1970 - 1980-ci illərdə respublikamızın mədəni həyatı.
Bu dövrdə Azərbaycanda orta və ali təhsil xeyli inkişaf etmişdi. 80-ci illərin sonunda respublikanın ümumtəhsıl məktəblərində 1,5 milyon şagird və 17 ali məktəbdə 100 mindən çox tələbə oxuyurdu. 70 - 80-ci illərdə SSRİ-nin Moskva, Leninqrad, Kiyev və digər şəhərlərinin ali məktəblərində respublikamız üçün 6 mindən çox kadr hazırlanmışdı. 1976-cı ildə İnşaat İnstitutu, 1981-ci ildə Gəncə Texnologiya İnstitut», 1977-çi ildə Naxçıvanda, 1973- cü ildə Xankəndində Pedaqoji İnstitutlar açılmışdı Bütün təhsil pillələrində marksizm - teninizm-ideyaları təbliğ olunur, Azərbaycan xalqının tarixinin, mədəniyyətinin və coğrafiyasının öyrədilməsinə kifayət qədər diqqət yetirilmirdi. Ali məktəblərə qəbul prosesində çox vaxt obyektivlik gözlənilmirdi.
Azərbaycanda milli hərbi kadrlar yetişdirmək və azərbaycanlı gənclərin SSRİ-nin ali hərbi məktəblərinə daxil olmasını təmin etmək məqsədilə 1971-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış orta internat məktəbi açılmışdı.
1989-cu ilin statistikasına görə respublikada əhalinin sayı 7 milyonu ötmüşdü. Bu əhalinin 1,2 milyon nəfəri (20 faizdən çoxu) qeyri - azərbaycanlı idi. Respublikanın təhsil müəssisələrində oxuyan şagird və tələbələrin. 3/4-ü Azərbaycan dilində təhsil alırdı. Respublikanın bütün həyat sahələrində Azərbaycan dilinin işlədilməsinə xüsusi diqqət yetirilməsinə başlanmışdı. Buna baxmayaraq rus dilində təhsil alan azərbaycanlıların bir hissəsi öz doğma dilində danışa bilmirdi, qeyri -azərbaycanlıların böyük hissəsi isə laqeyd münasibət bəslədiyindən, hətta məişət səviyyəsində belə Azərbaycan dilini bilmirdi. Respublika daxilində rus dili müxtəlif millətlər arasında əsas ünsiyyət vasitəsi idi.
1970 - 1980-ci illərdə Azərbaycanın fundamental və tətbiqi elm sahələri inkişaf etmişdi. Şamaxı rəsədxanası SSRİ-nin ən böyük astronomiya mərkəzlərindən biri idi. "Xəzər" elmi mərkəzi kosmik fəzanın öyrənilməsində mühüm rol oynayırdı. 1987-ci ildə Bakıda Kosmik Araşdırmalar üzrə Elmi Tədqiqat Birliyi yaradılmışdı. Neft çıxarılması texnologiyasının hazırlanmasında akademik Azad Mirzəcanzadənin araşdırmalarının böyük əhəmiyyəti olmuşdur.
Bu dövrdə Bakı SSRİ-də "Neft Akademiyası" kimi tanınırdı. Azərbaycanın görkəmli alimləri Mirəli Qaşqay, Şəfaət Mehdiyev, Əliəşrəf Əlizad və başqalarının neft, neft - kimya, geologiya sahəsindəki tədqiqatları bütün İttifaq miqyasında tanınır və tətbiq olunurdu. Azərbaycan alimi Fərman Salmanovun rəhbərliyi altında Qərbi Sibirdə neft və qaz-yataqları kəşf olunmuşdu. O, tək bir Tümen vilayətində 20-dən çox neft yatağı aşkar etmişdi. Heç də təsadüfi deyil ki, 80-ci illərdə Azərbaycanın 5 alimi SSRİ-nin ən ali - Lenin mükafatı laureatı adına, 14 alimi isə Dövlət mükafatına layıq görülmüşdü. Fundamental elmi araşdırmalarına görə akademiklərimiz R.H.İsmayılov, M.A.Topçubaşov, M.F.Nağıyev, M.Ə. Hüseynov, M.Ə.İbrahimov Sosialist Əməyi Qəhrəmanı fəxri adını almışdılar.
İctimai elmlər olan tarix, ədəbiyyat və dilçilik sahəsində müəyyən uğurlar qazanılmışdı. 1976 - 1987-ci illərdə 10 cilddən ibarət Azərbaycan Sovet Ensiklopediyası nəşr, olunmuşdu. Bu dövrün ədəbiyyatında mühüm rol oynamış şair və yazıçılardan Anar, Elçin, Yusif və Vaqif Səmədoğlular, İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Rəsul Rza, Məmməd Araz və başqalarının əsərlərində Sovet həyat tərzinin eybəcərliklərinə, insanların hüquqlarının pozulmasına və cəmiyyətdə baş verən qanunsuzluq hallarına bu və ya digər formada etirazlar səslənirdi.
Panislamizm və pantürkizmdə günahlandırılaraq Stalin həbs düşərgələrinə göndərilən və orada vəfat edən məşhur şair - dramaturqumuz Hüseyn Cavidin nəşinin 1982-ci ildə Sibirin İrkutsk vilayətindən Hevdər Əliyevin təşəbbüsü ilə gətirilərək doğma yurdu Naxçıvanda dəfn edilməsi və həmin il Şuşada böyük Azərbaycan şairi Vaqifin məqbərəsinin açılması gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində mühüm rol oynamışdı.
Cənubi Azərbaycan şairlərindən böyük Seyid Məhəmmədhüseyn Şəhriyarın, Balaş Azəroğlu, Əli Tudə, Söhrab Tahir, Mədinə Gülgün, Hökümə Billurinin və daima cənub mövzusuna müraciət edən Süleyman Rüstəmin əsərləri milli şüurumuzun oyanmasında mühüm rol oynamışdır. Böyük şairimiz Şəhriyarın hələ 1954-cü ildə yazdığı "Hevdərbabaya salam” poeması respublikamızda böyük əks-səda doğurmuş və dillər əzbəri olmuşdur. Mirzə İbrahimov, İlyas Əfəndiyev və Anarın insanlarda yüksək mənəvi -əxlaqi keyfiyyətlər aşılayan pyesləri ilə Azərbaycan dramaturgiyası xeyli zənginləşmişdi. Fikrət Əmirovun "Min bir gecə”, Aqşin Əlizadənin ”Babək” baletləri, Şəfiqə Axundovanın "Gəlin qayası” operası, Emin Sabitoğlunun "Hicran” musiqili komediyası 70-ci illər Azərbaycan musiqi sənətinin çox mühüm nailiyyətləri hesab olunur. Tofiq Quliyev, Süleyman Ələsgərov, Emin Sabitoğlu, Cavanşir Quliyev, Ələkbər Tağıyev və başqa bəstəkarlarımızın mahnıları xalqımız tərəfindən sevilirdi. Rəşid Behbudov,Müslüm Maqomayey, Zeynəb Xanlarova, Fərhad Bədəlbəyli Vaqif Mustafazadə və başqalarının ifaçılıq sənəti özünəməxsus zəngin kaloriti və təkrarsızlığı ilə dinləyənləri heyrətə salırdı. 1970 - 1980-ci illərdə Azərbaycan səhnəsinə Həsən Turabov, Səməndər Rzayev, Fuad Poladov, Amaliya Pənahova, Səyavuş Aslan, Yaşar Nuri və başqaları kimi yeni və istedadlı bir nəsil gəlmişdi. Bu nəslin nümayəndələri Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Məlik Dadaşov, Məmmədrza Şeyxzamanov, Əlıağa Ağayev, Süleyman Ələsgərov, İsmayıl Osmanlı kimi Azərbaycan səhnəsində yüzlərlə özünəməxsus obrazlar yaratmış sənət korifeyləri ilə çiyin - çiyinə çalışırdılar.
60-cı illərin sonu - 80-ci illərdə çəkilmiş Bizim Cəbis müəllim”, "Şərikli çörək”, "Yeddi oğul istərəm”, "Nəsimi”, "Babək”, "Tütək səsi“, "Axırınçı aşırım”, "Dədə Qorqud", "Yaramaz" filmləri ilə Azərbaycan kinosu özünün çiçəklənmə dövrünü yaşayırdı.
Bu dövrdə Adil İsgəndərov, Həsən Məmmədov, Həsən Turabov, Rasim Balayev, Şəfiqə Məmmədova kimi istedadlı kino aktyorlarımız yaratdıqları özünəməxsus və parlaq obrazlarla böyük şöhrət qazanmışdılar. Xalqımızın istedadlı rəssamları Tahir Salahov, Mikayıl Abdullayev, Səttar Bəhlulzadə, Maral Rəhmanzadə, Toğrul Nərimanbəyov və Lətif Kərimov bu dövrdə Azərbaycan boyakarlığının çox gözəl nümunələrini yaratmışdılar.
Heykəltəraşlarımızdan Cəlal Qaryağdı, Mirələsgər Mirqasımov, Tokay Məmmədov, İbrahim Zeynalov, Fuad Əbdürrəhmanov və Ömər Eldarovun Azərbaycanda və respublikamızdan kənarda ucaltdıqları abidələr heykəltəraşlıq sənətinin çox gözəl nümunələri hesab edilir.
3. Qərbi Azərbaycan torpaqlarından azərbaycanlıların deportasiyası (1948-1953).
Müharibə bitən kimi SSRİ-nin rəhbəri İ.Stalin və sovet dövlətində böyük vəzifə tutan A.Mıkoyanın təşəbbüsü ilə Ermənistan SSR Türkiyə və Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməyə başladı. Ermənistan rəhbərliyi 1945-ci ildə İ.Stalinə müraciət edərək Dağlıq Qarabağ "əhalisinin arzusunu" və bu bölgənin Ermənistanın tərkibində daha əlverişli şəraitdə inkişaf edəcəyini nəzərə alıb, DQMV-nin Azərbaycanın tərkibindən çıxarılması və Ermənistana verilməsi məsələsinə baxılmasını xahiş etmişdi. Ermənistan rəhbəri Q.Arutinovun Mərkəzə ünvanladığı məktub 1945-ci il noyabrın 8-də məxfi qriflə Azərbaycanın rəhbəri M.C.Bağırova göndərilmişdi. M.C.Bağırov 10 dekabr 1945-ci ildə Moskvaya göndərdiyi cavab məktubunda Ermənistanın Dağlıq Qarabağa olan iddialarının tamamilə əsassızlığı, Yuxarı Qarabağın qədimdən Azərbaycan torpağı olması çox sanballı dəlillərlə sübuta yetirilmişdi. M.C.Bağırov Ermənistanın təklifi ilə bağlı Şuşanı çıxmaqla, DQMV ərazisinin Ermənistana verilməsinə bu şərtlə razılıq verirdi ki, Ermənistanın tamamilə azərbaycanlılar yaşayan və 3 rayonunu əhatə edən Zəngəzur bölgəsi bütövlükdə Azərbaycana qaytarılsın. M.C.Bağırov müdafiədən hücum taktikasına keçərək Dağlıq Qarabağın əvəzində müxtəlif vaxtlarda Ermənistana, Gürcüstana, hətta Rusiyaya (məsələn Dərbənd) güzəştə gedilmiş Azərbaycan torpaqlarının qaytarılmasını qətiyyətlə tələb etmişdi. M.C.Bağırovun bu cavabı təbii ki, nə mərkəzi, nə də Ermənistanı qane etməsə də, məsələ gündəlikdən çıxarılmış və sənədlər arxivə göndərilmişdi. Bu dövrdə Stalinin Türkiyədən də müəyyən ərazilər qoparmaq planı da baş tutmamışdı. Azərbaycan torpaqları hesabına Ermənistan ərazisinin genişləndirmək cəhdi uğursuz alındıqdan sonra SSRİ rəhbərliyi yeni və dəhşətli bir planı həyata keçirtməyə başladı. 1946-cı il oktyabrın 19- da xarici ölkələrdə yaşayan ermənilərin Ermənistana köçürülməsinə icazə verilməsi haqqında fərman imzalandı. Bu fərmanı icra etmək üçün ilk növbədə Ermənistanda azərbaycanlıların yaşadıqları torpaqlar boşaldılmalı idi. Yəni azərbaycanlılar ata - baba torpaqlarından çıxarılmalı və onların yaşadıqları ərazilərdə köçkün ermənilər yerləşdirilməli idi. Sovet rəhbərliyinin bu addımını xaricdə fəaliyyət göstərən Daşnaksütun partiyası və Ermənistanın Qriqoryan kilsəsi də alqışlamışdı. Bütün bunların nəticəsində azərbaycanlıların Ermənistan SSR ərazisindəki dədə - baba torpaqlarından qovulmasının - deportasiya edilməsinin növbəti mərhələsi başladı. İlk növbədə 1947-ci il dekabnn 23-də SSRİ Nazirlər Soveti tərəfindən Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-nin "Kür - Araz ovalığına köçürülməsi haqqında” 4083 saylı qərar qəbul edildi. SSRİ Nazirlər Sovetinin 1948-ci il 10 mart tarixli daha bir qərarı ilə köçürmə tədbirlərinin konkret planı hazırlandı. Bu plana görə 1948-1950-ci illərdə 100 min azərbaycanlı Ermənistandan "könüllülük əsasında" Azərbaycana köçürülməli və onların boşaldılmış yaşayış evlərində xaricdən gələn ermənilər yerləşdirilməli idi. 1948-ci ildə, deportasiya başlayanda Ermənistan SSR-də 500 min nəfərə yaxın azərbaycanlı yaşayırdı. Ermənilər etnik təmizləməni ilk növbədə azərbaycanlıların yığcam şəkildə yaşadıqları bölgələrdə daha sürətlə aparmağa çalışırdılar. 1956-cı ilədək davam edən etnik təmizləmə dövründə 100 min nəfərdən çox azərbaycanlı Ermənistandakı dədə - baba torpaqlarından zorla qovulmuşdu. Onlardan hər 3 nəfərdən biri Aran bölgəsinin isti iqlim şəraitinə uyğunlaşa bilməmiş, aclıq və xəstəlikdən həlak olmuşdu. Köçürülənlərin bir hissəsi Ermənistana qayıtsa da, artıq bu ölkədə onların heç bir vətəndaş hüququ təmin olunmur və öz dədə - baba torpağında ikinci növ sakinə çevrilirdilər.
1950 - 1960-cı illərdə Ermənistanda azərbaycanlılara aid olan mədəniyyət abidələri də məhv edilir, yer adları erməniləşdirilirdi. Bizə məxsus yer adlarının dəyişdirilməsində digər qonşumuz gürcülər də ermənilərdən geri qalmırdılar. Azərbaycanda milli - mənəvi oyanış əlamətlərindən bərk qorxuya düşən və hər vasitə ilə bunun qarşısını almağa çalışan Moskva hökumətinin gözü qarşısında Ermənistanda daşnak Andronikə heykəl qoyulmuş və 1965-ci ildə "Osmanlı dövlətində ermənilərin genosidə uğramasının 50 illiyi" rəsmi şəkildə qeyd olunmuşdu.
1960-cı illərdə Ermənistanda "Qarabağ Komitəsi" açıq şəkildə antiazərbaycan və antitürk fəaliyyətini davam etdirirdi. 1964-cü ildə A.Mikoyanın səyləri ilə SSRİ rəhbərliyi qarşısında yenidən Dağlıq Qarabağ məsələsi qaldırılmışdı. SSRİ-nin rəhbəri N.Xruşşov ölkədə çoxlu sayda milli münaqişə ocağı yaranacağından ehtiyatlanaraq bu təklifi qətiyyətlə rədd etmişdi.
4.Müharibədən sonra Cənubi Azərbaycanda demokratik və milli azadlıq hərəkatı. İran İslam inqilabı və Azərbaycan.
1939-cu ildə İkinci Dünya müharibəsi başlayanda İran özünü bitərəf ölkə elan etsə də, faşist Almaniyası ilə iqtisadi sahədə sıx əməkdaşlıq edirdi. 1941-ci il iyunun 22-də Almaniyanın SSRİ-yə qarşı başladığı müharibənin ilk döyüşlərində faşistlərin uğur qazandığını görən Rza şah açıq şəkildə almanpərəst mövqe tutaraq ölkəni Hitlerin kəşfiyyatçılarının fəaliyyət meydanına çevirmişdi. Buna görə də 1941-ci il avqustun 25-də SSRİ və Böyük Britaniya öz qoşunlarını İrana yeritdilər. Sovet qoşunları İranın şimalında, yəni Cənubi Azərbaycanda, ingilis qoşunları isə İranın cənubunda yerləşdirildi. 1942-ci ilin sonlarında ABŞ-ın da hərbi hissələri İrana gətirildi. Nəticədə İran, xüsusilə Cənubi Azərbaycan müttəfiqlərin İran körfəzi vasitəsi ilə SSRİ-ni hərbi sursat, texnika və ərzaqla təmin edən ən mühüm nəqliyyat dəhlizinə çevrilmişdi. Bu üç dövlət Tehran hökuməti ilə bağlanan sazişlərə əsasən müharibə bitəndən sonra ən geci altı ay ərzində öz qoşunlarını İrandan çıxarmağa söz vermişdi.
Sovet - İngilis qoşunlarının İrana yeridilməsi Rza şahın hərbi - polis rejiminin iflasa uğraması ilə nəticələndi. Rza şah oğlu Məhəmməd Rzanın xeyrinə taxtdan əl çəkdi və ölkədə real hakimiyyət parlamentə və hökumətə keçdi. Konstitusiyada nəzərdə tutulmuş bir sıra siyasi azadlıqların bərpası və siyasi məhbusların həbsdən azad edilməsi ölkədə demokratik hərəkatın canlanmasına şərait yaratdı. Əvvəllərdə olduğu kimi, Təbriz yenə də bu hərəkatın mərkəzlərindən birinə çevrildi. Pəhləvi rejiminin zəifləməsi Cənubi Azərbaycanda milli - azadlıq mübarizəsinin genişlənməsinə gətirib çıxartdı. Hərəkatın 1941-1945-ci ilin yayınadək davam edən birinci mərhələsinin əsas xüsusiyyətini milli şüurun oyanması və milli dərketmənin güclənməsi şəraitində ictimai - siyasi həyatın bütün sahələrində Azərbaycan türk dilinin geniş şəkildə işlədilməsi təşkil edir. 1942-ci ildə məktəblərdə, dövlət idarələrində Azərbaycan dili sərbəst şəkildə işlədilməyə, bu dildə qəzetlər buraxılmağa və teatr tamaşaları göstərilməyə başlandı. Cənubi Azərbaycanda milli ideyaların yayılmasında Şimali Azərbaycandan göndərilən yüzlərlə partiya sovet işçilərinin, elm, ədəbiyyat və incəsənət xadimlərinin misilsiz xidmətləri olmuşdur. Müharibə başlayan kimi Qərbi Ukrayna və Qərbi Belarusiyanı ələ keçirən SSRİ-nin rəhbəri İ.Stalinin Cənubi Azərbaycanla bağlı xüsusi planı var idi və bu zaman "bölünmüş xalqlar" kartından məharətlə istifadə edilirdi. Sovet qoşunları İrana yeridiləndən sonra, İ.Stalin Sovet dövlətinin İranda ərazi və iqtiadi maraqlarını təmin etməyə başladı. Stalin tərəfindən Sovet Azərbaycanının rəhbəri M.C.Bağırov başda olmaqla bütün partiya, dövlət işçiləri, ziyalılar və hərbi qulluqçular üzərinə Cənubi Azərbaycanda milli, mədəni və siyasi dirçəlişə hər cür yardım göstərmək kimi fövqəladə bir missiya qoyulmuşdu. Fars şovinizmi və milli zülm altında əzilən Cənubi Azərbaycanın milli və demokratik qüvvələrinin Mosk-vanın hansı məqsədi güdməsindən asılı olmayaraq yaranmış əlverişli şəraitdən və yeni imkanlardan fars əsarətindən qurtulmaq üçün istifadə etməyə çalışması təbii qarşılanmalıdır.
1945-ci ilin yayında Cənubi Azərbaycanda demokratik hərəkatın bir sıra özünəməxsus xüsusiyyətləri ilə fərqlənən ikinci mərhələsi başlandı. Tehranda cəmləşmiş mürtəce qüvvələr demokratik hərəkatı boğmaq üçün Cənubi Azərbaycanda milli hərəkatın barışmaz düşməni olan qüvvələrlə əlbir hərəkət edirdilər. Onlar silahlı dəstələr yaradaraq dinc əhaliyə qarşı kütləvi terror həyata keçirirdilər. Cənubi Azərbaycanın demokratik qüvvələri əhalini müdafiə ermək üçün 1945-ci ilin iyul - sentyabr aylarında silahlı fədai dəstələri yaratmağa başladılar. Belə mürəkkəb şəraitdə hərəkata rəhbərlik etmək üçün 1945-ci il sentyabrın 3-də Azərbaycanın tanınmış demokratlarından bir qrupu tərəfindən başda Seyid Cəfər Pişəvəri olmaqla Azərbaycan Demokrat Partiyası (ADP) yaradıldı. Milli zəmin üzərində qurulan Azərbaycan Demokrat Partiyasının Bəyanatında onun əsas məqsədinin İran dövlətinin tərkibində Azərbaycana inzibati, təsərrüfat və mədəni muxtariyyət verilməsi, bütün İranın siyasi həyatının demokratikləşdirilməsi və geniş xalq kütlələrinin mənafeyi naminə sosial - iqtisadi islahatların keçirilməsi olduğu açıq şəkildə bildirilmişdi. 1945-ci il sentyabrın 5-dən ADP-nin rəsmi mətbuat orqanı olan "Azərbaycan" qəzeti ana dilində çıxmağa başladı. Bir neçə həftə ərzində partiyaya minlərlə fəhlə, kəndli, ziyalı, xırda və orta sahibkarlar, hətta bəzi mülkədarlar da daxil oldular.
ADP-nin 1945-ci il oktyabrın 2-4-də keçirilən birinci qurultayında partiyanın Proqramı və Nizamnaməsi qəbul edildi və S.C.Pişəvəri başda olmaqla Mərkəzi Komitəsi seçildi. ADP açıq şəkildə fədai dəstələri yaratmağa başladı. Artıq 1945-ci il oktyabrın əvvəllərində Təbrizdə bütün hakimiyyət faktiki olaraq demokratların əlinə keçmişdi. 1945-ci il noyabrın 17-dən dekabrın əvvəllərinədək demək olar ki, Cənubi Azərbaycanın bütün ərazisində demokratik hakimiyyət orqanları yaradılmışdı. Tehran hökumətinin Təbrizə və Cənubi Azərbaycana ordu yeritmək cəhdləri puça çıxmış, Qəzvin yaxınlığında dayanan hökumət qüvvələri Həmədana göndərilmişdi.
Dostları ilə paylaş: |