72
mədəniyyət müxtəlifliyinə əsaslanır və əksinə,biomüxtəlifliyin saxlanması üzrə
fəaliyyət əksar hallarda mədəni inteqrasiyanı gücləndirir.
10.İctimaiyyətin iştirakının artırılması,əsas insan hüquqlarına hörmət,insanların
məlumat və təhsil əldə etməsinin asanlaşdırılması,siyasətçilərin,nazirlik və
idarələrin cəmiyyət qarşısında hesabatlılığının gücləndirilməsi biomüxtəlifliyin
qorunub-saxlanması sahəsində müvəffəqiyyətli fəaliyyətin zəruri şərtləridir.
Biomüxtılifliyin saxlanması sahəsində əsas vəzifələr
1.İqtisadi: ölkənin makroiqtisadi göstəricilərinə biomüxtəlifliyin daxil edilməsi;
biomüxtəliflikdən gələn potensial gəlirlər,o cümlədən,birbaşa (təbabət,seleksiya
üçün xammal və material və s.) və dolayı (ekoturizm)
gəlirlər; pozulmuş
biomüxtəlifliyin bərpasına çəkilən xərclər.
2.İdarəetmə:dövlət və kommersiya təşkilatlarını,ordu və donanmanı,qeyri-hökumət
təşkilatlarını,yerli əhalini və bütün ictimaiyyəti birgə fəaliyyətə cəlb etməklə
əməkdaşlığın yaradılması.
3.Hüquqi:bütün uyğun qanunvericilik normalarına biomüxtəlifliklə bağlı termin və
anlayışların daxil edilməsi,biomüxtəlifliyin saxlanmasını dəstəkləyən hüquqi
bazanın yaradılması.
4.Elmi:qərarların qəbulu qaydalarının formalaşdırılması,biomüxtəliflik
indiqatorlarının axtarışı,monitorinqlərin təşkili.
20dekabr 2006-cı ildə BMT-nin Baş Assambleyası özünün 61/203 saylı
qətnaməsi ilə 2010-cu ili Beynəlxalq biomüxtəliflik ili elan etmişdir. Baş
Assambleya 19dekabr 2008-ci ildə 63/219 saylı qətnaməsi ilə bütün üzv dövlətləri
2010-cu ildə biomüxtəlifliyin itirilməsi tempini maksimum azaltmağa,özlərinin
uyğun strategiya və proqramlarında bu problemə lazımi diqqət ayırmağa
çağırmışdır.Assambleya bütün üzv dövlətlərə Beynəlxalq Biomüxtəliflik ilini
keçirmık üçün yerli xalqların və icmaların daxil olduğu milli komitələrin
yaradılmasını tövsiyə etmiş,həmçinin də bütün beynəlxalq təşkilatlara bu hadisəni
qeyd etməyi təklif etmişdir.
Beynəlxalq Biomüxtəliflik ilini dəstəkləmək məqsədilə Assambleya 2010-cu
ildə özünün altmış beşinci sessiyası zamanı dövlət,hökumət və nümayəndə
heyətlərinin rəhbərlərinin iştirakı ilə yüksək səviyyədə birgünlük iclas
keçirəcəkdir.
Dostları ilə paylaş: