İNŞaat fakultəSİ İCTİMAİ FƏNLƏr kafedrasi fənnin adi: Azərbaycan tarixi MÖvzu 1 : Azərbaycan tarixinə giriş


Fakultənin Elmi –Metodik şurasında təsdiq olunmuşdur



Yüklə 436,25 Kb.
səhifə96/109
tarix02.01.2022
ölçüsü436,25 Kb.
#35015
1   ...   92   93   94   95   96   97   98   99   ...   109
tarix

Fakultənin Elmi –Metodik şurasında təsdiq olunmuşdur.

Protokol №8, 14.02.2018

Bakı-2018
1.Azərbaycanın XI ordu tərəfindən işğalı. Sovet dövlət quruculuğu

1920-ci il aprelin 28-də Azərbaycan inqilabi komitəsi Bakı və Azərbaycan əhalisinə ilk müraciətində müstəqil Azərbaycan Sovet Respublikasınm yaranmasmı elan etmişdi.

Respublikada hakimiyyət yeni yaradılan oyuncaq Müvəqqəti Hərbi Inqilab Komitəsi ələ aldı. İnqilabi Komitə respublikanm yeni hökumətini-Xalq Komissarları Şurasımn tərkibini təşkil etdi. Bu təşkilatın geniş real səlahiyyəti yox idi. Real hakimiyyət əslində RK(b) P-nın yerli təşkilatı olan AK(b)P-ə məxsus idi.

Qırmızı Ordu tutduğu ərazilərdə özbaşınalıqlar törədir, müqavimət göstərən vətənpərvərləri məhv edirdi. Əsgərlər və zabitlər soyğunçuluq edirdilər.

Əksinqilaba, təxribata və möhtəkirliyə qarşı mübarizə üçün Fövqəladə Komissiya (FK) təşkil edilmişdi. Siyasi işlərə Ali İnqilabi Tribunal baxırdı. İlk illər FK-nın funksiyasını XI ordunun xüsusi şöbəsi həyata keçirirdi.

Dəyişikliklər həyata keçirilərkən yerli şəraiti, milli adət-ənənələri, dil və din amilləri nəzərə almağı tələb edən N.Nərimanov hesab edirdi ki, ölkə azərbaycanlı kommunistlər tərəfmdən idarə olunmalıdır. Azərbaycanda fəaliyyət göstərən kommunistlərin əsas hissəsi qeyri azərbaycanlılardan ibarət olduğu üçün respublikanın müstəqilliyinin mtivəqqəti hal olduğunu öz əməllərində sübut edir.

Bolşeviklərin hakimiyyətə gəlməsinin ilk günlərində Azərbaycanda diktatura bərqərar oldu. Xalqın adından çıxış edən bolşeviklər yeni yaranan dövləti proletar diktaturası adlandırsa da, əsil həqiqətdə bu bir partiyanm hökmranlığı idi. ADR-nin tanmmış rəhbərlərinin bir hissəsi həbs edilmiş, digərləri isə vətəni tərk etməyə məcbur edilmişdir.

Azərbaycan hökuməti tərəfındən terroru həyata keçirən əsas təşkilat Fövqəladə komissiya idi. Ilk günlərdən yüzlərlə günahsız adam onların qanlı əməllərinin qurbanı olmuşdu.

1920-ci ilin aprelindən 1921-ci ilin avqustuna qədər 48 min azərbaycanlı (əsasən ziyalılar) məhv edildi. Bakıda (Nargin adasında), Gəncədə, Şəkidə, Qazaxda və başqa yerlərdə « inqilab düşmənlərinin » güllələnməsi üçün xüsusi yerlər ayrılmışdı. Yalnız N.Nərimanovun səyi nəticəsində Ə.Şıxlinski və S. Mehmandarov güllələnmədən xilas oldular.

Rusiya Azərbaycanı özündən iqtisadi və hərbi cəhətdən asılı vəziyyətə salmaq üçün tədbirlər görürdü. 1920-ci il sentyabrın 30-da RSFSR və Azərbaycan SSR arasmda hərbi- iqtisadi ittifaq haqqında müqavilə bağlandı. Azərbaycan Ordusu, xalq təsərrüfatını və xarici ticarəti idarə edən orqanlar, təchizat orqanları, dəmiryol və su nəqliyyatı, poçt-teleqraf idarələri maliyyə işləri Moskvaya tabe edildi.

Mayın 5-də Inqilab Komitəsi torpağın milliləşdirilməsi haqqında dekret verdi. 1920-ci ilin avqustun 26-dan taxıl ticarəti dövlət inhisarına alındı.

1920-ci il mayın 15-də meşələr, sular, yeraltı sərvətlər dövlət mülkiyyəti elan olundu. Mayın 27-də neft sənayesi, bütün iri sənaye sahələri milliləşdirildi. İyunda banklar, Xəzər ticarət donanması, balıq sənayesi müəssisələri, tütün fabrikləri, sement, şüşə, yağ, sabun fabrikləri, sentyabrda dəmir, mis fılizi mədənləri, oktyabrda pambıqtəmizləmə zavodları milliləşdirildi.

1920-ci il mayın 12-də xüsusi dekretlə bütün rütbələr ləğv edilmişdi. Əhalinin bütün üzvləri eyni ada-respublikanm vətəndaşı adına layiq bilinirdilər.

Həmin il mayın 15-də Xalq Maarif Komissarlığı öz dekreti ilə vicdan azadlığım bəyan etmişdi. Bu dekretə əsasən dinin məktəbdən ayrılması qanun şəklini alırdı.

Bakıda açıq ruslaşdırma siyasəti yeridilirdi. Yüksək vəzifələrə, idarəçilik işlərinə əsasən erməni, rus və yəhudilər irəli çəkilirdi. 1923-cü ildə Bakı Sovetinin 52 məsul işçisindən cəmi 6 nəfəri, rəyasət heyətinin 10 üzvündən 2- si azərbaycanlı idi.

Azərbaycan torpaqlarınm, xalqın parçalanmasmda ermənilər A.I.Mikoyan, Sarkis, L.I.Mirzoyan (Bakı Komitəsinin katibləri) xüsusi ilə fərqlənirdilər.

1920-ci ilin iyulunda S.M.Kirov Azərbaycan K(b)P MK-nin birinci katibi «seçildi». M.C.Bağırov 1921-ci ilin əvvəllərində Azərbaycan Fövqəladə Komissiyasının sədri təyin edildi.

1920-ci ilin 23 sentyabr tarixli AIK-in dekreti ilə kənd və maliyyə inqilab komitələri əvəzinə yalnız yoxsul və ortabab kəndlilərin seçə və seçilə bildiyi Müvəqqəti hakimiyyət orqanı- Yoxsullar Komitələri («kombed»lər) təşkil olunmağa başlanmışdı.

1921-ci ilin mayın 6-da Bakıda Azərbaycan SSR I Sovetlər qurultayı keçirildi. Qurultayda Azərbaycan SSR Konstitusiyası qəbul olundu. Qurultay qanunverici orqan Azərbaycan SSR Mərkəzi Icraiyyə Komitəsini və icraedici orqan - Xalq Komissarları Sovetini (XKS) seçdi.


Yüklə 436,25 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin