İşçi heyətinin idarə edilməsinin bir çox yarım sistemləri vardır.
Bir qayda olaraq 1-ci yarım sistemə kadrların işə düzəlməsi, işdən getməsi, yerdəyişməsi, kadrların idarəetmə sisteminin informasiya təminatı, peşə meyli, məşğuliyyətin təmin edilməsi, 2- ci yarım sistemə texniki, iqtisadi təlim, kadrların yenidən hazırlanması və ixtisasının artırılması, kadrların ehtiyatları ilə aparılan iş, işgüzar gələcək, mənsəbin (karyeranın) planlaşdırılması və ona nəzarət, yeni işçilərin əməyə sistemli uyğunlaşması, 3-cü yarım sistemə heyətin idarə edilməsi strategiyasının hazırlanması, kadrlar potensialının təhlili, heyətə olan tələbatın planlaşdırılması və proqnozlaşdırılması, əmək bazarının təhlil edilməsi, kadrların qiymətləndirilməsi və s. Daxildir.
Yuxarıda göstərilən üç vacib yarım sistemlərdən başqa işçi heyətinin idarə edilməsinin hüquqi xidmət yarım sistemi (heyətin idarə edilməsi, əmək münasibətləri üzrə hüquqi sənədlər sistemi), idarəetmənin təşkilatı strukturu yarım sistemi (təşkilatı strukturunun təhlili, bu strukturun layihələndirilməsi, ştat cədvəlinin hazırlanması, yeni strukturun qurulması), əmək şəraiti yarım sistemi (psixofızioloji erqonomik tələblərə, texniki estetika, texniki təhlükəsizlik tələblərə və qaydalarına əməl etmə), əmək münasibətləri yarım sistemi (qrup və şəxsi qarşılıqlı münasibətlərin, rəhbərlik - tabeçilik münasibətlərin təhlili, əmək - istehsal münaqişə və streslərin idarə edilməsi, sosial - psixoloji diaqnostika, etik normalara əməl etmə), və s. də vardır.