İnsan cəmiyyətinin inkişafı təbiətlə qarşılıqlı təmasda olmadan mümkün deyil


Qlobal istiləşmə və onun mümükün ssenariləri



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə83/109
tarix08.04.2022
ölçüsü1,69 Mb.
#54989
1   ...   79   80   81   82   83   84   85   86   ...   109
umumi ekologiya

            1.4.Qlobal istiləşmə və onun mümükün ssenariləri 
    Yer  səthinin  temperatur rejiminə bir neçə  mənbə təsir göstərir ki,  bunlardan  da 
ən  güclüsü  Günəş  şüalanmasıdır.Günəşdən  Yerə  infraqırmızı  şüalanma  şəklində 
düşən işıq və istilik selinin intensivliyi sabit olmaqla 1,95kal/sm
2
xdəq. təşkil edir. 
İkinci  mənbə  isə,planetin  daxili  istiliyidir  ki,  onun  da  mənşəyi  Günəşdir.Bu 
enerjini  Yer  Günəş  sistemində  yaranarkən  almış  və  planetin  nüvə  hissəsində 
parçalanma reaksiyası nəticəsində yaranmaqdadır. 
    Planetin  bütün  enerji  itkiləri  isə  Dünya  fəzasına  şüalanan    istilikdən 
ibarətdir.Digər  bütün  enerji  növləri  də  -  işıq,ultrabənövşəyi  və  rentgen  şüalanması 
enerjisi,kosmik  hissəciklərin  gətirdiyi  enerji  və  s.  –istilik  formasına  çevrilir  və 
yenidən  infraqırmızı  şüalanma  kimi  əks  olunur.Məhz,bu  nisbətdə  Yerin  qlobal 
temperaturu  nisbi  sabitliyini  saxlayır.Lakin,XX  əsrin  ikinci  yarısından  başlayaraq 


118 
 
energetikanın,sənayenin,nəqliyyatın 
və  s.güclü  inkişafı  və  Dünya 
əhalisinin  sürətli  artımı  nəticəsində 
bu  balansa  antropogen  təsirlər  də 
sürətlə  artmağa  başlamışdir.Bu  isə 
öz  növbəsində  atmosferin  yerüstü 
qatlarında 
temperaturun 
yüksəlməsinə  və  orta  planetar 
temperaturun artmasına,yəni, qlobal 
istiləşməyə rəvac verir. 
    Hələ, 
1962-ci 
ildə 
rus 
klimotoloqu  N.İ.Budıko  belə  bir 
fərziyə  irəli  sürmüşdür  ki,  insanlar 
tərəfindən  müxtəlif  yanacaqların 
külli 
miqdarda 
yandırılması 
nəticəsində 
atmosferdə 
karbon 
qazının 
miqdarının 
artması 
qaçılmazdır.Karbon  qazı  isə  Yer 
səthindən və dərinlik istiliyinin kosmosa  əks olunmasını ləngidir ki,bu da şüşə ilə 
örtülmüş  istixanada  müşahidə  etdiyimiz  effektə  səbəb  olur.Bu  effekt  nəticəsində 
isə atmosferin yerüstü qatının orta temperaturu tədricən yüksəlir. 
    N.İ.Budıkonun nəticələri amerikalı metereoloqları  maraqlandırmış və onlar XX 
əsrin 60-cı illərindən sonunda apardıqları müşahidə,tədqiqat və hesablamalarla Yer 
atmosferində” istixana effekti”-nin mövcudluğunu təsdiqləmişlər.          
    Mütəxəssislərin  rəyinə  görə  XX  əsrin  son  onilliyinin  üç  (1990,1995,  1997-ci 
illər)ili son 600 ildə ən isti illər olmuşdur.Bütövlükdə XXəsr isə son 1200 ildə ən 
isti  əsr  olmuş-dur.Bunun  əsas  səbəbi  isə  məhz,XX  əsrin  sonlarında  atmosferdə 
karbon  qazının  miqdarının  kəskin  (1,12  də-fə)  artmasıdır.Əgər,  bu  tendensiya 
dəyişməzsə,  atmosferdə  karbon  qazının  miqdarı  2020-ci  ilə  ikiqat  arta-caqdır.Bu 
isə üzvi yanacaqların is-tehlakının sürətlə artması ilə bağlıdır. 
    Hesablamalara  görə,sənaye,nəq-liyyat,İES  və  qızdırıcı  sistemlər  tərəfindən  ildə 
7mlrd.  tondan  artıq  karbon  qazı  və  ya  2mlrd.tondan  artıq  karbon  ixrac 
olunur.Statistik  məlumatlara  görə  üçüncü  dünya    ölkələrində  orta  hesabla 
adambaşına  ildə  0,5t,inkişaf  etmiş  ölkələrdə  isə  bundan  10  dəfədən  artıq  karbon 
qazı atmosferə ixrac olunur.ABŞ atmosferə ildə 1mlrd.200mln.t karbon qazı ixrac 
edir  ki,bu  da  Dünya  göstərricisinin  20%-ni  təşkil  edir.Bu  isə  ,  çəki  etibarilə  təbii 
mənbələr  tərəfindən  atmosferə  ixrac  olunan  və  bitkilər  tərəfindən  fotosintez 
prosesində  “bağlanılan”  karbonun    2%-ə  qədərini  təşkil  edir.Lakin,bu  əlavə  2% 
karbon  əhəmiyyətli  dərəcədə  təsir  göstərir  və  planetin  bitkiləri  tərəfindən 

Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin