texnikalarından (üsullarından) istifadə edilməsi məqsədəuyğun hesab edilir:
Problemli şərh
Muzakirə
Əqli hücum
Tədqiqatı aparılması
BİBÖ
Klaster (şaxələndirmə)
Modelləşdirmə
Alqoritm
Təqdimat(nümayiş)
Venn diaqramı
Qruplara bölünmə
Modelləşdirmə
Evristik müsahibə
Bunlardan bəzilərinin məzmunu ilə tanış olaq.
Müzakirə (disskussiya) şagirdlərdə məlumat və ideyaların təşkil olunması,
fərqli
və oxşar cəhətlərin
müqayisə edilməsi, anlayış və ideyaların
aydınlaşdırılması, yoxlanılması, problemlərin həlli yollarına dair alternativ
fikirlərin əsaslandırılması, proqnozların verilməsi, informasiyanın həyati
əhəmiyyətinin üzə çıxarılması, təklif və tətbiq edilməsi imkanlarının araşdırılması
və s məqsədi ilə həyata keçirilən fikir mübadiləsi müzakirə üsuluunun tərkib
hissəsidir.
Müzakirələr və ya disskussiyalar şagirdlərin dərs prosesində; a) bir- biri və
müəllim ilə qarşılıqlı ünsiyyətinə yardım göstərir, b) informasiyanın təhlili üçün
açıq mühüt yaradır, c)məsələnin öyrənilməsində alternativ fikirlər söyləməyə
təkan verir, d) informasiyaların görünməyən tərəfləri barədə düşünməyə məcbur
edir, e) şagirdlərin hüquq bərabərliyini təmin edərək, demoktarik mühüt yaradır, ə)
şagirdləri passiv dinləyicilərdən aktiv iştirakçıya çevirir.
Müzakirəni tətbiq etməyə hazırlaşan müəllim ilk növbədə müzakirə
qaydalarını şagirdlərə xatırlatmalıdır.
Şagirdlər disskusiya mədəniyyətinin vacib və geniş bir məsələ olduğunu dərk
etməli ,başqalarının fikirlərinə dözümlü yanaşmanın demokratik ənənələrin əsas
sütunu olmasını başa düşməlidirlər. Müzakirənin təşkil edilməsində aşağıdakıları
nəzərdən qaçırmaq olmaz.
1.İlk növbədə müzakirə (disskusiya) qaydaları tərtib edilməlidir. Bu qaydalar
dərs ilinin əvvəlində sinif şagirdlərinin ümumi razılığı ilə qəbul edilməlidir:
- eyni vaxda yalnız bir nəfər danışmalıdır;
46
- danışanı diqqətlə dinləmək , ona cavabı yalnız nitqi tamamladıqdan sonra
vermək olar;
- tənqid yalnız danışanın fikirinə yönəlməlidir;
-vaxt nəzərə alınmalıdır;
- söz üçün icazə istənilməlidir;
Qaydalar iri vərəqdə yazılmalı və divarda görünən yerdə asılmaldır.
2. Sinifdə şagirdlərin müzakirə üçün münasib formada oturmasına (dairəvi,
yarımdairəvi, üz-üzə və s ) nail olunmalıdır.
3. Müzakirə üçün mövzunun adı ilk baxışdan sadə, şagirdin başa düşəcəyi
şəkildə təqdim edilməlidir.
4.Müzakirə “nə baş verdi?, “nə üçün baş verdi?”, “Bu haqda siz nə
düşünürsünüz?”, “başqa cür ola bilərmi?” və s kimi inkşafetdirici
suallar verməklə başlayır. Disskusiyanı davam etdirmək üçün şagirdlərin
verdiyi cavablar diqqətlə dinlənilməlidir. Diskussiyanın
gedişinin düzgün qiymətləndirilməsi də onun müvəffəqiyyətlə həyata
keçirilməsinə təsir edən amillərdən biridir.
Müəllim şagirdlərin:
– düzgün, əsaslandırılmış fikirlərinə, sanballı dəlillərinə diqqət yetirməlidir.
– fikirləri ümumiləşdirərkən, yekun vurarkən müzakirələrdə iştirak edən
şagirdlərin fikirindən nümunələr gətirməli, onlara qarşı diqqətli olmaldır.
- söylənilən fikirlərə səbirlə qulaq asmalı, fikirlər səhv olduqda belə şagirdin
sözünü kəsməməli, digər şagirdlərdən həmin fikrə qarşı hansı münasibətdə
olduqlarını soruşmalı və sonda özünün düzgün mülahizələrini söyləməlidir.
Dostları ilə paylaş: |