyanlarının əlində idi. Dövlət işlərində, sarayda, qoşunda və qismən diplomatik yazışmalarda Azərbaycan türk dilli işlənirdi. Azərbaycan ədəbi dilinin formalaşmasında Şah İsmayılın müstəsna rolu oldu.

Səfəvi dövlətinin yaranması azərbaycan tarixində mühüm hadisə olub, ölkənin iqtisadi və mədəni inkişafına şərait yaratdı, yadellilərə qarşı xalqımızın mübarizə aparmasını asanlaşdırdı. Azərbaycan torpaqlarını vahid dövlətdə birldəşdirməklə Səfəvilər tariximizdə misilsiz rol oynamışlar.

Ağqoyunlu dövlətinin digər qolunun başçısı Sultan Murad Səfəvilər üçün təhlükəli rəqib olaraq qalırdı. 1503-cü ildə Həmədan yaxınlığındakı Almaqulağı adlı yerdə Sultan Muradın ordusunu darmadağın edən İ Şah İsmayıl Şirazı tutdu. Bu qələbə ilə Ağqoyunlu dövlətinin ikinci qoluna da son qoyuldu. Bundan sonra Şah İsmayıl İranın və əcəm İraqının xeyli hissəsini, Qum, Kaşan və İsfahanı, 1504-cü ildə Yəzd və Kirmanı, 1508 - 1510- cü illərdə Xorasan istisna olmaqla, bütün İranı tutdu. Bağdad şəhəri də daxil olmaqla Ərəb İraqını da dövlətinin tərkibinə qatdi.

Səfəvilər dövləti şərqdə Şeybani xanın Özbək dövləti, qərbdə isə Osmanlı imperiyası ilə həmsərhəd oldu.

Şah İsmayılla Şeybani xan arasında əsas mübarizə iqtisadi və strateji əhəmiyyəti olan Xorasan uğrunda gedirdi. 1507-1508-ci illərdə Səfəvilərin kiçik Asiyada hərbi əməliyyatlar aparmasından istifadə edən Şeybani xan Xorasanı tutmuşdu. Şah ismayıl Xorasana hərəkət edəndə Şeybani xan Heratdan Mərvə çəkilərək uzunmüddətli müdafiəyə hazırlaşdı. Şah İsmayıl hərbi hiylə işlədərək onu Mərv qalasından çıxarmaq üçün geri çəkildi. Bu zaman şahın həqiqətən geri çəkildiyini güman edən Şeybani xan Səfəviləri təqib etdi.1510-cu il dekabrın 1-də Mərv yaxınlığında baş vermiş döyüşdə özbəklər məğlub edildilər və Şeybani xan öldürüldü. Mərv döyüşündən sonra Herat, Mərv, Bəlx şəhərləri də daxil olmaqla Xorasan Səfəvilərin əlinə keçdi. Beləliklə, Fərat çayından Amudərya çayınadək geniş ərazidə Şah İsmayılın hakimiyyəti bərqərar oldu. Böyük bir imperiyaya çevrilən Səfəvi dövləti Yaxın Şərqin hərbi - siyasi həyatında mühüm rol oynamağa başladı.

Şah İsmayıla qarşı mübarizəyə başlamağa çəsarət etməyən Osmanlı sultanı II Bəyazid 1504-cü ildə Səfəvilər dövlətini tanıdı. Şah İsmayıl Mərv döyüşündən sonra, 1512-ci ildə Kiçik Asiyadakı Malatya və Qarahisarı tutdu. Səfəvi sərkərdəsi Məhəmmədxan Ustaclı isə Diyarbəkiri ələ keçirdi. 1512-ci ildə taxta çıxan Sultan I Səlim (1512-1520) onu hökmdar kimi tanımayan İ Şah İsmayıla qarşı müharibə etmək fikrini qətiləşdirdi. O, bir sıra Avropa ölkələri ilə (Macarıstan, Venesiya, Moldova knyazlığı) sülh müqavilələri bağlayıb, Səfəvilərlə müharibəyə başladı.



Yüklə 436,25 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin