İNŞaat fakultəSİ İCTİMAİ FƏNLƏr kafedrasi fənnin adi: Azərbaycan tarixi MÖvzu 1 : Azərbaycan tarixinə giriş


Xanlıqların Azərbaycan torpaqlarını birləşdirmək uğrunda mübarizəsi



Yüklə 436,25 Kb.
səhifə66/109
tarix02.01.2022
ölçüsü436,25 Kb.
#35015
1   ...   62   63   64   65   66   67   68   69   ...   109
tarix

2. Xanlıqların Azərbaycan torpaqlarını birləşdirmək uğrunda mübarizəsi

Quba vilayətinin hakimi Hüseynəli xan Xudat qalasından igamətgahını 1735-ci ildə Quba şəhərinə köçürdü.Hüseynəli xan öz müstəqilliyini 1747-ci ildə elan etmişdi. Quba xanlığının inkişafı xanın oğlu Fətəli xanın hakimiyyəti (1758-1789) dövründə olmuşdur. Fətəli xan Azərbaycan torpaqlarının birləşdirilməsi uğrunda mübarizə aparmışdır.

O, birləşdirmək prosesini Dərbəndddən başladı. 1759-cu ildə Dərbənd tabe edildi. 1767-ci ildə isə nikah diplomatiyası ilə Bakı xanlığını öz siyasi təsiri altına aldı.

1768-ci ilin mayında Quba və Şəki xanlıqlarının qoşunları Şamaxını aldılar. Ərazisi müttəfiqlər arasında bölüşdürüldü. 1768-ci ilin avqustun 17-də Fətəli xan Yeni Şamaxıya hücum edərək bütün mahallarını Qubaya birləşdirdi.Həmən ildə Muğanda yerləşən Cavad xanlığı da Quba xanlığına birləşdirdildi.

Fətəli xan Şamaxı şəhərini birləşdirdiyi torpaqların mərkəzinə çevirmək istəyirdi. Hətta özünə dayaq yaratmaq üçün buraya Dərbənddən əhalinidə köçürmüşdü. Fətəli xanın 1759-cu ildən başlayaraq birləşdirmə siyasəti digər xanlıqların və bölgədə marağı olan Rusiyanın, Dağıstan hakimlərinin mənafeyinə toxunduğu üçün tez-tez ona qarşı ittifaq yaradır və yürüşlər təşkil edirdilər.

1773-cü ildə Şəki, Avar və Qarabağn birləşmiş qüvvələri Fətəli xana qarşı yürüşə başladılar və Şamaxının tutudular. 1774-cü ildə Xudat yaxınlığında baş vermiş Gavduşan döyüşündə Fətəli xan məğlub olaraq Səlyana çəkildi.Fətəli xan öz hakimiyyətini Azərbaycanın cənubunda yaymaq istəyirdi.O, 1784-cü ildə Ərdəbil və Meşkini tutsada Rusiyanın kəskin etirazı qarşısında o, yürüşü dayandırıb Şirvana qayıtdı. Rusiyanın etirazının səbəbləri:

1.İstəmirdi ki, Fətəli xan güclənsin; 2.II Ekatirinanın Qafqazdakı mənafeyinə, gələcəkdə onu ələ keçirmək planına uyğun gəlmirdi; 3. Yerlərdə feodal hakimlərinin baş qaldırması idi.

Fətəli xan şimal-şərqi Azərbaycan torpaqları ilə kifayətlnməyərək şimal-qərbi Azərbaycanın torpaqlarını Qarabağ və Gəncə xanlıqlarını, Qazax Şəmsədil, Borçalı sultanlıqlarını da öz dövlətinə birləşdirmək istəyirdi.Bu məqsədlə külli miqdarda döyüşçü topladı. Amma Qafqazdakı rus qoşunlarının komandanlığı onu bu addımdan çəkindirdi.

Fətəli xan Rusiyanın himayəsinə keçərək bölgədə mövqeyini möhkəmlədirən Kartlı Kaxetiya çarı II İrakli ilə Qafqaz və Cənubi Azərbaycan məsələlərini həll etmək üçün 1788-ci ildə Kür çayının sahilində görüşdü.Əsas məsələ Şəmsədil sultalığının Gəncə xanlığına qaytarılması barədə razılığın əldə edilməsi oldu. Görüş zamanı qəflətən xəstələnən Fətəli xan Bakıya bacısı Xədicə Bikənin yanına qayıtdı. 1789-cu ilin mart ayının 22-də 54 yaşında vəfat etdi. (O,Bibiheybət məscidinin həyətindədəfn olunmuşdu. XX əsrin 30-cu illərində yol çəkilişi bəhanəsi ilə məscid partladılmışdı. Fətəli xanın baş daşı Azərbaycan Tarixi muzeyinə verilmişdi. Mənbələrdə Fətəli xanın II İraklı tərəfindən zəhərləndiyi ehtimalı da vardır)

Fətəlixan öz dövrünə görə çox savadlı və geniş dünyagörüşə malik olub, türk, fars və rus dillərini dərindən bilirdi.

Qarabağ xanlığının əsasını 1748-ci ildə Cavanşir nəslindən olan Pənahəli xan (1748-1763) tərəfindən qoyulmuşdur. Qarabağ xanlığı elan edildikdən sonra əsas vəzifə onun möhkəmlənməsinə nail olmaq idi. Nadirin vaxtında Xorasana köçürülmüş Cavanşir, otuzkilər və digər tayfaları Qarabağa geriyə qaytardı. Bu isə Qarabağ xanlığını gücləndirdi.

Pənahəli xan xanlığın müdafiəsini möhkəmlətmək üçün ilk olaraq 1748-ci ildə Bayat qalasını tikdirdi. Lakin İranda bir-birini əvəz edən şahlıq iddiasında olanların, digər tərəfdən isə Azərbaycan xanlarının Qarabağa yürüşləri Pənahəli xanı yeni, daha möhkəm bir qala tikməyə məcbur etdi. Bu qala əvvəl onu ucaltmış xanın adı ilə Pənahabad, sonra isə Şuşa adlandırıldı.

Qarabağa bir neçə hücum oldu, lakin Qarabağ xanlığı nəinki, öz müstəqqiliyini qoruyub saxlaya bildi, hətta sərhədlərini də genişləndirdi.

1751-ci ildə Məhəmməd Həsən xan Qacar Qarabağ üzərinə yeridi, bir aya qədər Qarabağda qaldıqdan sonra İranda Kərim xan Zəndin güclənməsi xəbərini alıb təcili geri döndü.

Cənubi Azərbaycanda hakimiyyətə gəlmiş Fətəli xan Əfsar Pənahəli xandan tabe olmasını tələb etdi, lakin rədd cavabı aldı. Fətəli xan Qarabağ üzərinə yeridi. Nəhayət Qarabağ xanı ilə sülh müqaviləsi bağlayıb geri döndü. Bu müqaviləyə görə Pənahəli xan oğlu İbrahimxəlil xanı əmanət kimi Fətəli xanın sarayına göndərməyə məcbur oldu. Fətəli xan qızını İbrahimxəlil xana ərə verib, onu öz yanında saxladı. İranda hakimiyyətə gələn Kərimxan Zənd hiylə ilə Pənahəli xanı İrana çağırdı, onu əsir etdi, lakin yenə də Qarabağı ələ keçirə bilmədi. Pənahhəli xan əsir ikən vəfat edti. Oğlu İbrahimxəlil xan oldu. (1763-1806) Bu tarixdə “Şiraz qonaqlığı” adlanır.

Qarabağ məlikləri Pənahəli xanın güclənməsini gördükcə pozuculuq işlərini artırdılar. Qarabağ məlikləri; Dizaq, Vərənd, Xaçın, Çiləbörd və Talış mahalı aid idi. Xaçın məliyi Həsən Cəlalyandan başqa, qalan məliklər gəlmə idilər.

Vərənd və Xaçın məlikləri İbrahimxəlil xanla müttəfiq oldular. Dizaq, Çiləbörd və Gülüstan əmirləri isə tabe olmaq istəmirdilər. Bu işdə Rusiya öz məqsədinə çatmaq və bu əraziləri işğal etmək istəyirdi. Çar Rusyası Qarabağda xristian dövləti yaratmaq arzusunda idi. O, nəinki, Qarabağı hətta bütün Zaqafqaziyanı ələ keçirmək istəyən II Yekaterina höküməti onlara hər vasitə ilə kömək edirdi, lakin Türkiyə ilə başlanan müharibə bu planların həyata keçməsinə imkan vermədi.

Xanlıqların Azərbaycan torpaqlarını birləşdirmək uğrunda mübarizəsi öz nəticəsini vermədi, əksinə xanlıqların bir-birinə qarşı düşmənçilik münasibətlərini artırdı.

Aralarında birliyin olmaması, daimi ara müharibələri xanları zəiflətdi. Bu vəziyyət xanlıqların Rusiya tərəfindən işğalı üçün şərait yaratdı.


Yüklə 436,25 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin