İnsan cəmiyyətinin inkişafı təbiətlə qarşılıqlı təmasda olmadan mümkün deyil


alınmış  və  gələcək  nəsillərə  ötürülən    özünəməxsus    təlabata  malik  olub



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə39/109
tarix08.04.2022
ölçüsü1,69 Mb.
#54989
1   ...   35   36   37   38   39   40   41   42   ...   109
umumi ekologiya

alınmış  və  gələcək  nəsillərə  ötürülən    özünəməxsus    təlabata  malik  olub, 
təbiətdə  öz  ekoloji  taxçasını  tutur;  təkamül  prosesində    bu təlabatın dəyməsi  
yəni,  ekoloji  taxçanın  dəyişməsi  həmin növün  başqa  keyfiyyətə  (məsələn,yeni 
növə) keçməsi deməkdir.  
 
 
                                   4.2. İnsanın ekoloji taxçası 
 
İnsan-heyvanlar aləminin bir nümayəndəsi olub, məməlilər sinfinə mənsub bioloji 
növdür.Bir  sıra  səciyyəvi  xüsusiyyətlərinə  (şüur,əmək  fəaliyyəti,biososiallıq,nitq 
və s.) baxmayaraq,insan öz bioloji mahiyyətini itirməmişdir və ekologiyanın bütün 
qanunları digər canlı orqanizmlər kimi ona da şamil olunur. 
    İnsan  da  digər  canlılar  kimi    təkamül  prosesində  əldə  olunmuş  və  yalnız  onun 
özünə xas olan ekoloji taxçaya,yəni çoxsaylı ekoloji amillərin məcmusuna təlabata  
malikdir.İnsanın  ekoloji  taxçasının  yayıldığı  (lokallaşdığı)  məkan  ,yəni,ekoloji 
amillərin  rejiminin  əcdadlarından  miras  qalmış  tolerantlıq  həddinini  aşmayan 
yerlər olduqca məhduddur. 
    Bioloji  növ  kimi  insan  yalnız    yerin  quru  hissəsinin  ekvatorial  qurşağında 
(tropik,subtropik)  məskunlaşa  bilər.İnsanın  ekoloji  taxçasının  şaquli  istiqamətdə 
sərhəddi dəniz səviyyəsindən 3,0...3,5km-ə qədərdir. 
    Səciyyəvi  xüsusiyyətləri  (ilk  növbədə,sosial)  sayəsində  insan    öz  başlanğıc 
arealının (məskunlaşma yerinin)  sərhədlərini genişləndirmiş, yüksək,orta və aşağı 
enliklərdə yaylmış,okeanların dərinliklərini və kosmik fəzanı fəth etmişdir. Lakin, 
bütün  bunlara  baxmayaraq  insanın  fundamental  (əsaslı)  ekoloji  taxçası  praktiki 
olaraq  dəyişməmişdir.İnsan  başlanğıc  arealın  hüdüdlarından  kənarda  limitləyici 
amillərin  müqavimətini  adaptasiya  yolu  ilə  dəf  etməklə  deyil,özünün  yaratdığı  
xüsusi  müdfiə  vasitələrinin  (qızdırılan  mənzil,isti  paltar,oksigen  cihazları  və  s.) 
köməyi ilə yaşayır.Yaratdığı müdafiə vasitələrinin köməyi ilə insan özünün ekoloji 
taxçasını  imitasiya  (təqlid,oxşatma)  edir.Bu  isə,nəbatat  bağlarında,  heyvanxana-
larda,akvariumlarda və s. ekzotik bitki və heyvanlarn ekoloji taxçasının imtasiyası-
na  bənzəyir.Bununla belə,insana tolerantlıq qanunu nöqteyi-nəzərindən zəruri olan 
bütün  amilləri  hər  zaman  tam  yaratmaq    olmur.Məsələn,kosmik  uçuşlar  zamanı 
qravitasiya  (cazibə)  kimi  vacib  amili  yaratmaq  mümkün  olmur  və  uzunmüddətli 


46 
 
kosmik  ekspedisiyadan  qayıdan  kosmanavtlara  readaptasiya  üçün  vaxt  tələb 
olunur.Sənaye müəssisələri şəraitində bir çox amillər (səs-küy, titrəyişlər, tempera-  
tur, elektromaqnit sahəsi,bir çox maddələrin havadakı qatılığı və s.) daimi və ya 
dövri  olaraq  insan  orqanizminin  tolerantlıq  həddindən  kənara  çıxır.Bu  isə  insan 
orqanizminə  mənfi  təsirlər  (peşə  xəstəliklərinin  yaranması,dövri  streslər  və  s.) 
göstərir.  Ona  görə  də,  insanın  təhlükəsiz  əmək  fəaliyyətini  təmin  etmək  üçün 
orqanizmə  təsir  edən  zərərli  istehsalat  amillərinin  azaldılmasna  yönəlmiş  xüsusi 
texniki və təşkilati tədbirlər sistemi mövcuddur. Lakin,elə istehsalat sahələri də var 
ki,burada  belə  amillərin  optimal  rejimini  təmin  etmək  olmur  və  bu  səbəbdən  də 
belə    istehsalat  sahələrində  (məsələn,zəhərlı  maddələrləişlənilən)  işçilərin  ümumi 
əmək  stajı və iş  gününün  uzunluğu(4  saata qədər)  məhdudlaşdırılır.  Vibrasiya  və 
səs-küyləri azaltmaq üçün nəqliyyat vasitələrində xüsusi konstruktiv tərtibatlardan 
istifadə olunur. 
    İnsanın  istehsalat-təsərrüfat  fəaliyyəti,təbii  resursların  emalı  (istismarı)  zamanı 
ətraf  mühitə  yayılan    əlavə  məhsulların  (tullantıların)  yaranması  qaçılmazdır. 
Suya,torpağa  ,atmosferə  daxil  olan  və  qidalara  düşən  kimyəvi  birləşmələr  də 
ekoloji  amillər  olmaqla,ekoloji  taxçanın  elementləridir.Bu  amillərə  ,xüsusilə  də 
onların  qatılığının  yuxarı  həddinə  münasibətdə  insan  orqanizminin  dayanıqlığı 
aşağıdır və belə maddələr ekoloji taxçanı dağıdan limitləyici amil rolunu oynayır.    
    Yuxarıda  çərh  olunanlara  əsasən  təbiəti  mühafizənin  ekoloji  baxımdan  ikinci 
qaydasını ifadə etmək olar: 
    Təbiəti  (və  ətraf  mühiti)  mühafizə  insan  da  daxil  olmaqla  canlı  orqanizm-

Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin