İNŞaat fakultəSİ İCTİMAİ FƏNLƏr kafedrasi fənnin adi: Azərbaycan tarixi MÖvzu 1 : Azərbaycan tarixinə giriş


Azərbaycanda sovet milli siyasəti. DQMV-nin Naxçıvan MSSR-nin təşkili



Yüklə 436,25 Kb.
səhifə98/109
tarix02.01.2022
ölçüsü436,25 Kb.
#35015
1   ...   94   95   96   97   98   99   100   101   ...   109
tarix

2.Azərbaycanda sovet milli siyasəti. DQMV-nin Naxçıvan MSSR-nin təşkili

Ermənistanın Naxçıvanı və Dağlıq Qarabağı ələ keçirmək cəhdləri. Azərbaycanm bolşevikləşməsi və XI Ordunun burada yerləşməsinə baxmayaraq, ermənilər Azərbaycana qarşı ərazi iddialarından əl çəkmirdilər.

Azərbaycanm ərazisi olan Qarabağa, Naxçıvana, Zəngəzura və b. bölgələrə erməni təcavüzü davam edirdi. 1920-ci ilin yayında Azərbaycanm siyasi vəziyyətinin mürəkkəbliyindən istifadə edən Ermənistan hökuməti təcavüzü gücləndirdi. 1920-ci il noyabrın 29-da Ermənistanda «inqilab» baş verdi. Noyabrın 30-da AK(b)P MK-nin siyasi və təşkilat bürolarınm birgə iclası keçirildi. Iclasda N. Nərimanova xüsusi bəyanat hazırlanması tapşırıldı. Bu bəyanatın əsas prinsiplərindən birinə əsasən Azərbaycanla Ermənistan arasında sərhəd məsələsinin mövcudluğu inkar edilirdi. Bu o demək idi ki, Azərbaycan Zəngəzurun bir hissəsinin işğalı ilə razılaşır. Bəyanatın digər prinsipinə əsasən Azərbaycan Qarabağın dağlıq hissəsinə öz müqəddəratını təyin etmək hüququ verirdi.

1920-ci il dekabrın 1-də elan olunmuş belə bir məsuliyyətsiz bəyanat nəticəsində Azərbaycan ermənilərin işğalı ilə razılaşdı. Ermənistan hökuməti Qarabağın Dağlıq hissəsini öz tərkibinə daxil edilməsi məsələsini irəli sürdü. 1921-ci il iyunun 27-də AK(b)P MK özünün siyasi və təşkilat bürosunun birgə iclasında bu məsələyə baxmağa məcbur oldu. Bu dəfə milliyyətcə azərbaycanlı olan kommunistlər birləşərək yekdilliklə Ermənistanın iddialarım rədd etdi.

1921-ci il iyulun 5-də MK-nin Qafqaz bürosunun plenumu RK(b)P MK-nin rəyini nəzərə alaraq aşağıdakı qərarı qəbul etdi: «Müsəlmanlarla ermənilər arasında milli barışığın zəruriliyi, yuxarı və aşağı Qarabağın iqtisadi əlaqəsi əsas götürülərək Dağlıq Qarabağ Azərbaycan SSR-in hüdudlarında saxlanılsın; ona inzibati mərkəzi muxtar vilayətin tərkibindəki Şuşa şəhəri olmaqla geniş vilayət muxtariyyəti verilsin».

RK(b) P MK-nin Zaqafqaziya ölkə komitəsinin 1923-cü il iyunun 27-28-də keçirilmiş plenumu Q. Orconikidzenin təzyiqi ilə ultimatum formasında bir aylıq müddət ərzində Dağlıq Qarabağa vilayət muxtariyyətinin verilməsi barədə AK(b)P MK-ya tapşırıq verdi. Həmin qərarı yerinə yetirməyə məcbur olan Azərbaycan MIK «Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında» dekret verdi.

Qarabağın dağlıq hissəsinə muxtariyyət statusunun verilməsi Azərbaycan tərəfındən bu torpaqların ermənilərə məxsus olmasının qismən də olsa etirafı idi.

SSRI-nin yarandığı vaxt meydana çıxan «Qarabağ muxtariyyəti» oyunu, elə SSRI-nin dağılmasmda da həll edici amilə çevrildi. Necə deyərlər quyu qazan o quyuya özü düşdü.

Ermənilərin Naxçıvana da böyük iddiaları var idi. Bu məsələnin Azərbaycanm xeyrinə həll olunmasında Türkiyənin inkar edilməz rolu oldu.

Naxçıvanın statusu 1921-ci ilin martın 16-da Moskvada RSFSR və Türkiyə arasında imzalanmış xüsusi müqavilə ilə həll olundu. Tərəflər razılaşdılar ki, Naxçıvan ərazisi Azərbaycamn tərkibində qalmaq şərti ilə Naxçıvan SSR təşkil edilə bilər. Müqavilənin III bəndində göstərildi ki, bu torpağı üçüncü dövlətə güzəştə getmək olmaz, əks təqdirdə onun hər hansı bir hissəsi Türkiyəyə güzəşt edilə bilər. 1921-ci il oktyabrın 13-də Qarsda Rusiyanın iştirakı ilə bir tərəfdən Türkiyə, o biri tərəfdən Azərbaycan, Gürcüstan və Ermənistan respublikaları birlikdə dostluq haqqında müqavilə imzaladılar. Qars müqaviləsinin 5-ci maddəsində qeyd olunurdu ki, Naxçıvan vilayəti Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil edir. 1923-cü ilin əvvəllərində Naxçıvan Respublikasının. respublika muxtariyyəti ləğv edildi, ona ölkə muxtariyyəti verildi. Naxçıvan ölkə Icraiyyə Komitəsi yaradıldı. 1924-cü il dekabrın 9-da Azərbaycan MIK Naxçıvan ölkəsinin Azərbaycan SSR tərkibində Naxçıvan muxtar SSR-ə çevrilməsi haqqında qərar qəbul etdi.

Moskva şərq xalqlarını öz nüfuz dairəsinə cəlb etmək üçün Azərbaycanı «Şərqin qapısı» kimi qiymətləndirir, ona xüsusi rol ayırırdı. Buna görə də Bakıda 1920-ci ilin sentyabrında Şərqdə birinci «müstəqil» sosialist respublikasınm paytaxtında Şərq xalqlarınm I qurultayım təmtəraqlı şəkildə keçirtdilər.

1921-ci il noyabrın əvvəllərində RK(b)P Qafqaz bürosu Azərbaycan, Gürcüstan və Ermənistan arasında federativ ittifaqın yaradılması təklifini irəli sürdü.

1922-ci il martın 12-də Azərbaycan, Gürcüstan və Ermənistan Mərkəzi Icraiyyə Komitələrinin səlahiyyətli konfransı və respublikalar arasında ittifaq müqaviləsini təsdiq etdi. Hərbi işi, maliyyəyə, xarici ticarətə, yollara, rabitə vasitələrinə, əksinqilabla mübarizəyə, rəhbərlik edən ittifaq soveti və iqtisadi siyasəti müəyyənləşdirən Ali Iqtisadi Şura təşkil olundu. Zaqafqaziyadakı müstəqil respublikaların hüquqlarınm əllərindən alınmasında növbəti mərhələ bu respublikaların Federativ Ittifaqınm əvəzinə bir dövlət Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası (ZSFSR) yaradılması oldu.

Zaqafqaziya Sovetlərinin Bakıda keçirilmiş I qurultayında (1922, 10-13 dekabr) ZSFSR Konstitusiyası qəbul edildi. Ali orqan Zaqafqaziya Mərkəzi Icraiyyə Komitəsi seçildi.

ZSFSR Sovetlərinin I qurultayı federativ respublikanı Sovet Sosialist Respublikaları Ittifaqına (SSRI-yə) daxil olmasına tərəfdar çıxdı.

1922-ci il dekabrın 30-da Moskvada SSRI Sovetlərinin qurultayında RSFSR, Ukrayna SSR, ZSFSR və Belorusiya SSR SSR Ittifaqında «könüllü surətdə» birləşdilər. N.Nərimanov SSRI Mərkəzi Icraiyyə Komitəsi sədrlərindən (dörd sədrdən) biri seçildi. Bununla da mərkəz N.Nərimanovu Azərbaycandan uzaqlaşdırmağa imkan tapdı.


Yüklə 436,25 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin