1. Pedaqoji proses tam olmalıdır. Pedaqoji prosesdə təlim məqsədləri
kompleks (öyrədici, inkişafetdirici, tərbiyəedici) həyata keçirilir, real nəticələrlə
yekunlaşan müəllim və şagird fəaliyyətini əhatə edir.
2. Şagirdlərə azad təlim imkanları verilməlidir. Təlim prosesi bütün
şagirdlərə eyni təlim şəraiti yaratmaqla müstəqil olaraq arayıb-axtarmaq, bilik əldə
etmək, təcrübələr keçirmək, müşahidə etmək, nəticələri qiymətləndirmək imkanı,
şəraiti yaratmalıdır. Pedoqoji proses onların potensial imkanlarını nəzərə almaqla
tənzimlənir. Təlim prosesi motivasiya yaradıcı olmalıdır. Tədris materialının
öyrənilməsinə şagirdlərdə maraq yaradılmalı öyrənmənin məqsədi aydın olmalıdır.
3. Təlim və tədris işi şagirdlərin həm müstəqil, həm də yoldaşları ilə birlikdə,
əməkdaşlıqla fəaliyyət göstərməsini stimullaşdırmalıdır.
Pedoqoji prosesin səmərəli effektiv qurulması, şagirdlərin təlimə marağının
artırılması üçün onların fəaliyyətindəki bütün irəliləyişlər qeyd
olunur və dəyərləndirilir, nəticə etibarı ilə şagirdlərin daha uğurlu təlim
nəticələri əldə etməsinə istiqamətləndirilməsi təmin edilir.
Dostları ilə paylaş: |