İNŞaat fakultəSİ İCTİMAİ FƏNLƏr kafedrasi fənnin adi: Azərbaycan tarixi MÖvzu 1 : Azərbaycan tarixinə giriş


Müstəqilliyin bərpa və möhkəmələndirilməsi uğrunda mübarizə



Yüklə 436,25 Kb.
səhifə108/109
tarix02.01.2022
ölçüsü436,25 Kb.
#35015
1   ...   101   102   103   104   105   106   107   108   109
tarix

Müstəqilliyin bərpa və möhkəmələndirilməsi uğrunda mübarizə

4.Azərbaycanda iqtisadi, sosial-siyasi və mədəni inkişaf

Qədim və zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı XX əsrin son onilliyinə müstəqil bir dövlət kimi daxil oldu və qısa zaman kəsiyində özünün müstəqil dövlətini tanıdı bildi. Bu xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı prinsipial mübarizəsində qazandığı parlaq nailiyyət və böyük tarixi qələbə idi. Beləliklə müstəqilliyinin yenicə bərpa edən gənc Azərbaycan Respublikasının qarşısında yeni tarixi vəzifələr qoydu. Bu vəzifələrə gəlincə, birinci növbədə yenicə yaradılmış, dövlət müstəqilliyini möhkəmləndirmək, demokratik, hüquqi, dünyavi dövlət qurulmasına nail olmaq idi. Digər bir vacib olan məsələ ərazi bütövlüyümüzün bərpa edilməsi, Ermənitan-Azərbaycan mübarizəsinin və Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə, əhalinin təhkükəsizliyinin, sosial və məsəni rifahını təmin etməkdən ibarət idi. Daha vacib məsələ olan bazar iqtisadiyyatına doğru dərin islahatlar həyat keçirmək və xarici siyasət kursunun işlənilməsi idi.

“Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitutsiya akt”nın qəbul olunmasından keçən sonrakı dövrü şərti olaraq üç mərhələyə bölmək olar:


  1. 1991-ci ilin oktyabrından 1992-ci ilin iyununadək olan dövr;

  2. 1992-ci ilin iyunundan 1993-cü ilin iyununadək olan dövr AXC-nin hakimiyyət dövrü;

  3. 1993-cü ilin iyunundan bu günədək olan dövr - H.Əliyevin “böyük siyasət”ə qayıdışı və prezident İlham Əliyev tərəfindən bu strategiyanın uğurlu davamı.

Azərbaycan uzun müddət Çar Rusiyasının, sonra isə SSRİ-nin təsiri altında olduğundan müstəqil xarici siyasəti və iqtisadi proramı olmamışdı. Bu mühüm dövlət siyasəti Mərkəz tərəfindən idarə edilmişdir.

1991-ci ildən müstəqilliyimiz qazanılan gündən 1993-cü ilin iyununa qədər dövlətimizin xarici siyasəti istənilən nəticələri vermədi və ciddi nösanlara yol verildi. Müstəqilliyimizin ilk illərində Azərbaycanın bəzi rəsmi rəhbərlərinin məsuliyyətsiz və düşünülməmiş bəyanatları ölkəmizin radikal və dövlətlərarası münasibətlərinə ciddi zərbə vurdu.

Buraxılan nöqsanların nəticəsi idi ki, 1993-cü ilin iyun ayında dərin sosial-iqtsadi, siyasi və hərbi böhranla üzləşdi. Buna görə də xalqımız ümidlərini H.Əliyevə bağladı.

1991-1993-cü illərdə Azərbaycanın müstəqillik tarixində nəinki itirilmiş illər hesab olunur, həm də bu illərdə Azərbaycanın “ölüm ya olum” kəlməsi qarışısında qalmışdı.

Bakıya gələn kimi H.Əliyev dərhal öz şəxsi həyatını təhlükədə qoyaraq Gəncəyə getdi, hadisələrlə yaxından tanış oldu və yaranmış problemlərin həlli yollarını müəyyənləşdirdi. Bakıya qayıdıb iyunun 15-də Ali Sovetdə ətraflı məlumat verdi və elə həmən gün Ali Sovetin sədri seçildi. Bu gün Azərbaycan xalqının tarixinə milli Qurtuluş Günü kimi daxil oldu və 1997-ci ildən “Milli Qurtuluş” günü kimi qeyd olunur.

1993-cü ilin oktyabrın 3-də ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Prezident H.Əliyev qısa zamanda ölkənin sosial –iqtisadi, siyasi və mədəni inkişafının əsaslandırılmış proqramını hazırladı.

Azərbaycan dövlət müstəqilliyinə qarşı yönəldilmiş qəsdlərin aradan qaldırılması istiqamətində qətiyyətli tədbirləri həyata keçirməyə başladı.

Qısa zamanda H.Əliyev tərəfindən Azərbaycan Respublikasının xarici siyasət strategiyası hazırlandı.

XX əsrin sonuncu onilliyində müstəqil Azərbaycanın həyatında iqtisadi sahə də öz miqyasına və əhəmiyyətinə görə analoqu olmayan tarixi bir hadisə baş ve rdi.

“Əsrin müqaviləsi” 1994-cü il sentyabrın 20-də Bakının “Gülüstan” sarayında Azərbaycan Dövlət Neft Şirkəti ilə Amerikanın “AMOKO”, “Yunokl”, “Peuzoyl”, “Makdormot” Böyük Britaniyanın “British Petroleum”, “Remko”, Norveçin “Stotoyl”, Rusiyanın “Lukoyl”, Türkiyənin “Türk petrolları”, Səudiyyə Ərəbistanının “Delta” şirkətlərinin yaratdığı konsorsium arasında Azərbaycanın Xəzər dənizi bölgəsində yerləşən hissəsinin birgə işlənməsi haqqıda neft müqaviləsi imzalandı.

“Əsrin müqaviləsinin” imzalanması ilə Müstəqil Azəbaycanın yeni neft strategiyasının əsası qoyuldu. Müqavilənin imzalanması xarici ölkələrin Azərbaycana investisiya qoyması üçün böyük yol açdı. (2001-ci ildən başlayaraq prezidentin fərmanı ilə həmin gün respublikada “Neftçi günü” kimi bayram edilir).

H.Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonrakı ilk illərdə də xarici düşmənlər və daxili müxalif qüvvələrin qeyri-sabitlik yaratmaq, dövlət çevrilişləri törətmək, terror cəhdlərinə qarşı əməli tədbirləri nəticəsində hələ də böhranı tamamilə aradan qaldırmaq mümkün olmamışdı.

İstehsalı inkişaf etdirmək üçün respublikanın kifayət qədər investisiya imkanları yox idi. Xarici kapitalı cəlb etmək məqsədilə “açıq qapı” siyasəti yeridilməyə başlandı.

Müstəqil Azərbaycanı diz çökdürmək istəyən xarici qüvvələrin düşmənə fəal hərbi-siyasi köməyi nəticəsində respublika ərazisinin 20 faiz işğal edilmişdi.

Ermənilər “torpağı viran qoymaq” taktikasından istifadə edirdilər.

Əvvəlki iqtidarlıların ordu quruculuğuna lazımi diqqət yetirilməməsi , xalqı birləşdirib düşmənə qarşı vahid cəbhə yarada bilməməsi, müstəqil Azərbaycanı diz çökdürmək istəyən xarici qüvvələrin düşmənə fəal hərbi-siyasi köməyi nəticəsində ərazilərimi işğal olundu. Müharibədə 20 mindən çox azərbaycanlı şəhid oldu, 100 min nəfər yaralanmış, 5 min nəfər əlil olmuşdur. Erməni işğalçıları tərəfindən 4861 nəfər azərbaycanlı, o cümlədən 314 qadın, 58 uşaq, 255 əsir və girov götürülmüşdü.

İşğal olunmuş Azərbaycan ərazilərindən işğalçı ordunun dərhal tamamilə və qeyd-şərtsiz çıxarılması tələbi BMT-Təhlükəsizlik Şurasının 1993-cü il 30 aprel 828, 29 iyul 853, 14 oktyab r 874 və 11 noyabr 884 saylı, qətnamələrində öz əksini tapsa da Ermənistan müxtəlif bəhanələrlə onları indiyə qədər yerinə yetirməkdən imtina edir.

Əslində münaqişə tərəflərindən birinə Ermənistana doğma, o - birinə Azərbaycana yad münasibətlər bəslənməsi və qəbul olunmuş qətnamələrdən heç birində Ermənistan təcavüzkar elan olunmur.

Azərbaycan ordusu bərbad vəziyyətdə idi, parçalanmışdı, hərbi hissələr ayrı-ayrı siyasi qrupların təsiri altına düşmüşdü. Fərarilik artmışdı. 1991-1992-ci illərdə 30 min döyüşçü ordunu öz başına tərk etmişdi.

Güclü ordu yaratmaq üçün xalqı ayağa qaldırmaq, birləşdirmək lazım idi. Prezident Heydər Əliyev 1993-cü il noyabrın 2-də televiziya və radio vasitəsi ilə xalqa müraciət etdi, onu ölkənin qeyrət və azadlığı uğrunda birləşib düşmənə qarşı mübarizəyə qalxmağa çağırdı. Prezidentin çağırışı xalqı hərəkətə gətirdi. Könüllülərin sayı minlərlə idi. Əfqanıstanda xidmət etmiş, keçmiş döyüşçülər prezidentə müraciət edib olay yaratmaq təşəbbüsü irəli sürdülər. Görülən tədbilrin nəticəsində 1994-cü ilin sonunda milli odunun sıralarında 54 min əsgər və zabit var idi.

Azərbaycan ordusunun uğurlu əməliyyatları nəticəsində 1994-cü il yanvarın 5-də Füzuli rayonunda strateji əhəmiyyətli Horadiz qəsəbəsini, 22 kəndi işğaldan azad etdilər.

Azərbaycan Prezidenti H.Əliyevin uğurlu diplomatiyası, milli ordunun güclənəmsi nəticəsində düşmən və onun havadarları artıq münaqişəni zorakı metodlarla həll etmək cəhdlərinin perspektivliyini dərk etdilər. 1994-cü il mayın 12-də cəbhədə atəşkəs əldə olundu.

Beynəlxalq problem kimi yaradılmış Ermənstan-Azərbaycan Dağlıq Qarabağ probleminin həlli üçün bu məkanda sərvətlərinin mənimsənilməsində marağı olan aparıcı dünya dövlətlərinin mənafelərini nəzərə alan düzgün siyasət yeridilirdi.

1997-cü ilin oktyabrında Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova respublikalarının başçıları öz aralarında əməkdaşlı haqqında sənəd imzaladılar. Noyabrın 25-də isə Bakıda “GUAM” bloku təşkili bəyan edən rəsmi protokol imzalandı. Belə bir birliyin təşkili Rusiyanı narahat edirdi.

1994-cü ilin sentyabrında H.Əliyev BMT Baş Məclisinin 49-cu sesiyası tribunasından Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırdı.

Avropda Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) 1994-cü ilin dekabrında Budapeşt, 1996-cı ilin dekabrında Lissabon Samitlərində Dağlıq Qarabağ münaqişəsinin bu təşkilatın Minsk qrupu, vasitəsilə ədalətli, beynəlxalq prinsiplərə əsaslanaraq həlli olunmasının təsdiqlənməsinə nail olundu. Lissabon Samitlərində ATƏTin fəaliyyətdə olan sədrinin üzv olan 54 ölkədən 53-ü o, cümlədən ABŞ, Rusiya, Fransa və s. adındain verilən rəsmi sənəd bu münaqişənin sülh yolu ilə həll olunması prinsipləri göstərildi. Bu prinsiplərin birincisi Azərbaycan və Ermənistanın ərazi bütövlüyünün tanınması, ikincisi Dağlıq Qarabağa Azərbaycan respblikası tərkibində yüksək dərəcəli özünüidarə statusu-muxtariyyət hüququ verilməsi, üçüncü Dağlıq Qarabağın bütün əhalisinə, yəni erməni və azərbaycanlılara təhlükəsizlik təminatı verilməli idi.

Azərbaycan rəhbərliyi dünya siyasətini müəyyən edən dövlətlər və siyasətçilərlə yaxın əlaqələr yaratdı. H.Əliyev Rusiya, ABŞ, Türkiyə, Çin, Yaponiya, Polşa və digər dövlətlərin başçıları ilə görüşlərində bu ölkələrlə səmərəli əlaqələrin qurulmasına nail oldu. Ölkənin xarici siyasət kursunda 1993-cü ilin yayında Türkiyə Respublikası ilə münasibətlərdə ciddi dəyişikliklər edildi. Türkiyə Ermənistanın təcəvüzkar bir dövlət kimi tanıdı. Dağlıq Qarabağ məsələsi ədalətlə həll olununcaya qədər onunda heç bir əlaqə saxlamayacağını elan etdi. 2001-ci ilin iyulun 23-də Xəzər dənizinin mübahisəli sullarında Azərbaycan gəmilərinə İran təyarələrinin hücum cəhdini Türkiyə qəti addımla qarşıladı. Ankara bütün dünyaya anlaşılan bir tərzdə bildirdi ki, Azərbaycana əl qaldıran qarşısında Türkiyəni görəcək.

Azərbaycan İran İslam Respublkası ilə də hər iki tərəf üçün normal siyasi, iqtisadi və mədəni münasibətlərlə yaratsada, İran təcavüzkar Ermənistana hərtərəfli yaradım edir, bu onu göstərir ki, İran Azərbaycana qarşı səmimi deyil.

Qonşu Gürcüstanla əlaqələr yenidən quruldu. 1996-cı ilin matında Prezident H.Əliyev Gürcüstana rəsmi səfər etdi. Azərbaycanın xarici siyasətinə bu ölkə üçün strateji əhəmiyyət kəsb edir. Azərbaycan Qərblə şərqin qovşağında bərpa olunan qədim İpək yolunun mərkəzində ühüm yer tutur.

Pakistan dövləti ilə dostluq və əməkdaşlıq münasibətləri daim inkişaf edir.

X-XI əsrin əvvələrində Azərbaycan Respublikası artıq dünyanın 137 ölkəsi ilə diplomatik əlaqələr yaratmışdır.

1996-cı ilin aprelində Azərbaycan ilə Avropa Şurası və onun üzvü olan dövlətlər arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalandı.

2001-ci il yanvarın 25-də Azərbaycan Respublikası Avropa Şurasında tam hüquqlu üzv qəbul olundu.

Rusiya Ermənistana daima silahlı sursat verir, onun ərazisində hərbi bazaların yeniləşdirilməsinə baxmayaarq Azərbaycanı qorxuda, tutduğu müstəqillik yolundan döndərə bilmədi.

Müstəqil Azərbaycan Respublikası ilk konstitusiyasının hazırlanması üçün prezidentin rəhbərliyi ilə xüsusi komissiya təşkil olundu.

1995-ci ilin noyabrın 12-də ümumxalq referendum ilə qəbul edildi. 1998-ci ilin fevralında Prezident H.Əliyev İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında fərman imzalandı.

Azərbaycan Respublikası şəqrdə ölüm cəzasını ləğv edən ilk ölkə oldu. 1998-ci ilin fevralından ölüm hökmü tamamilə ləğv edildi. Dövlətçiliyinin təmin olunmasının mühüm vasitələrindən biri hüquq-mühafizə orqanlarının möhkəmləndirilməsi idi. İnsan hüquqlarının təmin olunmasının hüquqi mexanizmi yaradılmağa başlandı. “Kütləvi informasiya haqqında”, “Ölkədən getmək və ölkəyə gəlmək haqqında”, “Dini etiqad azadlığı haaqında”, “Sərbəst toplaşmaq azadlığı haqqında” və başqa qanunlar qəbul edildi.

1995-ci ilin may ayından respublikada əfetmə institutu fəaliyyətə başladı. Məlum olduğu kimi hər il minlərlə insan əff edilir.

Gənc nəslə, onun tərbiyəsinə mənəvi və fiziki sağlamlığına qayğı xeyli artdı. Gənclər ölkə əhalisinin (2001-ci il 3 fevral məlumatı) 66 fazizini təşkil edirdilər. 1994-cü ilin iyun ayında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi təsis edildi.

Gənclərin təşəbbüsü ilə 1996-cı il fevralın 2-də Gənclərin Birinci Respublika Formu keçirildi. Forumda H.Əliyev proqram əhəmiyyətli nitq söylədi. Prezidentin fərmanı ilə 1997-ci ildən fevral ayının 2-i Azərbaycanda “Gənclər günü” kimi qeyd edilir.

Bu illlərdə Azərbaycan qadınlarının da ictimai-siyasi fəaliyyəti genişləndirildi. 1998-ci ilin yanvar ayında Prezidentin fərmanı ilə “Qadın problemləri” üzrə Dövlət komitəsi yaradıldı. İnsanların azad düşünməsi azad siyasi, ictimai fəaliyyət göstərməsi üçün cəmiyyətdə münasib imkanlar artıq mövcud idi. Bütün bunları prezident Heydər Əliyevin adı ilə bağlayan xalq 1998-ci il oktyabrrın 11-də alternativ əsasda keçirilən prezident seçkilərdə onu yenidən Azərbaycan Respublikasının prezidenti seçdi.

Ölkədə siyasi sabitliyin yaranması dövlətçiliyin inkişafı ilk növbədə dövlət intizamının nəzarətin güclənməsi, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması və nüfuz qazanması ölkənin qitisadi və mədəni həyatına əhəmiyyətli təsir göstərdi. Lakin xarici əlaqələrin genişlənmnəsi daxili sabitlik, daxili və xarici düşmənləri narahat edirdi. Respublikada dövlət çevrilişinə cəhdlər göstərilirdi.

1993-cü ilin sentyabrın ortalarında S.Hüseynov, Ə.Hümmətov və R.Qazıyev qüvvələrini bilərşdirib Bakıya hücum etmək və H.Əliyev hakimiyyətdən salmaq istəyirdilər. Cəmiyyətdə vahimə yaratmaq üçün 1994-cü il sentyabrın 21-dən 22-ə keçən gecə Təhlükəsizlik Nazirliyi istintaq təcridxanasından dövlət qarşı cinayətdə ittiham olunan bir neçə dustaq qaçırıldı.

Xüsusi Təyinatlı Polis Dəstəsinin 30-a qədər döyüşçüsü oktyabrın 2-də Respublikası Prokurorluğu binasına soxuldular. Daxili işlər nazirinin müavini Rövşən Cavadov 40 nəfərlik silahlı dəstəilə qardaşının rəhbərlik etdiyi dəstəyə köməyə gəldi. Prezidentin apardığı danışıqlar nəticəsində Cavadov qardaşları geri çəkildilər.

Oktyabrın 4-də 5-ə keçən gecə H.Əliyev müstəqil dövlətçiliyi müdafiə etmək üçün xalqa müraciət etdi. Qısa bir vaxtda on minlərlə adam Prezident sarayı qarşısına toplaşdı.

1995-ci il martın 11-də Rövşən Cavadov respublika prezidentinin istefasını tələb etdi. Martın 15-də Omonçular Nizami rayon polis idarəsinə basqın etdilər. Prezidentin 16 mart tarixli fərmanıə ilə Xüsusi Təyinatlı polis dəstəsi ləğv edildi. Rövşən və Mahir Cavadov qardaşları prezidentin münaqişəni dinc yolla həll etmək istəyinə məhəl qoymadılar. İqtidarın fövqəladə tədbirləri, hökümət qüvvələrinin çevik hərbi əməliyyatlatı nəticəsində dövlət çevrilişi cəhdi bu dəfə də baş tutmadı. Xalq respublikasının dövlət müstəqilliyinin qarantı olan prezidenti dəstəklədi, dövlətçilik prinsiplərinə sadiqlik nümayiş etdirdi.

İqtisadiyyatda isə 80-ci illərin ikinci yarasında SSRİ-də başlanan siyasi proseslər bütün respublikanın iqtisadiyyatına və mədəni həyatına ağır zərbələr vudu. Bunun bir sıra obyektiv və subyektiv səbəbləri var idi. Sovet imperiyası dağıdılmış respublikaların iqtisadi əlaqələri pozulmuşdu. Ölkəmizdə sənayenin aparıcı sahəsi olan neft sənayesində vəziyyət ağır idi. Torpaqların böyük bir hisəsi şoranlaşmış kolxoz və sovxozların texnikası köhnəlmiş suvarma kanalları bərbad hala düşmüşdü.

Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar müharibə iqtisadiyyata ciddi ziyan vurmuşdu. Siyasi sabitlik olması xarici investorların ölkəyə sərmayə qoymasına mane olurdu. İqtisadiyyatın hərc-mərclik baş alıb gedirdi.

1996-cı ilin iyulun 16-da ölkənin aqrar sektorunda inqilabi bir addım atıldı. Prezident Heydər Əliyevin rəhbərliyi altında hazırlanan və onun siyasi iradəsinin məhsulu olan “Torpaq islahatı haqqında” qanun qəbul edildi. Bu qanuna görə bütün keçmiş sovet respublikalarından fərqli olaraq, torpaq sosial ədalət prinsipinə əsasən kənddə yaşayan vətəndaşların xüsusi mülkiyyətinə pulsuz verildi. Respublikanı vahid torpaq fondu əsasında üç dövlət- bələdiyyə və xüsusi torpaq mülkiyyət forması müəyyən olundu. 22 mart 199-cu il tarixli fərman ilə kənd təsərrüfatı məhsulları istehsalçıların beş il müddətinə torpaq vergisindən başqa bütün vergilərdən azad etdi və bu vergilər üzrə bütün borclar silindi.

1999-cu il noyabrın 9-da prezident xüsusi fərmanla “1999-2000-ci illərdə Azərbaycan Respublikasında aqrar islahtların dərinləşdirilməsi və kənd təsərrüfatında sahibkarlığın inkişafına kömək göstərilməsinə dair Dövlət Proqramı”nı təsdiq etdi.

1996-cı ilin yazından başlayaraq ictimai kənd təsərrüfatı müəssisələrinin mal-qarası özəl mülkiyyətə verildi. Kənd təsərrüfatında lizinq xidməti formalaşdı.

Bütün maneələrə baxmayaraq, respublikada özəlləşdirmə müvəffəqiyyətlə həyata keçirildi.

Prezident H.Əliyev tez bir zamanda dövlət intizamını gücləndirib, siyasi sabitliyi yaratdı və iqtisadi tənəzüllün qarşısını almaq üçün ciddi tədbirlər gördü.

İstehsalı inkişaf etdirmək üçün respublikanı kifayət qədər investisiya imkanları olmadığı üçün “açıq qapı” siyasəti yeridildi. Dünyada ən aşağı gömrük vergisi qoyuldu.

Beynəlxalq naliyyət təşkilatları ilə 1997-ci ildən Azərbaycana 700 milyon dollar həcmində kredit kanalları açılması haqqında razılıq əldə olundu.

Aparılan çox şaxəli işlərin nəticəsi olaraq 2000-ci ildə ölkəmizdə 1300-dən çox xarici şirkət və firmanın nümayəndəliyi fəaliyyət göstərirdi.

Prezident H.Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni dövlət neft startegiyası uğurla həyata keçirilirdi. Bu isə Azərbaycanın neft sənayesində yeni eranın başlanması idi. Neft sənayesinə yeni texnologiyalar cəlb etmək üçün respublikaya sərfəli şərtlərlə xarici neft şirkətləri ilə müqavilələr bağlandı.

Bütünlükdə 1994-2000-ci illərdə ADNŞ ilə 14 ölkənin 32 neft şirkəti ilə 21 müqavilə imzlanmışdı. Həyata kçeirilən tədbirlər sayəsində respublikanın neft sənayesi dirçəldi və sürətlə inkişaf etməyə başladı.

Azərbaycan Respublikası iqtisadiyyatının dirçəlidlməsində də inkişafına Avropa Birliyi “TRASERA” proqramı üzrə AVROPA-QAFQAZ-ASİYA nəqliyyat kommunikasiyasının –“Yeni-İpək Yolu” nun işə düşməsi də əhəmiyyətli təsir göstərdi.

Prezident Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il sentyabrın 7-8-də Bakıda “Böyük İpək Yolu” Beynəlxalq konfrans keçirildi. Dünyanın 32 ölkəsinin və beynəlxalq təşkilatlaının təmsil olunması və konfransda “Bakı bəyannaməsi”-nin qəbul edilməsi böyük əhəmiyyətli sənəd idi.

Bakı Beynəlxalq Dəniz limanı yeni ipək yolunda baş körpüyə çevrildi.

Azərbaycan nəqliyyat blokadasında olmaq və ona təsir göstərmək cəhdləri baş tutmadı. 1997-ci ilin martında Rusiya Federasiyası Azərbaycanda sərhəddəki məhduddiyyətləri götürdü, şose, dəniz və su yollarını açdı.

İnvestisiya qoyuluşlarının artması, iqtisadi struktur dəyişiklikləri sahibkarlığın inkişafına yaxşı imkanlar açırdı.

Prezident Heydər Əliyev rəhbərliyi altında həyata keçirilən tədbirlər mövcud iqtisadi böhranı aradan qaldırdı, iqtisadi sabitlik yaratmağa imkan verdi.

Respublikada onlarda yeni sənaye müəssisəsi işə salındı. 1996-cı ildə Bakıda yağ, “Coka-cola”, 1999-cu ildə “Pepsi-Cola” içki zavodları açıldı. Görülmüş işlər nəticəsində respublikaının sənayesində tənəzzülün qarşısı alındı.Bu tarixi döyüş idi. Azərbaycan xalqı bu döyüşdən qalib çıxdı. 1999-cu il dekabrın 12-də Azərbaycan Respublikasında ilk bələdiyyə seçkiləri keçirildi.

Xarici investorların Azərbaycana marağı artdı. Çünki ölkədə siyasi sabitlik, iqtisadiyyatın inkişafı üçün yaradılmış şərait buna imkan verirdi.

90-cı illərin əvvələrində iqtisadi böhran əhalinin qüzəranının ağırlaşdırmış, ərzaq məhsulları, enerji daşıyıcıları, sərnişin daşımalarının və başqa xidmətlərin qiyməti yüz dəfələrlə artmışdı. İqtisadiyyatın pozulması əhalinin sürətlə yoxsullaşması, qaçqınlıq və köçkünlüyün ağırlığı uşaqlara və yeniyetmələrə daha pis təsir göstərirdi. Əhalinin əmək haqqının artırılması üçün dövlət tədbirlərinin həyata keçirilməsi nəticəsində işçilərin orta aylıq əmək haqqı xeyli artdı, orta aylıq pensiyaların məbləği iki dəfədən çox artdı. 1995-ci ilin yanvarında pedaqoji işçilərin ailələri elektrik enerjisinindən, qazdan istifadə və kommunal xidmət xərclərindən tamamilə azad edildilər.

Məcburi köçkünlərin sosial müdafiəsini gücləndirmək məqsədi ilə 1998-ci ildən başlayaraq onlara yemək xərci üçün verilən aylıq müavinətlər hər il artırıldı.

Dövlətin apardığı siyasət işsizlərin ayının azalmasına, yoxsulluğun aradan qaldrılması üçün imkanlar yaratdı.

H.Əliyev hakimiyyətə qayıtdıqdan sonra respublika yenidən əsl tikinti meydanına çevrildi. İş yerləri açıldı. Nəqliyyat vasitələrinin işi xeyli yaxşılaşdırıldı.

Dövlət səhiyyə işini yenidən qurdu. Respublikanın idman həyatında da böyük canlanma baş verdi.Azərbaycan idmançıları beynəlxalq idman yarışlarında uğurlar qazandılar.

Respublikasının dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan cəmiyyətinin mədəni, mənəvi həyatında mühüm dəyişikliklər baş verdi. Mədəniyyət maarif, elm vətəhsil sahələrinə qayğı gücləndi.Milli təhsil konsepsiyası yaradıldı və həyata keçirilməyə başlandı.

Məktəb mövcud sovet təhsil sisteminin müsbət ənənələrini qoruyub saxlamaqla bərabər onu müasir Avropa təhsil texnologiyası ilə zənginləşdirməyə başladı. Maarifin təşkilində mühüm dəyişiklikdən biri 1992-ci ildən ali və orta ixtisas məktəblərinə qəbulun test üsulu ilə aparılması olmuşdu.

1993-cü ildən respublikaının ali məktəblərdə çoxpilləli ali təhsil –dörd illik bakalavr və iki illik maqistratura sistemi tətbiq olunmağa başlandı. 1997-ci ildən magistraturalara ilk qəbul keçirildi.

Mədəni maarif sahəsində torpaqların işğalı zamanı erməni vandalları 982 kitabxana, 862 kitab, 4 teatr və onlarla mədəniyyət abidələrini dağıtmış, yandrmışlar. Prezident H.Əliyev 1997-ci il noyabrın 18-də “Mədəniyyət haqqında” qanun imzaladı.

1994-cü ildə Bakıda Cəlil Məmmədquluzadənin, Niyazinin 1995-ci ildə Hüseyn Cavidin ev muzeyi yaradıldı. Xeyli genişləndirildi. Mətbuat və İnfomasiya Nazirliyində 600-ə qədər informasiya vasitəsi qeydə alındı.

Elm, fəlsəfə ilə yanaşı ictimai şüurun başqa formaları, xüsusən din üçün şərait yaradıldı. Yeni islam dini icmaları təşkil olunur, müqəddəs ocaqlar bərpa edilir,yeniləri yaradılırdı.

1935-ci ildə dağıdılmış, “Bibi Heybət məscidi”nin yerindəki minarəli böyük məscid inşa edilib dindarların istifadəsinə verilmişdir.

Milli Məclisin 1992-ci il oktyabrın 27-də qəbul etdiyi “Azərbaycan Respublikasının bayramlar haqqında” qanuna əsasən “Novruz”, “Mölud”, “Qurban” və “Ramazan” bayramları hər il rəsmi qeyd olunur. Respublikada pravaslav, yəhudi, katolik dini konfeysiyaların azad inkişafı üçün münasib şərait yaradıldı.Prezident H.Əliyev 1997-ci il yanvarın 8-də xüsusi sərəncamda xarici dini missionerlərin pozuculuq fəaliyyətini qadağan etdi. Ədəbiyyatımızın inkişafı müasir dövrün tələblərinə cavab verən əsərlərdə özünü göstərirdi.

Azərbaycanda kino və sənədli filmlər çəkilməyə başlanıldı. Ümumiyyətlə bu illərdə Azərbaycan incəsənətində formaca ənənəyə bağlılıq və müasirlik, milli və bəşəri dəyərlərin tərənnümü üstünlük təşkil edirdi.

Dünya Azərbaycanlılarının təşkilatlanma prosesi H.Əliyevin təkidi ilə 1990-cı ildən başlamışdı.

Dünyanın 30-dan çox ölkəsində azərbaycanlıların birləşdiyi 100-dən çox ictimai milli-mədəni cəmiyyət, təşkilat-mərkəz, dərnəklər vardı.

Prezident H.Əliyevin 2001-ci il mayın 23-də Dünya Azərbaycanlılarının I qurulyatının keçirilməsi barədə sərəncam verdi.Məqsəd xaricdə yaşayan azərbaycanlıların təşkilatlanmasına, onların yaşadıqları ölkələrdə azərbaycan həqiqətlərinin təbliğ etmək idi. H.Əliyev soydaşlarımıza olduqları dövlətlərin siyasi həyatında yaxından iştirak etmələrini də tövsiyyə etdi.

XX əsrin onilliyi və XXI əsrin əvvələrində Azərbaycan xalqı tarixinin ən mürəkkəb, çətin və eyni zamanda ən şərəfli bir dövrünü yaşadı.

1991-2001-ci illərdə o, əsrə bərabər bir yol keçdi. Dünya sivilizasiyasına böyük töhfələr vermiş Azərbaycan xalqı bu on ildə bir daha sübut etdi ki, o dönməz dövlətçilik iradəsi, bacarıqlı siyasi elita, görkəmli dövlət xadimləri yetişdirməyə, dövlət qurmağa və onu möhkəmləndirməyə qadirdir.


Yüklə 436,25 Kb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin