İnstitutu



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə44/78
tarix02.01.2022
ölçüsü1,26 Mb.
#40219
1   ...   40   41   42   43   44   45   46   47   ...   78
5 Kimya-kurikulum(1)

Əməkdaşlıqla (kollektiv) təlim texnologiyası:  

 

 

 

 

 

Bu  təlim  texnologiyasında  əsas  ideya  nəyi  isə  birlikdə  yerinə  yetirmək  yox, 

birlikdə  öyrənməkdir.  Əməkdaşlıqla  təlim  texnologiyasında  tədris  materialını 

şagirdlər  əsasən  qruplar  və  cütlər  halında  öyrənirlər.  Şagird  qrupları  və  cütlərinin 

işi üç cür təşkil oluna bilər: 

        1.Statik  cütlər  -  könüllü  olaraq  iki  şagird  birlikdə  işləyir,  onlardan  biri 

«öyrədən», o biri «öyrənən» rolunu oynayır və növbə ilə öz rollarını dəyişdirirlər. 



 

 

36 



Bu cütlər iki orta qüvvəli, iki qüvvəli, bir zəif və bir qüvvəli şagirdlərdən ibarət ola 

bilər. Onlar birlikdə işləməyə öz razılığını bildirməlidirlər. 

       2.Dinamik  cütlər  -  dörd  şagird  eyni  bir  tapşırığı  öyrənir,  yerinə  yetirir. 

Tapşırıq  dörd  hissəyə  bölünür.  Bu  hissələri  ayrı-ayrı  şagirdlər  öyrənir,  sonra  onu 

üç  partnyoru  ilə  ayrılıqda  müzakirə  edir  və  müzakirə  zamanı  yoldaşının 

səviyyəsini, fərdi xüsusiyyətlərini nəzərə alır. 

       3.Variasiyalı cütlər  -  qrupun  hər  üzvü  öz tapşırığını alır, onu  yerinə  yetirir  və 

müəllimlə  birlikdə  təhlil  edir,  sonra  o  biri  üç  yoldaşına  öz  gördüyü  işi  danışır, 

onlara  bu  barədə  ətraflı  məlumat  verir.  Beləliklə,  şagirdlərin  dördü  də  ümumi  bir 

məsələnin (problemin) hissələrini bütövlükdə mənimsəyir. 

Göründüyü  kimi  qruplarda  və  cütlərdə  şagirdlərin  fəaliyyəti  onların 

müstəqilliyinin  və  kommunikativ  bacarıqlarının  inkişaf  etməsinə  imkan  yaradır, 

həmçinin tədris materialının daha yaxşı yadda saxlanmasını təmin edir. 

Əməkdaşlıqla təlim texnologiyası müxtəlif metodlarla reallaşdırılır. Onlardan 

kimyanın tədrisində tətbiq oluna biləcək bir neçəsini nəzərdən keçirək: 

1) 


Komandalarda  (qruplarda)  təlim  metodu.  Bu  metodda  qrupun  bütün 

üzvləri  bir  mövzu    üzərində,  yoldaşları  ilə  əlaqəli  şəkildə  işləyir, 

birlikdə qarşıya qoyulan məqsədə nail olmağa çalışırlar. Tapşırıqlar və 

onların  yerinə  yetirilməsinə  verilən  vaxt  müxtəlif  olur.  Komandalar 

bir-biri  ilə  yarışmırlar,  onlar  müxtəlif  müddətdə  müxtəlif  tapşırıqlara 

cavab  hazırlayırlar.  Hazırlanmış  cavablar  siniflə  birlikdə  müzakirə 

olunur.  İşin  sonunda  hər  qrupa  bal  verilir,  toplanmış  bala  görə 

əvvəlcədən  hazırlanmış  mükafat,  sertifikat,  fərqlənmə  nişanı  və  s.  də 

verilə bilər. Hər bir komandanın müvəffəqiyyəti onun üzvlərinin fərdi 

məsuliyyəti və çalışqanlığı ilə bağlıdır.  

2) 

Buna görə də komandanın bütün üzvləri çalışırlar ki, qrupdakı hər bir 



adam verilən tapşırığın materiallarınını yaxşı mənimsəyə bilsin. 

«Komandalarda  təlim  metodu»  ilə  iki  variantda  aparılan  dərsin  gedişini 

izləyək: 

a)  Kiçık  qruplarda  (4  nəfərlik)  əməkdaşlıqla  təlim  üsulunda  müəllim  yeni 

tədris  materialını  şərh  edir,  sonra  onu  möhkəmləndirmək  üçün  qruplara 

tapşırıqlar  verir.  Qruplarda  hər  şagird  tapşırığın  müəyyən  hissəsinə  cavab 

hazırlayır.  Nəticələr  qrup  daxilində  müzakirə  edilir,  cavablar 

dəqiqləşdirilir.  Sonra  tapşırıqların  yerinə  yetirilməsi  müəllimlə,  bütün 

siniflə  birlikdə  müzakirəyə  çıxarılır.  Əgər  bütün  qruplara  eyni  tapşırıq 

verilibsə  müzakirə  hamı  üçün  ümumi  olur.  Qruplara  fərqli  tapşırıqlar 

verildikdə  isə  hər  qrupla  ayrılıqda  müzakirə  keçirilir.  Bütün  qruplar 

müzakirədə  iştirak  edir,  lazım  gəldikdə  cavabların  dəqiqləşməsi  üçün  öz 

təkliflərini  verirlər.  Qrupların  tədris  materialını  mənimsədiyi  məlum 

olduqdan sonra bütün şagirdlərə test sualları paylanır və hər bir şagird test 

suallarına fərdi şəkildə cavab yazır. Zəif və qüvvəli şagirdlərin suallarının 

çətinlik dərəcəsi fərqli olur.  

Qruplara  qiymət  çıxarıldıqda  hər  qrupun  üzvlərinin  topladığı  ballar  cəmlənir 

və elan olunur. 




 

 

37 



b)  Qruplarda  (komandalarda)  oyun  fəaliyyəti  ilə  təlimin  təşkili  -  əvvəlki 

variantda  olduğu  kimi  müəllim  əvvəlcə  yeni  tədris  materialını  şərh  edir,  sonra 

qruplarda  bilik  və  bacarıqların  möhkəmləndirilməsi  aparılır.  Lakin  burada  təlim 

nəticələri  şagirdlərin  fərdi  olaraq  test  suallarına  cavab  verməsi  ilə  deyil,  qruplar 

(komandalar)  arasında  yarışmalar  təşkil  edilməsi  ilə  yoxlanır.  Belə  yarışmalar 

yekunlaşdırıcı dərslərdə və vaxtaşırı başqa dərslərdə təşkil oluna bilər. Bunun üçün 

«turnir  stolları»  qoyulur,  ayrı-ayrı  stolların  arxasında  hər  komandadan  üç  nəfər  - 

zəif,  orta  qüvvəli  və  qüvvəli  şagirdlər  biri-biri  ilə  yarışırlar.  Onlar  növbə  ilə  bir-

birinə  yazılı  şəkildə  suallar  verir  və  cavab  alırlar.  Suallar  həm  nəzəri,  həm  də 

praktik (məsələ və çalışma həlli, qrafik qurmaq, reaksiya tənliyi yazmaq və s.) ola 

bilər.  Müəllim  və  üç  nəfərdən  ibarət  münsiflər  heyəti  verilən  sualları,  alınan 

cavabları  izləyir,  onların  doğruluq  dərəcəsinə  aid  qeydlər  aparır  və 

qiymətləndirirlər.  Hər  stolun  iştirakçılarının  qazandığı  ballar  tpolanır,  qrupun 

(komandanın)  adına  yazılır.  Toplanmış  balların  nəticəsinə  görə  komandalara  yer 

verilir  və  buna  müvafiq  olaraq  mükafatlandırılır.  Mükafat  müəllimin  xoş  sözləri, 

sinfin  topladığı  vəsait  (və  ya  məktəbin  valideyn  fondu)  hesabına  alınan  müxtəlif 

emblemlər, kitablar və s. ola bilər. 

Tədris  bölmələrinə  aid  keçirilən  testlər  də  fərdi  şəkildə  cavablandırılır.  Hər 

həftə  müəllim  sinifdə  və  evdə  qrupların  gördüyü  işlərin  miqdarı  və  keyfiyyəti 

barədə qeydiyyat aparır. 

3) 


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin