İnsan cəmiyyətinin inkişafı təbiətlə qarşılıqlı təmasda olmadan mümkün deyil


N                             0                              S



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə85/109
tarix08.04.2022
ölçüsü1,69 Mb.
#54989
1   ...   81   82   83   84   85   86   87   88   ...   109
umumi ekologiya

  N                             0                              S 


120 
 
  Doğrudur,bu  atmosfer sirkulyasiyasının sadə sxemidir.Çünki,atmosferdə    çoxlu 
sayda  digər  burulğan  təzahürləri  də  mövcuddur.Lakin,bu  sadə  Hadley  tsiklləri 
atmosferdəki  əsas  enerji  axınlarını  təsvir  etməklə  bərabər,həm  də  bütün  atmosfer 
və  okean  sirkulyasiyalarının  hərəkətverici  mühərriki  olan  istilik  maşınının  vacib 
elementidir.
 
    Bir sıra mütəxəssislərin qeyd  etdiyi kimi,fərz edək ki,ekvatorla qütblər arasın-
dakı temperatur fərqi yox olur və ekvatorda da digər yerlərdə olduğu kimi soyuq 
olur.Bu zaman Hadley tsiklinin əvəzinə yeni tsikl (Şək.1.3.) meydana çıxır.                       
Bu sxemdə, hava kütləsi şimalda yuxarı qalxır,cənuba doğru hərəkət edir,cənub 
qütbündə Yer səthinə enir və yenidən şimala doğru hərəkət edir. 
    BMT-nin  iqlqm  dəyişiklikləri  üzrə  1500  mütəxəssisi  tərəfindən  hazırlanmış 
məruzəsində  qeyd  olunur  ki,2100-cu  ildə  Yer  kürəsində  temperatur  4
0

yüksələcəkdir.Bu  zaman  atmosfe  və  okean  sirkulyasiyalarının  qeyd  olunan 
tsikllərinin pozulması nəticəsində baş verə biləcək ssenariləri belə şərh etmək olar: 
-Afrika  və  Asiyada  məhsuldarlıq  aşağı  düşəcək,Avropada  subasma  təhlükəsi 
artacaq,Avstraliya və Yeni Zelandiyada quraqlıq olacaq; 
-ABŞ-nın  şərq  sahilyanı  əraziləri  dağıdıcı  tufanlara,sahil  əraziləri  isə  erroziyaya 
məruz qalacaq; 
-Arktikanın buz örtüyü 15% azalacaq; 
-Antarktida sahillərində buz örtüyü 7...9% geri cəkiləcək; 
-Cənubi Amerika,Afrika,Çin və Tibet dağlarının tropik buz örtüyü əriyəcək; 
-Okeanlarda  suyun  səviyyəsi  1m  yüksələcək,ABŞ-nın  Atlantik  sahillərinin  böyük 
ərazisi,Çinin  bir  hissəsi,Maldiv,Seyşel,Marşal  adalarının  bir  hissəsi  və  Kuk  adası 
tamamilə su altında qalacaq; 
-Qış isti keçəcək,yayda istilər daha kəskinləşəcək; 
-Bitki örtüyünün üçdə bir hissəsi məhv olacaq və s. 
-  Hesablamalara  görə,XXI  əsrin  sonunda  Yerdə  eramızdan  50  əsr  əvvəlki 
temperatur  rejimi  bərqərar  olacaqdır.Lakin,burada  əsas  təhlükə  orta  temperaturun 
və 
Dünya 
okeanının 
səviyyəsinin 
dəyişməsində 
deyil,bu 
dəyişmənin 
sürətinin  yüksək  olmasındadır.Bu  da 
insanların  yeni  şəraitə  uyğunlaşmasını 
mümkünsüz edir. 
 

Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin