İnsan cəmiyyətinin inkişafı təbiətlə qarşılıqlı təmasda olmadan mümkün deyil



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə82/109
tarix08.04.2022
ölçüsü1,69 Mb.
#54989
1   ...   78   79   80   81   82   83   84   85   ...   109
umumi ekologiya

                                 
                                 1.3. “Energetik böhran” problemi 
 
    Müasir  dövrün  ən  kəskin  qlobal  ekoloji  problemlərindən  biri  də  “energetik 
böhran” problrmidir.  
    Əksər  hallarda  “energetik  böhran”  dedikdə,çoxları  bunu  enerjinin  çatışmazlığı 
kimi  başa  düşür.Əslində  isə  “enerji  böhranı”  insanlar  tərəfindən  həddindən  artıq 
enerji  istehlak  olunması  nəticəsində  biosferin  enerji  (istilik)  balansının 
pozulmasıdırş 
    Hazırda insanlığın enerji təlabatı 10
13
kVt təşkil edir.Bu təlabatın ödənilməsi isə 
əsasən  bərpa  olunmayan    yanacaq  ehtiyatlarının  (daş  kömür,neft,qaz  və 
s.)istifadəsinə əsaslanır.İnsanlar tərəfindən bərpa olunan enerjidən (Günəş,külək, 
geotermal,qabarma-çəkilmə,çayların  hidrogücü  və  s.)  istifadəsinin  həcmi  isə 
bundan  dəfələrlə  azdır (V.Q.Qarşkov,1990 ).     
    Bütün dünyada istehlak olunan enerjinin 95%-ə qədəri üzvi yanacaqların payına 
düşür.Ona görə də insanların energetik problemləri  birbaşa Yerin yanacaq-enerji 
potensialından asılıdır. 
    Üzvi yanacaq ehtiyatlarının böyük olmasına və enerji-qoruyucu texnologiyaların 
tətbiqinə  baxmayaraq    bu  ehtiyatlar  gec-tez  tükənəcəkdir.Hələ  1986-cı  ildə 
energetiklərin  Beynəlxalq  konqresində  qeyd  olunmuşdur  ki,  Dünyanın  daş  kömür 
ehtiyatları  430  ilə  ,  neft-35  ilə  və  təbii  qaz  ehtiyatları  50  ilə  çatacaqdır.  Bundan 
daha  artıq sürətlə  baş  verir. Məsələn, 1951-ci  ildən  1980-ci  ilə  qədər olan  dövrdə 
Dünya  əhalisinin  sayı  1,4  dəfə  artmasına  rəğmən,  daş  kömür  hasilatının  2,8  dəfə 
neft  hasilatının 16 dəfə  və  elektirik  enerjisi istehsalının13,1 dəfə  artırılması tələb 
olunmuşdur.  Lakin,V.Q.Qorşkovun  fikrincə,yaxınlaşan  energetik  böhran  enerji 
çatışmazlığından  deyil,biosferin  energetikasına  artan  antropogen  müdaxilə 
nəticəsində onun dayanıqlığına təhlükə yaranmasındadır.Yerin istilik balansı,onun 
səthinə düşən Günəş şüalanması və kosmik fəzada  infraqırmızı şüalanma şəklində 
istiliyin əks  olunaraq səpələnməsinin tarazlığı ilə müəyyən olunur. 


116 
 
    Günəşdən Yerə daxil olan şüalanma enerjisi 8,4Coul*sm
2
/dəq. təşkil edir.Bütün 
Yer  səthi    üçün  bu  kəmiyyət  6,7x10
18
Coul/dəq.  səviyyəsindədir.Bu  isə,il  ərzində 
Yerdə  yandırılan  bütün  daş  kömürün  enerjisindən  çoxdur.Daxil  olan  dısa  dalğalı 
şüa enerjisinin 35%-i Yer səthindən əks olunur,65%-i atmosfer,hidrosfer,torpaq və 
bitkilər tərəfindən udularaq uzun dalğalı şəklə trasformasiya olunur və əsas hissəsi 
istilik  kimi  kosmik  fəzaya  qayıdır.Hesablamalara  görə,Yer    kürəsi  Günəşdən  ildə 
63,8x10
16
kVt*saat enerji alır.Yerin təkcə quru hissəsinə düşən enerji Dünya enerji 
istehlakının səviyyəsindən 15-20min dəfə çozdur. 
    Bitkilərin  Günəşin  şüalanma  enerjisindən  istifadə  edərək  yaratdıqları  ilkin 
məhsulun  gücü  1x10
14
Vt/il-ə  bərabərdir.Təbii  ekosistemlərdə  ilkin  məhsul  əsasən 
heterotorf  orqanizmlər  tərəfindən  parçalanır  (üzvi  qalıqların  bir  hissəsi  çöküntü 
süxurlarında basdırılır) ki, bu da biosferin dayanıqlı fəaliyyəti üçün zəruri olan  
biotik  dövranı  qapayır.Yerin  quru  hissəsinin  ekosistemlərinin  məhsuldarlığının 
90%-ə  qədəri  redusentlər  (bakteriyalar,göbələk-saprofaqlar)  tərəfindən,10%-ə 
qədəri soxulcanlar,molyuskalar və buğumayaqlılar tərəfindən istehlak olunur.Bitki 
məhsuldarlığının  yalnız  1%-ə  qədəri insanlar  da daxil olmaqla,onurğalı heyvanlar 
tərəfindən istehlak olunur (Uitteker,1980).Məhz, bu nisbətdə ekosistemlər (biosfer) 
dayanıqlıdır. 
    V.Q.Qorşkovun  hesablamalarına  görə  müasir  biosferdə  insanlar  və  heyvanlar 
tərəfindən  yaradılan  kanala  1,6x10
13
Vt/il  enerji,yəni  bitkilərin  bütün  ilkin 
məhsuldarlığının 25%-ə qədərindən artıq enerji daxil olur.İnsan tərəfindən istehlak 
olunan  enerjinin  25  dəfə  artıq  olması  yalnız  Günəş  enerjisinin  hesabına 
deyil,əsasən  əlavə  enerji  ehtiyatlarının  hesabına  baş  verir.Əslində,bu  əlavə  enerji 
ehtiyatlarının  da  mənbəyi  Günəşin  şüalanma  enerjisidir.Yalnız  atom  enerjisinin 
mənbəyi günəş şüalanması deyil. 
    Qeyd olunduğu kimiGünəşdən Yer səthinə düşən istilik enerjisinin 99,9%-indən 
artıq  hissəsi  yenidən  kosmosa  qayıdır.Yalnız,bu  enerjinin  cüzi  bir  hissəsi  üzvi 
qalıqlar  şəklində  çöküntü  süxurlarında  basdırılır.Məhz,bu  üzvi  qalıqlar  yerin 
təkində  milyon  illər  ərzində  üzvi  yanacaqlara  (neft,qaz,kömür,torf  və 
s.)çevrilir.Məsələn,Şimal  yarımkürəsindəki  yataqlarda  daş  kömür  300...350mln.il 
öncə  yaranıb.Hazırda  məlum  olan  neft  yataqlarındakı  layların  yaşı  140mln.ildən 
çox  deyil.Ona  görə  də  K.A.Timiryazev  qeyd  edirdi  ki,yanacağın  yandırılması 
zamanı onlardan ayrılan (azad olan) kimyəvi enerji “Günəş konservlər”-idir.Onlar 
nə vaxtsa üədim bitkilər tərəfindən fotosintez prosesində Günəş şüalanmasının işıq 
enerjisinin 
bərpa 
olunmuş  karbon  və  hidrogenin  kimyəvi  enerjisinə 
konservləşmişdir. 
    Lakin,bu  gün  insanlar  yerin  dərin  qatlarında  yüz  milyonlarla  illər  ərzində 
toplanmış  bu  enerji  ehtiyatlarını  milyard  tonlarla  çıxararaq  istehlak 
edir.Məsələn,hesablamalara  görə,1970....1990-cı  illər  (30il)  ərzində  Dünyada 


117 
 
450mlrd.barrel  neft,90mlrd.t.  daş  kömür  və  11trln.m
3
  qaz  yandırılıb.Nəzərə  alaq 
ki,1kq şərti üzvi yanacnğın yanması zamanı 29,3MCoul ayrılır,onda,bu müddətdə 
ətraf  mühitə  ixrac  olunan  əlavə  enerjinin  miqdarını  təsəvvür  etmək  olar.Qeyd 
olunanlardan  isə  belə  qənaətə  gəlmək  olar  ki,bu  gün  kosmik  fəzaya  tələb 
olunandan daha artıq enerji əks olunur.Bu da Yerin istilik balansının pozulmasına 
və biosferin dayanıqlığının pozulmasına səbəb olur. 
     Bu  cür  pozuntulara  biosferin  nə  qədər  davam  gətirəcəyini  söyləmək  olduqca 
çətindir.Odur  ki,bütün  dünya  alim  və  mütəxəssisləri  vəziyyətdən  çıxış  yolu 
axtarırlar  və  müxtəlif  həll  yolları  təklif  edirlər.Məsələn,bir  çox  alimlər  hesab 
edirlər  ki,təbii-təsərrüfat  sistemlərində  biotik  dövranın  qapanmasını  təmin  etmək 
və  antropogen  istehlakı  saxlamaq  üçün  insanlar  10
15
Vt  gücündə  təbii 
ekosistemlərin analoqunu yaratmalıdırlar.Lakin,elmi-texniki tərəqqinin müasir  
səviyyəsi  bunu  tam  həyata  keçirməyə  imkan  vermir.Digər  mülahizələrə  görə,ən 
ağıllı variant”gözləmə” mövqeyi tutmaqdır.Yəni,belə hesab edielər ki,üzvi yanacq 
ehtiyatları  tam  tükəndikdən  sonra  vəziyyət  sabitləşəcəkdir.Ancaq,həmin  vaxta 
qədər biosferin buna tab gətirəcəyini əminliklə söyləmək olmaz. 
    Alimlər arasında belə bir deyim mövcuddur:”Təbiəti yalnız onun öz qanunlarına 
tabe  olmaqla  ram  etmək  olar”.Məhz  bu  mülahizədən  çıxış  edərək  belə  bir  təklif 
irəli  sürmək  olar:  biosferin  dayanıqlığını  və  Yerin  istilik  balansını  qorumaq  üçün 
mümkün  qədər  yerin  təkindən  çıxarılan  üzvi  yanacaqların  istifadəsini  minimuma 
endirmək,Günəşin şüalanma enerjisini birbaşa digər enerji növlərinə trasformasiya 
edən  çevricilərdən  istifadə  etmək  və  yerin  təkindən  çıxarılan  üzvi  yanacaqlara 
ekvivalent  miqdarda  üzvi  qalıqların    çöküntü  süxurlarında  basdırılması 
texnologiyasını  hazırlayaraq  tətbiq  etmək.Nəzərə  almaq  lazımdır  ki,hazırki 
miqyasda  artıq  enerjinin  istifadəsi  qeyri-məhdud  enerji  mənbələri    olsa  belə, 
biosferin daynıqlığını dağıdacaqdır.   
 

Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin