obyektin və s.) müqayisəli səciyyəsini əks etdirən «Venn diaqramı»nın tətbiq
edilməsi tədris baxımından çox maraqlıdır. İki mövzunun oxşar və fərqli
cəhətlərinin üzə çıxarılmasına həsr olunan bu metod şagirdləri alternativ düşüncəyə
cəlb edir, -onlarda qoyulmuş məsələnin daha çox cəhətli müzakirəsini tələb edir.
50
2. Bilik və bacarıqların möhkəmləndirilməsi və inkişaf etdirilməsi (və ya
praktik məşğələ) dərsi.
3. Bilik və bacarıqların ümumiləşdirilməsi və sistemləşdirilməsi dərsi.
4. Əldə edilmiş bilik, bacarıq və vərdişlərin səviyyəsinin qiymətləndirilməsi
dərsi.
Bundan başqa, bu dörd dərsin iki və daha çox tipinin elementlərindən istifadə
edilən qarışıq və ya kombinə edilmiş dərs tipini də
yaratmaq mümkündür.
1-ci dərs tipində əsas didaktiv məqsəd şagirdlərin təlim materialını
öyrənməsinə nail olmaqdır. Məqsədə nail olmaq üçün dərs prosesində ardıcıl
olaraq şagirdləri yeni anlayışları, faktları və hadisələri mənimsəməyə yönəltmək,
bunun üçün onların müstəqil idrak fəaliyyətini təşkil etmək və istiqamətləndirmək
lazımdır. Yeni materialın öyrədilməsi dərsində həmçinin müəllim şagirdlərin
müstəqil fəaliyyət göstərməklə dərk edə bilmədiyi nəzəri məsələlərə,
mexanizmlərə qısa müddətli şərh verməlidir.
Yeni materialın öyrədilməsi dərsində təlim prosesinin demək olar ki, bütün
mərhələləri-sorğu, yeni tədris materialının öyrənilməsi, bilik və bacarıqların
möhkəmləndirilməsi, ev tapşırığının yoxlanılması və verilməsi ehtiva
olunur.
2-ci dərs tipində əvvəlki dərslərdə öyrənilən bilik və bacarıqların
aktuallaşdırılması, yeni öyrənilən materiala tətbiqi, yeni öyrənilən biliklərin
möhkəmləndirilməsi və nisbətən dərinləşdirilməsi, yeni bacarıq və vərdişlərin
formalaşdırılması aparılır, qazanılmış yeni bilik, bacarıq və vərdişlər
təkmilləşdirilir, inkişaf etdirilir. Kimyanın tədrisində tətbiq olunan müxtəlif növ
praktik məşğələlər (kimyəvi təcrübələrin aparılması, molekul və atomların
modellərinin tərtibi, çalışmalar və hesablama məsələlərin həlli və b.) bu dərs tipinə
aid edilir.
3-cü dərs tipində bir fəslin (bölmənin, mövzunun) tədris materiallarına aid
öyrənilmiş əsas anlayışlar, bilik və bacarıqlar aktuallaşdırılır, ümumiləşdirilir və
sistemə salınır. Bu məqsədlə evdə və dərsdə ən mühüm anlayışların təkrarı aparılır,
onlara aid ümumiləşdirici çalışmalar və məsələlər həll etdirilir.
4-cü tip dərslərdə müəyyən müddətdə (yarımildə, ildə) tədris vahidinin
öyrənilməsi başa çatdıqdan sonra yarım illik və tədris ilinin sonunda şagirdlərin
bilik və bacarıqları yoxlanılıb qiymətləndirilir. Son illərdə bu məqsədlə ən əlverişli
üsul yazılı test yoxlaması hesab olunur. Bilik və bacarıqların səviyyəsinin
qiymətləndirilməsi və təhlili sinifdə sonrakı təlim işini necə planlaşdırmaq üçün
əsas verir, müəllim gələcəkdəki fəaliyyətini müəyyənləşdirir.
İndiki dövrdə tədris olunan dərsləri tətbiq olunan təlim metodları və
vasitələrinə görə əsasən iki qrupa bölmək olar: problemli dərslər və problemli
olmayan izahlı-illüstrativ dərslər. Problemli dərslər məntiqi-psixoloji və didaktik
quruluşuna görə o birilərindən fərqlənirlər. Məntiqi-psixoloji problemli dərslərdə
müəllim problem-situasiya yaradır və şagirdlərin müstəqil işlərini təşkil etməklə
təlim probleminin həllinə nail olunur. Problem həm müəllim, həm də şagirdlərin
özləri tərəfindən irəli sürülə bilər. Sinfin inkişaf səviyyəsindən asılı olaraq
problemin həlli də müəllim və ya şagirdlər tərəfindən həyata keçirilə bilər.
51
Dərslərin uğurla təşkili üçün onların tipləri ilə yanaşı ona müvafiq fəaliyyət
növləri də ayırd edilməlidir. Dərs tiplərini müəllim və şagirdlərin fəaliyyət
xarakterinə görə növlərə bölmək praktik baxımdan faydalıdır.
Məlumdur ki, dərsdə konkret fəaliyyət üsulunun seçilməsi müəllimin metodik
hazırlıq səviyyəsindən, tətbiq ediləcək təlim metodundan, sinif şagirdlərinin
mövcud bilik səviyyəsindən və başqa subyektiv amillərdən asılıdır. Müxtəlif
metodlar eyni bir üsulla reallaşdırıla bildiyindən (məsələn, dialoji şərh və qismən-
axtarış metodlarının hər biri müsahibə üsulu ilə) dərsin növü müəyyənləşdirilərkən
təlim metodunun özü yox, onların reallaşdırılması üsulu (forması) əsas götürülür.
Aşağıdakı cədvəldə dərslərin tiplərinə müvafiq üsullar-fəaliyyət növlərini nəzərdən
keçirək.
Cədvəl 2
Dostları ilə paylaş: