Bolşevik rejiminə qarşı mübarizə. Xalq üsyanları. Sosial qarşıdurmanm kəskin olmadığı bir halda «yuxarıdan» zorakılıq yolu ilə tətbiq edilən sinfi mübarizə aparmaq üçün gizli Müqavimət Komitəsi təşkil olunmuşdu. Komitənin sədri M.Ə.Rəsulzadə, baş katibi isə Cəfər Cabbarlı idi. M.Ə.Rəsulzadə konspirasiya məqsədi ilə Lahıcda gizlənərkən həbs olunub Bakıya gətirilmişdi. Burada o, keçmiş inqilabçı həmkarı Stalin tərəfindən azad edilib Moskvaya aparılıb, bir müddət burada Millətlər Komissarhğının mətbuat müvəkkili işləmiş və şərqşunaslıq institutunda dərs demişdi. 1922-ci ildə o, elmi-tədqiqat işi aparmaq adı ilə Sankt- Peterburqa (Leninqrad) getmiş və oradan Finlandiyaya keçmişdi. Sonra Almaniyaya və Fransaya, oradan isə Türkiyəyə gedib Istanbul sahəsində Müsavat partiyasının xarici bürosunu təşkil edir və siyasi mübarizəni davam etdirir.
Mühacirlər xaricdə fəal siyasi iş aparırdılar. Əlimərdan bəy Topçubaşov Azərbaycamn Rusiya tərəfindən istila edilməsinin, azadlıq uğrunda mübarizələrə divan tutulmasınm qeyri- qanuniliyi haqqında beynəlxalq təşkilatlarda, xüsusən Millətlər Cəmiyyətində London, Genuya, Lozanna konfranslarında ifşaedici çıxışlar edərək bolşevizmin yırtıcı mahiyyətini açıb göstərmişdi.
Fətəli xan Xoyski bir qrup siyasi xadim ilə Tbilisidə Azərbaycan qurtuluş komitəsini təşkil etmişdilər. Istilaçı rus ordusuna, yeni rejimə qarşı ilk üsyanların təşkilində, müqavimət hərəkatında bu təşkilatın da rolu olmuşdur. Üsyana Gəncə və ətraf kəndlərin sakinləri qoşulub. Mayın 25-dən 26-na keçən gecə üsyançılar XI Ordunun hissələrinə hücum edib mayın 26-da şəhərin müsəlman hissəsinə tam nəzarət olunurdu. Lakin Gəncənin erməni hissəsini tutmaq cəhdi nəticə vermədi. Erməni əhalisi Qızıl Ordunun tərəfini saxlayaraq, hərbi dəstələr təşkil etmişdilər və iisyançılara qarşı hərbi əməliyyatlarda fəal iştirak edirdilər. Qüvvələr qeyri-bərabər olsa da üsyançılar böyük qəhrəmanlıq göstərdilər. Nəhayət düşmən şəhərə daxil oldu və hər küçə uğrunda döyüş aparmağa məcbur oldu. Yalnız mayın 31-də Qızıl Ordu şəhəri tam nəzarət altına ala bildi. Minlərlə dinc sakin, o cümlədən qadınlar, qocalar, uşaqlar qətlə yetirildi.
Bolşeviklər 13 mindən çox adamı qətlə yetirdilər.
Gəncə üsyanından sonra Milli Ordu və XI Ordu arasında yaranmış qarşıdurma mayın ortalarında Tərtərdə insan qırğınına səbəb olan yeni üsyan dalğası yaratdı və bu bütün Qarabağa, yayıldı. Qarabağın müxtəlif yerlərində yerləşən Azərbaycan milli Ordusunun Şəki, Tatar, Cavanşir, Ağdam süvari alayları, Bakı piyada alayı və iki topçu diviziyası XI Ordunun, yerli hakimiyyətin və erməni daşnaqlarının hərəkətlərinə biganə qalmamış və onların qarşısım almağa cəhd göstərirdilər.
İyunun əvvəllərində Nuxa, Göyçay, Quba və başqa bölgələrdə də xalq üsyanları baş vermişdi.
Yeni rejimə qarşı mübarizə ideoloji pərdə altında baş verdi. Ağdamda, Nuxada, Göyçayda islamı müdafıə bayrağı altında Hüseyn Əfəndinin başçılığı ilə xüsusi təşkilat, «Azərbaycan milli müdafıeyi islam fırqəsi» fəaliyyət göstərirdi. Bu təşkilat 1921-ci ilin ortalarında aşkar olunub məhv edilmişdi.
Bu dövrün üsyanları məğlubiyyətə uğradı, çünki onlar bir-birilə əlaqədə olmadan vahid mərkəzdən idarə olunmadan, müxtəlif vaxtlarda və plansız keçirilirdi, onlar ümumi xalq üsyanına çevrilmədi və əvvəlcədən məğlubiyyətə məhkum idi.
Dostları ilə paylaş: |