İkinci qrup prinsipinə aşağıdakılar aid edilir:
a) hər hansı bir əsas, vaxtı çatmış vəzifələrin, problemlərin həlli üçün işçilərin səyinin təmərküzləşməsi, istiqamətləndirilməsi prinsipi;
b) heyətin idarə edilməsi sistemində funksional əmək bölgüsünü nəzərə ixtisaslaşma prinsipi;
v) heyətin idarə edilməsi sisteminin təşkilatm dəyişilən məqsəd və iş şəraitinə adaptivlik (çeviklik) prinsipi və s.
Heyətin idarə edilməsinin funksiyaları. Həmin funksiyalar aşağıdakılardan ibarətdir:
1. İşçilərin seçilməsi, qiymətləndirilməsi və işə qəbul edilməsi; 2. İşçilərin əməyə uyğunlaşdırılması, təlimlənməsi və ixtisasının yüksəldilməsi; 3. Heyətin yaradıcı əməyinin motivləşdirilməsi; 4. Karyeranın planlaşdırılması; 5. Heyətin fəaliyyətinə inteqrativ qaydada ümumi rəhbərlik; 6. Heyətin fəaliyyəti ilə bağlı xərclərin (əməyin ödənilməsi, təhsili, sosial xərçlər və s.) idarə edilməsi; 7. İş yerlərinin, əmək fəaliyyətinin təşkili; 8. Heyətin marketinqi (yüksək ixtisaslı işçilərə, menecerlərə tələbatı müəyyən etmə); 9. Fəaliyyətin nəticələrini qiymətləndirmə; 10. Heyət fəaliyyəti üzərində nəzarət, əmək intizamını təmin etmə, münaqişələri tənzimləmə. 11. Heyətin sosial təminatı və hüququ tənzimlənməsi və s.
Dostları ilə paylaş: |