Təşkilatlarda işçi heyətinin idarə edilməsi sisteminin qurulması prinsipləri. İşçi heyətinin idarə edilməsi sisteminin qurulması prinsipləri həm universal və həm də konkret, spesifik (konkret şəraitə uyğun gələn) səciyyə daşıyır. Ayrı - ayrı ədəbiyyatlarda heyətin idarə edilməsi sisteminin qurulması prinsipləri müxtəlif qaydada təsnifata ayrılır. N.A.Solomatin bu prinsipləri əsasən aşağıdakı iki böyük qrupa ayırır.
1) heyətin idarə edilməsi sisteminin formalaşmasına olan tələbləri səciyyələndirən prinsiplər; 2) heyətin inkişafının əsas istiqamətlərinin idarə edilməsi sistemini müəyyən edən prinsiplər.