İnsan cəmiyyətinin inkişafı təbiətlə qarşılıqlı təmasda olmadan mümkün deyil



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə76/109
tarix08.04.2022
ölçüsü1,69 Mb.
#54989
1   ...   72   73   74   75   76   77   78   79   ...   109
umumi ekologiya

LR – Least Concern(lc) (Az qayğı tələb edənlər)-«mühafizə altında olan»  və 
«nəsli kəsilmə təhlükəsinə yaxın olanlar»-a aid edilməyən taksonlar bu 
subkateqoriyaya aid edilir. 
DD – Data Deficient (Haqqında kifayət qədər məlumat olmayanlar)-hər-hansı bir 
kateqoriyaya aid edilməsi üçün haqqında kifayət qədər məlumat olmayan taksonlar 
aid edilir. 
NE – Not Evaluated (Qiymətləndirilməmişlər)-yeni təsnifatı aparılmamış 
taksonlar aid edilir. 
2007-ci ildə qəbul olunmuş bu təsnifata əsasən16 308 nəsli kəsilmə təhlükəli növ 
qeyd edilmişdir. 
    Nəsli kəsilməkdə olan növlər-sayının az olması və ya hansısa ətraf  mühit 
amilinin təsiri ilə yox olmaq təhlükəsinə məruz qalan bioloji növlərdir. 
    Qırmızı kitabdakı məlumatlar dinamik xarakter daşıyır. Qırmızı kitab əhali üçün 
informasiya mənbəyi olmaqla yanaşı həm də dövlət sənədidir. Bu kitaba daxil 
edilmiş bitki və heyvanları qanunsuz ovlayanlar və tələf edənlər müvafiq icra 
hakimiyyəti tərəfindən cəzalandırılır.  
    Qırmızı kitabdan başqa yüzlərlə bioloji növlərin ovlanması və ticarəti 
ölkələrarası və beynəlxalq müqavilələrə əsasən, məhdud və ya tamam qadağan 
edilmişdir. Bu müqavilələrin bir çoxuna Azərbaycan Respubilkası da qoşulmuşdur. 
    Beynəlxalq Qırmızı kitaba daxil edilmiş bitki və heyvanlar üzərində Beynəlxalq 
ictimai təşkilatların rəhbərliyi altında monitorinq təşkil edilir və onun nəticələrinə 
uyğun tədbirlər həyata keçirilir. Milli Qırmızı kitaba daxil edilən bioloji növlər 
konkret dövlət tərəfindən nəzarət altına alınır və onların populyasiyasının optimal 
sıxlığını bərpa etmək üçün tədbirlər həyata keçirilir.  
  
 
    Dünyanın əksər ölkələrində bu növlərin müdafiəsini təmin edən qanunlar 
var.Məsələn,bu heyvanların ovlanmasının qadağan edilməsi,torpaqların 
mənimsənilməsinin məhdudlaşdırılması,qoruq və yasaqların yaradılması və s. 
Faktiki olaraq,nəsli kəsilmək təhlükəsinə məruz qalan növlərin çox az bir qismi 
hüquqi müdafiə ilə təmin olunur.Nəsli kəsilən növlərin çoxu ictimaiyyət tərəfindən 
heç bir qayğı görmədən məhv olur.Son 150 il ərzində nəsli kəsilən növlərin sayının 
artması narahatlıq üçün əsas verir.Növlərin nəslinin kəsilməsinin cari sürəti Yer 
tarixində əvvəlki dövrlərdə olan kütləvi məhvolmalardan 10...100 dəfə artıqdır. 
Əgər,nəsil kəsilmənin bu tempi saxlanılarsa və ya sürətlənərsə,onda yaxın 
onilliklərdə nəsli kəsilmiş növlərin sayı milyonlarla ola bilər.  


103 
 
    Növlərin nəslinin kəsilməsi barədə narahatçılığa dörd əsas səbəb var: 
-bioloji varlıq kimi növlərin yox olması; 
-ekosistemlərin destabilizasiyası; 
-digər növlərə təhlükə yaranması; 
-əvəzolunmaz genetik materialın itirilməsi. 
    Növlərin nəslinin kəsilməsi həm təbii zənginliklərin azalması kimi,həm də,təbii 
ətraf mühiti qoruyub saxlamağın insanların  borcu olduğuna inananlar üçün mənəvi 
problem kimi çox vacib bir amildlr. 
    Qida zəncirinin  hər-hansı  bir həlqəsi ekosistemdən yox olduqda destabilizasiya 
daha aşkar görünür.Əksər hallarda bir novün nəsli kəsildikdə digər bir növün 
populyasiyasının sayının dəyişməsi baş verir.Ola bilər ki,ekosistemin dəyişməsi 
nəzərəçarpan və dönməz olsun. 
    Dördüncü səbəb,bəşəriyyət üçün daha həssas və ən vacib məsələdir.Hər bir növ 
müxtəlifliyi öz DNT-sində nadir genetik material daşıyır və onlarda olan genetik 
təlimata uyğun olaraq unikal kimyəvi birləşmələr istehsal edir.Məsələn,mərkəzi 
Çin vadilərində artemizinin maddəsinin yeganə mənbəyi olan şirin qamış bitir. 
Artemizinin isə,malyariya (qızdırma) xəstəliyinin müalicəsində 100% səmərəlidir 
(Jonietz,2006).Əgər,bu bitki məhv olarsa,onda malyariya xəstəliyinə nəzarət də 
zəifləyər.Növlərin nəslinin kəsilməsi ilə hələ kəşv olunmamış bir çox birləşmələr 
də yox ola bilər.   
    Növlərin mühafizə statusu,həmin növün gələcəkdə öz mövcudluğunu davam 
etdirməsinin dürüst indiqatorudur.Növə mühafizə statusu verilərkən çoxsaylı 
amillər nəzərə alınır:növün mövcud nümayəndələrinin sayı və bu sayın dəyişmə 
(azalma və ya artma) tendensiyası,artıb-törəmənin müvəffəqiyyət dərəcəsi, 
ekosistemlərdə həmin növün fərdlərinin nörmal sayı ,harada yaçaması,məlum 
təhlükəli amillər,növün nəslini davam etdirməsinə şərait yaradan amillər və s. 
    Nəsli kəsilməkdə olan növlər haqqında qanunların bəziləri də mübahisəlidir. 
Mübahisə doğuran məsələlər isə bunlardır:Növün «Nəsli kəsilmə həddinə çatanlar» 
siyahısına salınması üçün tətbiq olunan qiymətləndirmə meyarları;əgər növün 
populyasiyası bərpa olunmuşdursa,onun «Nəsli kəsilmə həddinə çatanlar» 
siyahısından çıxarılması üçün tətbiq olunan qiymətləndirmə meyarları;yeni 
torpaqların mənimsənilməsinə hökumət səviyyəsində məhdudiyyətin qoyulmasına 
ehtiyac olub-olmaması; torpağın fərdi mülkiyyətçilərinə kompensasiyanın 
ödənilməsi lazımdırmı;mühafizə haqqında qanunlara mənqiqə uyğun istisnaların 
edilməsi.  
    Bəzən,elə hallar  olur ki,Qırmızı kitaba adı düşən növ kolleksionerlərin və 
brakonyerlərin ən arzuolunan obyektinə çevrilirlər.Növ Qırmızı kitaba salınarkən 
yaranan digər effekt ondan ibarətdir ki,öz torpaqlarının qiymətdən düşməsini görən 
torpaq mülkiyyətçisi bu heyvanları sakitcə qırmaqla onlardan qurtulmağa üsrünlük 


104 
 
verir,ya da onların məskunlaşma mühitini dağıtmaqla öz torpaqlarında problemdən 
azad olur. 
    Qədim dövrlərdə növlərin nəslinin kəsilməsi təbii proseslərin nəticəsi ola bilərdi. 
Lakin,müasir  dövrdə növlərin nəslinin kəsilməsi tamamilə fərqlidir. Keçmişdə baş 
vermiş halları göy cisimləri ilə toqquşma,yüksək vulkanik fəallıq, tektonik layların 
hərəkəti,iqlim dəyişmələri və s. kimi fiziki səbəblərlədən baş verə bilərdi. Növlərin 
nəslinin kəsilməsinin cari dövrü insanlarla bağlıdır.  
 
               Azərbaycan Respublikasının «Qırmızı Kitab»ı 
Azərbaycan Respublikasının «Qırmızı Kitab»ı nadir və nəsli kəsilmək təhlükəsi 
olan vəhşi heyvan və yabanı bitki növlərinin vəziyyəti haqqında rəsmi dövlət 
sənədidir. O, Respublikanın bütün ərazisində, o cümlədən Xəzər dənizinin 
(gölünün) Azərbaycan Respublikasına mənsub olan sektorunda heyvan və bitki 
növlərinin vəziyyəti, yayılması və mühafizəsi tədbirləri haqqında məlumatları 
özündə əks etdirir. 
    Mövcud «Qırmızı Kitab» 6 hissədən ibarətdir və özündə nadir və nəsli kəsilmək 
təhlükəsi olan 14 məməli növü, 36 quş növü, 5 balıq növü, 13 amfibi və reptili 
növü, 40 həşərat növü və 140 bitki növü haqda məlumatı əks etdirir. 
     Respublika "Qırmızı Kitab”ına fauna və flora növləri 2 kateqoriya üzrə daxil 
edilmişdir: yoxa çıxmaq təhlükəsi olan və nadir növlər. Birinci kateqoriyaya bir 
sıra mənfi amillərin təsiri nəticəsində (tələf olması və yaşadığı yerlərin 
dağıdılması) sayı və arealı əhəmiyyətli dərəcədə azalan və böhran səviyyəsinə 
çatan növlər daxildir. Sayı azalmağa doğru meyl edən və kiçik sahələrdə rast 
gəlinənən növlər isə nadir növlərə aiddir. Az öyrənilmiş, təbiətdə sayı və ehtiyatları 
haqqında lazımı məlumat olmayan, onların mühafizəsinin təşkili işində müəyyən 
çətinliklər törədən heyvan və bitki növləri də nadir növlər hesab olunur. 
Qanunvericiliyə əsasən Azərbaycan Respublikasının “Qırmızı Kitabı”nın hər 10 
ildən bir çap olunması nəzərdə tutulmuşdur. “Qırmızı Kitab”ın I nəşri 1989-cu ildə 
həyata keçirilmiş, və bu kitabın yeni II nəşrinin aparılması zərurəti yaranmışdır. 
    Azərbaycan Respublikası Prezidentinin 24 mart 2006-cı il 1368 №-li Sərəncamı 
ilə “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı 
istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı” təsdiq edilmiş, onun 1.1.3-cü 
bəndində 2009-cu ildə “Qırmızı Kitab”ın II nəşri nəzərdə tutulmuşdur. Bu 
məqsədlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2006-cı il 12 aprel tarixli 
189/Ü nömrəli əmri ilə elmi təşkilatların nümayəndələrinin iştirakı ilə Redaksiya 
Heyəti yaradılmışdır. 
     Hazırda Milli Elmlər Akademiyasının müvafiq institutları ilə birgə Ekologiya 
və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Qırmızı Kitab”ın II nəşrinin hazırlanması 
istiqamətində müvaviq tədbirlər həyata keçirilir. Alimlər öyrənmişlər ki, 1600-cü 


105 
 
ildən bəri 150-dən çox vəhşi heyvanların və quşların nəsli tamamilə kəsilmişdir. 
Respublikamızın “Qırmızı kitab”ının tərtib olunması üçün 1977-ci ildə qərar 
verilmişdir. Kitab 1989-cu ildə nəşr olunmuşdur. Bitki və heyvanların “Qırmızı 
kitab”a düşməsi onların sayının azalmasının qarşısını xeyli almışdır. 
Respublikamızın “Təbiət gözəli” olan ceyranların sayı indi artaraq 8 min başa 
çatmışdır. Adı “Qırmızı kitab”a düşən bir çox bitki və heyvanlar isə ciddi surətdə 
qorunur. Dünyada 20 minə kimi bitki növünün yığılması qadağan olunmuşdur. 600 
heyvan növünün qırılmaq təhlükəsi var. 
                                     Qırmızı kitaba düşmüş bitkilər 
Hirkan şümşadı                       Dəmirağac                   Şabalıdyarpaq palıd 
Hirkan ənciri                           Hirkan armudu            Xəzər lələyi 
İkək akasiyası                         Qafqaz xurması            Ürəkyarpaqlı qızılağac 
Budaqlı danaya                       Hirkan bigəvəri            Eldar şamı 
Qafqaz rododendron               Çoban sarmaşığı           Laqodex acıçiçəyi 
Təmiz kladoxeta                     Qaraçöhrə                     Şərg çinarı 
Qafqaz xədicəgülü                  Məxməri gərməşov       Naxçıvan gəvəni 
Araz palıdı                              Xəzər zəfəranı               Su zanbağı 
Qafqaz dəmirağacı 
                                  Qırmızı kitaba düşmüş heyvanlar 
Talış qırqovulu                       Hirkan arıquşu               Qara leylək 
Qıvrımlələk qutan                  Mərmər cürə                   Ağquyruq Dəniz qartalı 
Məzar qartalı                          Berkut                             Laçın 
Turac                                      Forel balığı                     Təkə 
Köpgər (qaranaca)                  Muflon                            Qafqaz tetrası 
Qafqaz uları                          Bəbir                                 Çöl qartalı 
Ardıc ağıriyli                        Şahin                                 Toğlugötürən 
Çəhrayı qutan                       Bəzgək                               Dovdaq 
Sultan toyuğu                       Ərsindimdik                      Qızılqaz 
Qırmızıdöş qaz                     Fısıldayan qu                     Kiçik qu 
Ceyran                                  Çökəkburun cüllüt             Ağquyruq çökəkburun 
Çöl haçaquyruq cüllütü        Turan pələngi                     Göl pişiyi 
Ön Asiya bəbiri                    Zaqafqaziya dağ qoyunu    Zaqafqaziya bezoar keçisi 
Zaqafqaziya qonur ayısı       Zolaqlı kaftar                      Vaşaq 
Manul pişiyi                         Adi uzunqanad                    Cənub nalburnu 
Enliqulaq bükükdodaq         Sarıqlı safsar                       Suriya sarımsaq qurbağası 
Adi triton                              Daraqlı triton                      Adi (boz) quru qurbağası 
Kiçik Asiya gürzəsi              Eskilon ilan                        Zaqafqaziya təlxəsi 
Aralıq dənizi tısbağası          Xarabalıq kələzi                 Qızılı mabuya 
Zolaqlı çılpaqgöz                 Ox-ilan                                Zaqafqaziya takır girdəbaşı 


106 
 
Ağ durna                              Baloban                               Toğlugötürən 
Şahin                                    Cek                                      Çay qaraquşu 
İlanyeyən                             Xəzər uları                           Tetraçalan 
Türküstan tüviki                  Qaraqarın bağrıqara             Ağboğaz bülbül 
Səhra qar quşu                     Dağ keçisi                             İncədimdik kronşnep  
 
 

Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin