İnsan cəmiyyətinin inkişafı təbiətlə qarşılıqlı təmasda olmadan mümkün deyil



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə94/109
tarix08.04.2022
ölçüsü1,69 Mb.
#54989
1   ...   90   91   92   93   94   95   96   97   ...   109
umumi ekologiya

                                   Atmosfer havasınm çirkiənməsi 
 
Atmosfer  havasının  çirklənməsi  dedikdə,  onun  tərkib  və  xassələrinin 
insanların və heyvanların sağlamlığna, bitki və ekosistemlərin vəziyyətinə neqetiv 
təsir göstərən istənilən dəyişiklikləri nəzərdə tutulur. 
Atmosfer çirklənmələri təbii və antropogen olmaqla iki qrupa bölünür. 
Atmosferin təbii çirklənməsi əsasən kosmik tozların hesabına baş verir. Kosmik 
tozlar  isə  atmosferdən  keçərkən  yanmış  meteoritlərin  qahqlqrından  əmələ  gəlir. 
Yerə ildə 2...5 mln. tona qədər belə toz düşür. Təbii tozlar yer atmosferinin daimi 
tərkib  hissəsidir.  Bunlar  əsasən  ıo - ıo -   sm  radiuslu,  havadan  asılı  hissəciklərdir. 
Təbii tozlar üzvi  və qeyri-üzvi  mənşəli olur. Onlar  əsasən dağ  süxurları, torpağın 
dağılaraq  külək  vasitəsilə  səpələnməsi,  vulkan  püskürməsi  və  sairə  nəticəsində 
yaranır. Digər mənbə isə susuz səhralardan atmosferə qalxan tozlardır. 
Atmosferin  antropoqen  çirklənmələri  isə  insanların  təsərrüfat  -  istehsalat  və 
istehlak fəaliyyəti nəticəsində baş verir. 
Antropogen çirklənmələr miqyasına görə yerli reqional və qlobal olur. 
Əsas atmosfer çirkləndiriciləri – kükürd 2-oksid (SO
2
), karbon oksid (CO) və 
bərk hissəciklərdir. Onların payına atmosfer çirkləndiricilərinin 98%-i düşür. Əsas 
çirkləndiricilərin illik həcmi 500 mln. tona qədərdir. 
Ən təhlükəli atmosfer çirklənməsi isə radioaktiv çirklənmədir. Məsələn, 
Xirosimaya atılmış atom bombası atmosferə 0,74 kq radionuklid səpmişdirsə, 
Çernobl atom elektrik stansiyasındakı texnogen qəza zamanı bu göstərici  77 kq  
olmuşdur. 


130 
 

Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin