«Mişar» yanaşma metodu. Bu metodla işin təşkili zamanı 4-5 nəfərlik
qruplar təşkil olunur və bütün qruplar eyni tapşırıq alır, nəticə
etibarilə hamı eyni tədris materialını öyrənir. Lakin bu metodda hər
qrupdan bir nəfər fəal şagird seçilir və ona ümumi tapşırığın bir
hissəsini ətraflı öyrənmək həvalə olunur. Həmin şagird-ekspertlər bir
yerə toplanaraq öyrəndiklərini biri-birinə danışırlar. Ümumi tapşırığı
tam mənimsəmiş bu şagirdlər öz qruplarına qayıdaraq yoldaşlarını
məlumatlandırır, onların da tədris materialını yaxşı mənimsəməsinə
çalışır.
Nəzərdən keçirilən bu təlim metodlarında müəllim şagirdlərin idraki,
tədqiqatçılıq, yaradıcılıq fəaliyyətlərinin təşkilatçısı rolunu oynayır. Bundan başqa
müəllim təlim prosesində şagirdlərin müstəqil şəkildə biliklər əldə etməsinə,
müxtəlif mənbələrdən aldığı informasiyanı tənqidi şəkildə təhlil etməsinə, düzgün
nəticələr çıxarmasına, təlim işi zamanı meydana çıxan problemləri həll etməsinə
kömək edir. Əməkdaşlıq şəraitində təlimdə idraki proseslərin qarşılıqlı əlaqələri
aşağıdakı zəncirlə bir-birinə bağlıdır: müstəqil fərdi iş - qruplarda birgə iş - ümumi
cavabdehlik. Təlim qruplarında bu qaydalara əməl olunmalıdır:
- qrupun hər hansı üzvü və ya üzvləri ilə fəaliyyət göstərməyə hazır olmaq;
- verilmiş tapşırığın yerinə yetirilməsinə ciddi yanaşmaq, fəal işləmək;
- qrup yoldaşları ilə hörmətlə, mehribanlıqla rəftar etmək;
- özünün, yoldaşlarının, eləcə də bütün sinfin uğurlar qazanmasına çalışmaq;
- qrupda birgə işləməyin məsuliyyətini dərk etmək.
Dərsdə istifadə olunan təlim vasitələri və təlim materialları öncədən
müəyyənləşdirilməlidir. Həmçinin dərsdə icra olunacaq işlər üçün vaxt əvvəlcədən
düşünülməlidir. Qrupda kimin hansı işi görəcəyini şagirdlər özləri
38
razılaşmalıdırlar. Qrupda aparıcı-lider (tapşırıqların yerinə yetirilməsinə nəzarət
edən və şagirdləri hesabat verməyə hazırlayan), redaktor (icra olunan işlərin
doğruluğunu yoxlayan) və formalaşdırıcı (tapşırığın səliqəli və qəşəng formada
yazılmasına baxan) şagirdlər də əvvəlcədən müəyyənləşlməlidir.
Hər qrupda həm qüvvəli, həm orta qüvvəli, həm də zəif şaqirdlər - oğlan və
qızlar olmalıdır.
Əgər qrup şagirdlərinin fəaliyyətinə onlar özləri nəzarət edir və nəticələri
özləri qiymətləndirirsə, onda hər bir qrupa böyük kağız, flomaster və lazım olacaq
başqa materiallar da verilməlidir.
Əgər yeni dərs materialına aid suallara cavab vermək tapşırığı verilirsə, hər
qrup şagirdinə 2-3 sualı cavablandırmaq həvalə olunur. Bu
zaman çətin suallar qüvvəli uşağa verilir və ilk cavab ondan tələb olunur,
onun cavabının doğru və ya nöqsanlı olmasına isə başqa qruplardan eyni sualı
almış şagirdlər münasibət bildirirlər. Sonra qruplarda rollar dəyişdirilə bilər (yəni,
bir qrupdakı şagirdlər cavab verir, o biri qrupdakılar onu müzakirə və təsdiq
edirlər). Beləlikə, verilmiş bütün suallar ümumi sinif şagirdləri tərəfindən müzakirə
olunur.
Verilmiş tapşırığa aid bir qrupdan qüvvəli şagird məruzə ilə çıxış etdikdə,
başqa qruplardakı şagirdlər ona suallar verə bilər. Əgər bu qrupun bütün
şagirdlərinə eyni bir məsələni və ya çalışmanı həll etmək tapşırılırsa (bunu hamı
bacara bildikdə belə tapşırıq verilir), cavab əvvəlcə zəif şagirddən alınır.
Qiymətləndirmə ümumi qrupa aid olur, qrupun ümumi qiyməti üzvlərin hər
birinin fəaliyyət səviyyəsindən asılıdır.
Qruplarla iş zamanı müəllimin əsas vəzifəsi şagirdləri bilməməkdə,
bacarmamaqda günahlandırmaq və bunları sinifdə elan etmək deyil, onları
bilmədiklərini
və
bacarmadıqlarını öyrənməyə istiqamətləndirmək, yol
göstərməkdir. Əgər qrup verilən tapşırığın öhdəsindən gələ bilmirsə bunun iki
səbəbi ola bilər:
1) tapşırıq həddən artıq çətin və mürəkkəbdir (bu halda müəllim tapşırığı həll
etmək üçün əlavə izahat verməlidir);
2) məsələni (tapşırığı) həll edə bilmək üçün şagirdlərdə möhkəm praktik
vərdişlər yaranmayıb (deməli, həmin şagirdlərdə belə praktik vərdişlər
yaradılmalıdır).
Bütün hallarda şagirdlərin cəzalandırılması yox, müəllimin pedaqoji
ustalığının artırılması tələb olunur.
Qrupların fəaliyyəti müddətində müəllim şagirdlərin gördüyü işləri izləməli,
lazım gəldikdə ehtiyacı olan qrupa kömək etməlidir.
Müəllim öz köməyini xeyirxahlıqla, sakit tərzdə etməli və bunu qrupda
müzakirə aparan şagirdlərə də təlqin etməlidir.
Yeni pedaqoji texnologiyanın hər hansı variantının uğurlu alınması üçün
müəllimdən şəraiti, şagirdlərin hazırlıq səviyyəsini və psixoloji xüsusiyyətlərini
nəzərə almaqla işə yaradıcı yanaşmaq tələb olunur. Yaradıcılıq və pedaqoji ustalıq
müvəffəqiyyətin rəhnidir, onların qarşılıqlı əlaqələrini belə ifadə etmək olar:
Pedaqoji ustalıq + texnoloji biliklərə yiyələnmə + şagird şəxsiyyəti + şərait =
uğur, nailiyyət.
39
Əməkdaşlıq etməklə işləmək bacarığı tədricən formalaşır. Formalaşma
aşağıdakılara əməl olunması ilə tədricən tamamlanır:
- bu və ya başqa bacarığın, vərdişin qazanılmasının nədən ötrü lazım olduğu
şagirdlərə başa salınır;
- aşılanan bacarıq və vərdişin nədən ibarət olması və necə formalaşmasını
şagirdlər bilməlidir;
- lazımi bacarıq, vərdiş praktikasının formalaşması təşkil edilməlidir;
- şagirdin verilən tapşırığı yerinə yetirmək üçün kifayət qədər informasiya
aldığına əmin olunmalıdır;
- fəaliyyət zamanı şagirdlərin bir-birinə kömək etmələri üçün onlar
stimullaşdırılmalıdır;
- şagirdlərin müsbət nəticələrə nail olmaq istəməsi üçün lazımi situasiyalar
yaradılmalıdır;
- belə praktika o vaxta qədər stimullaşdırılmalıdır ki, şagirdlərdə buna tələbat
yaransın.
Əgər təşkil edilmiş müəyyən qruplarda iş yaxşı alınarsa, mehriban ünsiyyət,
qarşılıqlı hörmət pozulmazsa onlar tərkibi dəyişmədən uzun müddət fəaliyyətlərini
davam etdirə bilərlər. Əks halda hər yeni tapşırıq veriləndə qrupların tərkibi
dəyişdirilməlidir. Tərkibi uzun müddət dəyişməyən baza qrupları yeni materialın
öyrənilməsi, ev tapşırığının yerinə yetirilməsi, yoxlama yazı işi və testlərə hazırlıq
işləri üçün daha əlverişli hesab olunur. Verilmiş məsələnin və ya pedaqoji
situasiyanın həllinə uyğun olaraq qruplar yalnız qüvvəli və yalnız zəif şagirdlərdən
də təşkil oluna bilər. Bu halda zəif qrupun fəaliyyətinə müəllim yaxından, daha çox
istiqamət verməlidir. Qüvvəli qrup – ekspert qrupu kimi keçilmiş tədris
materiallarını ümumiləşdirəndə, başqa şagird qruplarının işini qiymətləndirəndə,
onların işinə rəy verəndə istifadə oluna bilər.
"Əməkdaşlıqla təlim texnologiyası" ilə dərsə hazırlıq və onun gedişinin
planlaşdırılması (layihələşdirilməsi) üçün aşağıdakı işlər görülməlidir:
1. Keçən dərslərdə öyrənilmiş materialların mənimsənilmə səviyyəsinin qısa
müddətli yoxlanması (testləşdirmə və ya ev tapşırığının yoxlanması kimi).
2. Dərsdə şagirdlərin müstəqil öyrənə bilmədiyi təlim materialı olduqda
müəllimin qısa müddətli şərh verməsi.
3. Öyrənilən materialın tətbiqinə aid praktik tapşırıqların yerinə yetirilməsi
(yeni məsələlərin, problemlərin həlli).
4. Alınmış nəticələrin təhlili, ümumiləşdirilməsi, əsaslandırılması yolu ilə
əqli bacarıqların formalaşdırılması (qruplarda alınan nəticələri müzakirə etmək,
diskussiya təşkil etmək, bir qrup şagirdin verdiyi cavablara başqalarının münasibət
bildirməsi yolu ilə).
Dərsdə qruplara elə tapşırıqlar verilməlidər ki, onlar bu tapşırıqların yerinə
yetirilməsində əvvəlki dərslərdə yiyələndikləri bacarıqlardan istifadə edə bilsinlər.
Yeni dərsdə şagirdlərin yiyələnəcəyi konkret bilik, bacarıq və vərdişlər əvvəlcədən
müəyyənləşdirilməlidir, burada akademik, əqli və ümumtəlim bacarıq və vərdişlər
ayrıca qeyd olunmalıdır. Həmçinin dərsdə istifadə olunacaq fəaliyyət növləri və
vasitələri, tədris avadanlığı və tətbiq olunacaq hər bir fəaliyyət növünə ayrılan vaxt
əvvəlcədən təxmini olaraq müəyyənləşməlidir.
40
5. Bir dərsdə kiçik qruplarda yerinə yetiriləcək tapşırıqlar və onların həcminin
müəyyənləşdirilməsi. Dərsin başlanğıcında şagirdlərə elan olunur ki, qrupa verilən
tapşırıqlar bütövlükdə hər kəs tərəfindən ayrıca öyrənilmir, hərə ona ayrılan hissəni
öyrənir, sonra qrupda müzakirə edilir, hər bir şəxsin cavabı hamı tərəfindən
dınlənilir və yadda saxlanır. Tapşırığın həllində kim çətinlik çəksə yoldaşlarına
müraciət edir və birlikdə həll edilir. Burada heç bir yarışma aparılmır, qrupun işinə
ümumi qiymət verilir, onun uğuru hər bir üzvün necə fəaliyyət göstərməsindən
asılı olur. Qrupların hamısı üçün eyni və ya hər qrupa ayrı-ayrı tapşırıq verilə bilər.
6.Qruplara verilən tapşırıqlar yerinə yetirildikdən sonra kollektiv müzakirənin
aparılması. Bu mərhələdə qrupun bir üzvü tapşırığın yerinə yetirilməsinə aid
məruzə ilə çıxış etməlidir, tapşırığa aid verilən suala cavab verməyə qrupun hər bir
üzvü hazır olmalıdır. Başqa qrupun üzvləri nəinki məruzəçiyə və qrupun üzvlərinə
sual verə bilərlər, hətta cavablara əlavə edib onu dəqiqləşdirə də bilərlər.
Bütün variantlarda aparılan əməkdaşlıqla təlimdə qrupların işinin nəticəsi
kollektiv
müzakirə,
refleksiya,
ünsiyyət
mədəniyyəti
vərdişlərinin
formalaşdırılması və obyektiv olaraq özünüqiymətləndirmə, özünütəhlillə
sonunclanmalıdır.
7.Mükafatlandırma. Mükafatlandırmada əsas qaydalar bunlardır:
- əgər qruplarda şagirdlər həvəslə (məhsuldar) işləyirsə onları hər dəfə
tərifləməyə ehtiyac yoxdur, bu normal hal kimi qəbul edilməlidir (şagirdlərə də bu
təlqin edilir);
- mükafatlandırma (tərifləmə, xüsusi qeyd etmə və s.) qrupun bütün üzvlərinə
aid edilməlidir;
- əgər qrup tərifə layiq işləməyibsə bunu hamının yanında qeyd etməyin, çünki
bu halda qrup daxilində mübahisələr, ruhdan düşmə və b. neqativ hallar əmələ gələ
bilər. Belə qruplara həmin tapşırığın evdə həll edilməsi həvalə olunur və ya qrupa
əlavə izahat verilir ki, onlar tapşırığın öhdəsindən gələ bilsin. Tapşırığın yerinə
yetirilməməsinin səbəbini müəllim özündə axtarmalıdır (çətin tapşırıq verilib,
şagirdlərdə lazımi bacarıqlar yaradılmayıb və s.);
-mükafatlandırma və qiymətləndirmə həm akademik müvəffəqiyyətlərə, həm
də ünsiyyətin psixoloji aspektlərinə görə olmalıdır.
Lahiyələr metodu ilə təlim texnologiyası. Bu metodla təlim fəal əsasda, şagirdin
məqsədəuyğun fəaliyyəti ilə onun şəxsi maraqlarına uyğun qurulur. Tədris
prosesində şagirdə tanış olan və onun üçün əhəmiyyət daşıyan, real həyatdan
götürülmüş ən vacib problemlərin həllinə onun malik olduğu və əldə edəcəyi yeni
biliklərdən istifadə etmək öyrədilir. Müəllim yeni informasiyaların alınma
mənbəyini göstərə bilər və ya bu informasiyaları necə axtarmaq mümkün olduğunu
deyə bilər və şagirdi istiqamətləndirə bilər.
Şagirdlər problemi müstəqil olaraq və yoldaşları ilə birlikdə həll edərkən
müxtəlif sahələrdən əldə etdiyi biliklərdən istifadə edirlər.
Hər hansı vacib problemi həll etmək üçün şagird fəaliyyəti layihələşdirilir.
Layihələşdirilmədə şagirdlərin özləri əsas rol oynayır, müəllim isə onları
istiqamətləndirir. Metodun əsas ideyası sərbəst tərbiyədir (burada şagirdlər
müstəqil fəaliyyətə cəlb olunmaqla özünütərbiyə baş verir). Hazırda, bu ideya
41
yaxşı işlənmiş və qurulmuş təhsil sisteminin inteqrallaşdırılmış bir komponenti
olmaqdadır.
Metodun əsas mahiyyəti müəyyən problemlərin həllində şagirdlərdə marağı
stimullaşdırmaq, bu məqsədlə məlum miqdarda biliklərə yiyələnmək və
lahiyələşdirilmiş fəaliyyətlə nəzərdə tutulmuş bir və ya bir neçə problemi həll
etmək, bununla da əldə edilmiş biliklərin praktik tətbiqini göstərməkdir.
"Layihələr metodu"nda şagirdlər fərdi, cütlər, qruplar şəklində müəyyən vaxt
ərzində müstəqil fəaliyyət göstərməyə, həmişə hansısa bir problemi həll etməyə
yönəldilir. Problemin həllində müxtəlif təlim metodları və təlim vasitələri tətbiq
edilməklə yanaşı, həm də müxtəlif elm, texnika və texnologiya sahələrinə aid
biliklərdən inteqrativ şəkildə istifadə edilməsi nəzərdə tutulur.
Bu "metod" həm dərsdə, həm də dərsdən kənar vaxtlarda tətbiq oluna bilər.
Burada bir mövzunun (bölmənin) öyrənilməsi layihəsi hazırlanır və bu layihə fərdi,
ya ikilikdə, ya da qrup şəklində, müəllimin rəhbərliyi və köməyi ilə yerinə yetirilir.
"Lahiyələr metodu"ndan istifadəyə verilən tələblər aşağıdakılardır:
1. Həlli
inteqrativ
biliklər
və
tədqiqi
axtarışlar
tələb
edən
problemin/məsələnin olması (məsələn, dünyanın və ya ölkənin müxtəlif
reqionlarında demoqrafik problemin tədqiqi; ətraf mühitə “turşu yağışları”nın təsiri
probleminin tədqiqi; avtomobillərin buraxdığı qazlarla şəhər havasının
çirklənməsi; sənaye tullantıları, neft və neft məhsulları ilə Xəzərin çirklənməsi və
s.).
Sinif-dərs sistemində layihə üzərində iş mərhələlərlə (4-6 dərs saatında)
aparıla bilər. Dərslərdə yerinə yetiriləcək işləri aşağıdakı ardıcıllıqla sıralamaq
olar:
1. Layihənin mövzusu və məqsədlərinin müəyyənləşdirilməsi, təşkilati işlərin
görülməsi (tədqiqat problemi seçilir; hipotez irəli sürülür; onun izahı və isbat
edilməsi yolları müəyyənləşdirilir; informasiya toplayacaq şagird qrupları təyin
olunur və hər bir qrup üzvünün vəzifəsi aydınlaşdırılır).
2. Tədqiqat metodları və üsullarının müəyyənləşdirilməsi (əvvəlcə qruplarda,
sonra isə ümumi sinif üzrə diskussiyalarda metod və üsulların secilməsi; mövzuya
aid ayrı-ayrı istiqamətlərdə ekspert qruplarının işinin müəyyənləşdirilməsi, baza
qruplarında informasiya mübadiləsi.
3. İnformasiya mübadiləsi, ekspert qrupları ilə iş, qrup liderləri ilə iş, iş
metodları və hesabat formalarının seçilməsi (informasiya əldə edilməsi və
mübadiləsi üzrə işlərin birlikdə təhlili; layihənin istiqamətləri üzrə
müəyyənləşdirilmiş formada hesabatların tərtibi;
4. qrupların üzvləri tərəfindən təklif olunan və hipotezləri təsdiq, yaxud inkar
edən arqumentlərin müəyyənləşdirilməsi).
5. Aparılan eksperimentlərin, araşdırmaların nəticələrinin və qrupların
topladığı informasiyaların təhlili (toplanmış informasiyaların və alınmış nəticələrin
müzakirəsi; istiqamətlər üzrə nəticələrin arqumentləşdirilməsi; istiqamətlər üzrə
layihələrin müdafiəsi üçün rolların bölünməsi).
6. Layihələrin müdafiəsi üçün ssenarilərin tərtibi və kiçik qruplarda iş (hər bir
layihə ssenarisində problem göstərilir; istiqamət üzrə fərziyyənin təsdiqi sübuta
42
yetirilir; cədvəl, sxem, şəkillər və b. üzrə izahat aparılır, nəticələr çıxarılır; müdafiə
olunacaq layihəyə aid başqa qrupların suallarına cavab verilməsinə hazırlaşılır).
7. Qrupların öz layihələrini müdafiə etməsi (təqdimatı).
8. Mövzuya aid biliklərin sistemləşdirilməsi və qiymətləndirilməsi.
Dərsdənkənar fəaliyyətə aid layihənin hazırlanması və müdafiəsinə müxtəlif
ölkələrdə proqram üzrə 1-3 dərs məşğələsi ayrılır. Belə layihələrin işlənilməsinə
dərsdə başlanılır, sonra iş dərsdənkənar vaxtlarda davam etdirilir. Hazırlanmış və
mənimsənilmiş layihənin müdafiəsi (təqdimatı) həmçinin, dərsdə aparılır.
Layihənin işlənilməsi və işin başa çatdırılmasına bir neçə həftədən bir ayadək vaxt
verilə bilər.
Əsasən dərsdənkənar vaxtlarda işlənən belə layihələr üçün müxtəlif
sahələrdən mövzu götürmək olar. Bu məqsədlə əvvəlcə ümumi bir problem
seçmək, onu tərkib hissələrinə bölmək və həlli yollarını müəyyənləşdirmək
lazımdır. Problemin şagirdlər tərəfindən seçilməsi üçün onlara istiqamətləndirici
suallar verilməlidir. Problemin müəyyənləşdirilməsi üçün həmçinin, şagirdlərə
müxtəlif situasiyalar təqdim olunur. Problemin seçilməsindən sonra məqsədlər
müəyyənləşdirilir. Bu mərhələdən sonra problem formulə edilir. Məsələn, kimya-
ekologiya sahəsində mövzunu tədqiq etmək üçün problem belə seçilə bilər: “Ətraf
mühitin (havanın, suyun, torpağın) kanserogen maddələrlə çox çirklənməsi nə kimi
zərərli nəticələr verə bilər? ” Bu halda aşağıdakı fikirlər söylənə bilər: a) insanlarda
müxtəlif xəstəliklər əmələ gələr; b) kəskin iqlim dəyişmələri baş verər; c) “Turşu
yağışları” müşahidə olunar və s.
İrəli
sürülən
hipotezlərin
təsdiqlənməsi
üçün
göstəricilərin
və
informasiyaların toplanması və təhlili metodları öncədən düşünülür. Bu məqsədlə
şagirdlərin 3-4 nəfərlik qrupları təşkil edilir. Hər qrupa söylənilən fərziyyələrin
birinin təsdiqlənməsi, dərsdənkənar vaxtlarda onlara aid məlumatlar toplanmasına
aid tapşırıqlar verilir. Bir müddətdən sonra diskussiyalar, müzakirələr keçirilir və
ümumi nəticələrə gəlinir. Bunun üçün şagirdlərə internetə girmək, problemlə
məşğul olan təşkilatlarla əlaqələr yaratmaq, fərdi söhbətlər aparmaq və s. imkanları
verilir, onlara kömək edilir.
Dostları ilə paylaş: |