İNŞaat fakultəSİ İCTİMAİ FƏNLƏr kafedrasi fənnin adi: Azərbaycan tarixi MÖvzu 1 : Azərbaycan tarixinə giriş



Yüklə 436,25 Kb.
səhifə64/109
tarix02.01.2022
ölçüsü436,25 Kb.
#35015
1   ...   60   61   62   63   64   65   66   67   ...   109
tarix

Car-Balakən camaatı. Azərbaycanın şimal-qərbində yaşayan Car-Balakən camaatı azad cəmiyyətlərdən ibarət idi.Bu cəmiyyətlər öz sosial-siyasi quruluşuna görə Azərbaycanın başqa bölgələrindən fərqlənirdi.Hər cəmiyyətə bir neçə kənd icması (camaat) daxil idi.Kənd icmasını ağsaqqallar idarə edirdi.Ruhanilər şəriət qaydaları əsasında məhkəmə işinə baxırdılar.Camaatlığın ali orqanı xalq yığıncağı idi.Burada yetkinlik yaşına çatan bütün kişilər iştirak edirdi.Yığıncaqda camaatın bütün daxili məsələləri,müharibəyə və sülh məsələləri müzakirə edilir, qəbul edilən qərarlar qanun qüvvəsi alırdı.XVIII ısrin 50-ci illərində Car-Balakən camaatı Şəki xanlığından asılı hala düşdü.

Sultanlıqlar. Azərbaycanın şimalında Qazax, Şəmşəddil, Borçalı, Ərəş, Qəbələ və İlisu sultanlıqları yaranmışdı. Qazax, Şəmşəddil və Borçalı sultanlıqları Qarabağ bəylərbəyilinə daxil olsa da, Nadir şah tacqoyma mərasimindən sonra Ziyadoğluları cəzalandırmaq üçün bu bölgələri Kartli çarının idarəsinə verdi. 1752-ci ildə Şəki xanı Hacı Çələbi II İraklini məğlub edib bu sultanlıqları özünə tabe etdi.Lakin sonrakı dövrdə II İrakli yenidən bu sultanlıqları geri aldı. Qəbələ və Ərəş sultanlıqları 50-ci illərdə Şəki xanlığından asılı hala düşdülər, əsrin sonunda isə onun mahalına çevrildilər. İlisu sultanlığı XVI əsrin ikinci yarısında yaranmışdı və XVIII əsrin ikinci yarısında öz müstəqilliyini qoruyub saxlaya bilmişdi.


Yüklə 436,25 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin