107
dəfnəgilas, Qafqaz qaragiləsi, məxməri ağcaqayın, ayı döşəyi və s. vardır. Qoruğun
faunası çox zəngindir. Burada Dağıstan dağ kəli, qararaça, maral, cüyür, çöl
donuzu, ayı, porsuq, tülkü, meşəpişiyi, vaşaq, sincab, gəlincik və s.
məskunlaşmışdır. Zaqatala dövlət təbiət qoruğunun ərazisinin genişləndirilərək
biosfer dövlət təbiət qoruğunun yaradılması günün ən ümdə məsələlərindən biridir.
Türyançay dövlət təbiət qoruğu - Bozdağın arid meşə landşaft komplekslərinin
qorunması və bərpası, dağ ətəkləri, eroziya mənbələrinin məhdudlaşdırılması
məqsədilə 1958-ci ildə 12,63 min hektar ərazidə Türyançay dövlət təbiət qoruğu
yaradılmışdır. 2003-ci ilin yanvar ayında qoruğun ərazisi genişləndirilərək 22,5
hektara çatdırılmışdır. Qoruqda 3 növ ardıc (iyli, qırmızı, çoxmeyvəli), Gürcüstan
palıdı, adi göyüş, nar və başqa ağac cinsləri vardır. Qoruqda 24 məməli,112 quş,
20 sürünən və 3 suda-quruda yaşayan növlər məskunlaşmışdır.
Pirqulu dövlət təbiət qoruğu - Qoruq 1968-ci ildə 1521 hektar ərazidə tirik dağ-
meşə landşaftlarını, xüsusilə müxtəlif növ bitki örtüyünü, torpağın münbit qatını
qorumaq, meşə örtüklü sahələri artırmaq, astroiqlimə mənfi təsir göstərən havanın
tozlanması kimi hadisələrin qarşısını almaq məqsədilə yaradılmışdır. Qoruğun
florası 60 növdən artıqdır. Məməlilərdən boz ayı, canavar, meşə pişiyi, vaşaq,
gəlinci, çöl donuzu, cüyürə və s. rast gəlmək olar. Qoruğun ərazisi 2003-ci ildə
2753 hektar genişləndirilərək 4274 hektara çatdırılmışdır.
Şirvan dövlət təbiət qoruğu - 1969-cu ildə Bəndovan dövlət təbiət yasaqlığının
bir hissəsində 17745 hektar ərazidə ceyranların, su quşlarının qorunması və
artırılması məqsədilə yaradılmışdır. 1982-ci ildə qoruğun ərazisi genişləndirilərək
25,8 min hektara çatdırılmışdır. Ərazinin 3.5 hektarını su hövzəsi təşkil edir.
Qoruğun ornitoloji faunası çox zəngindir. Su-bataqlıq ərazilərdə nadir və qiymətli
köçəri quşlar qışlayır və yuvalayır. 2003-ci ildə qoruğun əsas hissəsi Şirvan Milli
Parkının ərazisinə verilmiş, hal-hazırda qoruğun ümumi sahəsi 6232 hektardır.
Azərbaycan Respublikası Prezidentinin sərancamı ilə 2003-cü ilin 5 iyul tarixində
Şirvan Milli Parkı yaradılarkən Şirvan dövlət təbiət qoruğunun ərazisi 6232 hektar
qalmışdır.
Qarayazı dövlət təbiət qoruğu - Kür sahili tuqay meşələrinin qorunması və
bərpası məqsədilə 1978-ci ildə 4855 hektar ərazidə yaradılmışdır. Əsas qorunan
obyekti Kür çayının orta axarı boyunca yerləşən nadir
və tükənməkdə olan tuqay
ekoloji sistemidir. Tuqay meşələrində əsas ağac növlərindən ağyarpaq qovaq,
palıd, qızılağac və ağ akasiya üstünlük təşkil edir. Dırnaqlı heyvanlardan çöl
donuzu və nəcib maral, quşlardan isə qırqovul, qaratoyuq, göyərçin və s.rast
gəlmək olar. 2003-cü il 2 iyun tarixində Qarayazı dövlət təbiət qoruğunun ərazisi
4803 hektar genişləndirilərək 9658 hektara çatdırılmışdır.
Bəsitçay dövlət təbiət qoruğu - Nadir Şərq çinarının qorunub saxlanılması
məqsədilə 1974-cü ildə 107 hektar ərazidə yaradılmışdır. Qoruq Zəngilan
108
rayonunda Kiçik Qafqazın cənub-şərq hissəsinin Bəsitçay ətrafı boyunca ərazini
əhatə edir. Çinarlıq qoruq ərazisinin 93,5%-ni təşkil edir. Çinar ağaclarının orta
yaşı 170 ildir. Lakin, əsl nəhəng-yaşı 1200-1500 il, hündürlüyü 50 m və diametri 4
m-ə qədər olan ağaclara da rast gəlmək olar. Bəsitçay dövlət təbiət qoruğu işğal
altındadır və qoruq rejimi məhv edilmişdir.
İsmayıllı dövlət təbiət qoruğu - Qoruq Böyük Qafqazın cənub yamacının şərq
hissəsindəki təbiət komplekslərinin qorunub saxlanılması məqsədilə 1981-ci ildə
5778 hektar ərazidə yaradılmışdır. 2003-cü ilin iyun ayında qoruğun ərazisi 10,96
min hektar genişləndirilərək ümumi ərazisi 16,7 min hektara çatdırılmışdır.
Meşəlik əmələ gətirən ağac növləri əsasən fıstıq, vələs və palıd, qismən də
ağcaqayın, göyüş, cökə və s. ağaclardan ibarətdir. Onlardan üçüncü dövrə aid
şabalıdyarpaq palıd və qaraçöhrə Azərbaycanın "Qırmızı kitabı"na
daxil
edilmişdir. Qoruq ərazisində 170-ə yaxın onurğalı heyvan növü yaşayır. Burada 13
dəstəyə aid 104 quş növünə rast gəlmək olar. Məməlilərdən boz ayı, meşə pişiyi,
vaşaq, Qafqaz nəcib maralı, cüyür, qararaça, Dağıstan turu və s. heyvanlar yaşayır.
Qaragöl dövlət təbiət qoruğu - Qoruq 1987-ci ildə buzlaqlardan əmələ gəlmiş
dağ gölünün nadir ekoloji sisteminin və su hövzəsi ətrafı təbiət kompleksinin
qorunub saxlanılması məqsədilə 240 hektar ərazidə yaradılmışdır. Göl əsasən qar,
yağış və qismən də bulaq suları hesabına qidalanır. Qoruğun florasında 278 ailəyə,
68 cinsə və 100-dən artıq növə aid bitkilər təmsil edilmişdir. 1967-ci ildə gölə forel
balığı buraxılmışdır. Qaragöl dövlət təbiət qoruğu işgal altındadır
və qoruq rejimi
məhv edilmişdir.
İlisu dövlət təbiət qoruğu - Qoruq 1987-ci ildə 9,3
min hektar ərazidə Böyük
Qafqazın cənub yamaclarının təbii kompleksini, nadir və nəsli kəsilmək
təhlükəsində olan fauna və floranı qorumaq və artırmaq, meşələrin əvvəlki
vəziyyətini bərpa etmək, torpaqların eroziya və sel hadisələrinin qarşısını almaq
məqsədilə yaradılmışdır. Qoruqda 500 növ bitki vardır ki, onlardan 60-a yaxını
endemik növlərdir. Burada maral, cüyür, dağ kəli, çöl donuzu, dələ, qarapaça və s.
heyvanlar məskunlaşmışdır. 2003-cü ilin mart ayında İlisu dövlət təbiət qoruğunun
ərazisi 17381,6 hektara çatdırılmışdır.
Şahbuz dövlət təbiət qoruğu - 2003-ci ilin 16 iyun tarixində Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının
Şahbuz rayonunun inzibati ərazisinin 3139 hektar sahəsində yaradılmışdır. Batabat
ərazisində əsasən dağ çəmən landşaftı inkişaf etmişdir. Ərazinin florasının əsasını
dərman bitkiləri, palıd ağacları və s. faunasını - quşlardan Avropa tüvüyü, kəklik,
enliquyruq bülbül, məməlilərdən qonur ayı, porsuq, vaşaq və s. təşkil edir.
Eldar Şamı dövlət təbiət qoruğu - Azərbaycan Respubliukası Prezidentinin
2004-cü il 16 dekabr tarixli Sərəncamı ilə Samux rayonunun inzibati ərazisinin
1686 hektarında yaradılmışdır. Qoruğun yaradılmasında əsas məqsəd nadir və
109
endemik növ olan Eldar şamının və ardıc ağaclarının qorunub saxlanılmasıdır.
Eldar Şamı ərazisi (392 ha) 1967-ci ildən Göy-göl dövlət təbiət qoruğunun filialı
kimi fəaliyyət göstərmişdir.
Dostları ilə paylaş: