Hara getdiyini, nə istədiyini, məqsədinin nədən ibarət olduğunu, təlimin
sonunda nəyə nail olacağını və bunu hansı yollarla həyata keçirəcəyini, nail olub-
52
olmadığını necə qiymətləndirəcəyini əvvəlcədən müəyyənləşdirmə bacarığı olan
bir müəllim uğurlu və nəticəyönümlü təlim təşkil edə bilər.Uğurlu və
nəticəyönümlü təlim əvvəlcədən mükəmməl hazırlanmış planlaşdırmadan asılıdır.
Hər bir sinfin kimya kursunun məzmunu və keçirilmə ardıcıllığı tədris
proqramı ilə müəyyən edilən bir sıra mövzulardan ibarətdir.
Mövzular dərslərə bölünür; proqramda hər mövzu üzrə dərslərin təxmini
miqdarı göstərilir ki bu da kursun planlaşdırılması zamanı müəllim üçün müəyyən
yol göstərir. Müəllim bu və ya digər sinfin kimya kursu üzrə illik planlaşdırmanın
tərtibinə başlayarkən, hər şeydən əvvəl bu kursun məqsəd və vəzifələrini özü üçün
aydın etməlidir.
Perespektiv planlaşdırma hazırlamaq üçün müəllimdə bir neçə bacarığın
olması vacibdir. Tədris vahidi və mövzuların ardıcıllığının düzgün
müəyyənləşdirilməsi mühüm bacarıqlardan biridir. Müəllim bu ardıcıllığı
müəyyənləşdirərkən bir neçə prinsiri nəzərə almalıdır. Təbii ki birinci prinsip
məzmun ardıcıllığı baxımından sadədən mürəkkəbə, asandan çətinə doğru getmək
olmalıdır. Təlim nəticələrinin təqdim olunan ardıcıllığı tədris prosesi üçün mütləq
deyil. Müəllim hər hansı təlim nəticəsinin əldə edilməsində ayrılan vaxt ərzində,
proqram materiallarının tədris edilməsindəki ardıcıllığa əməl edilməsində
sərbəstdir.
Müəllim tədris vahidlərini (dərslər bloku) və mövzuların ardıcıllığını
planlaşdırarkən aşağıdakıları nəzərə almalıdır:
fəndaxili inteqrasiyanı
fənlərarası inteqrasiyanı (bəzi tədris vahidləri digər fənlər üçün ilkin şərt ola
bilər; bəzi nəticələr iki fənnin tədris vahidləri ilə əlaqəli inteqrasiya etdirilə bilər)
ardıcıllığın qurulması prinsiplərini
1) məntiqi ardıcıllıq;
2) psixoloji ardıcıllıq (sadədən mürəkkəbə doğru, istiqamət, tətbiq etmə,
layihələrin tərtibi, yaxından uzağa prinsipi);
3) xronoloji ardıcıllıq (tarixi-coğrafi ardıcıllıq),
4) tematik ardıcıllıq (səbəb-nəticə əlaqələri)
hər sinif üzrə tədris vahidlərinin (dərslər blokunun) ümumi təlim
nəticələrinin əsasında tərtib edilməsini
Tədris və təlim prinsiplərini (şagirdyönümlülük; aktiv, müstəqil və birgə
təlim üçün imkanların yaradılması; məqsədyönümlülük; məktəbdən sonrakı və
ictimaiyyətlə bağlı fəaliyyətlərlə əlaqəlilik)
il ərzində keçiriləcək kiçik summativ qiymətləndirmələrin vaxtını
Planlaşdırma aparmaq üçün müəllimə lazım olan bacarıqlardan ikincisi
mövzuların tədrisi zamanı inteqrasiya imkanlarını müəyyən etməkdir.Kimya
fənninin bir çox fənlərlə inteqrasiyası mümkündür (səh. 16-18). Planlaşdırma
aparmaq üçün müəllimə lazım olan bacarıqlardan biri də mövzuya uyğun
resursların seçilməsidir. Mühüm bacarıqlardan biri də mövzulara görə
məqsədyönlü vaxt bölgüsü aparmaqdır.
Təlimin planlaşdırılmasının aşağıdakı növləri vardır:
53
Perspektiv (yarımillik və illik) planlaşma
Cari və ya gündəlik planlaşma
Perspektiv (illik) planlaşmada:
1. Sinif üzrə standartlar nəzərdən keçirilir
2. Tədris vahidləri müəyyən edilir
3. Tədris vahidlərinin ardıcıllığı müəyyənləşdirilir
4. Tədris vahidləri üzrə vaxt bölgüsü aparılır
5. Təlim strategiyası müəyyən edilir
6. Resurslar müəyyən edilir
7. Qiymətləndirmə texnologiyası seçilir
Carı planlaşmada:
1.İllik planlaşdırmaya əsasən məzmu ( dərsin mövzusu müəyyənləşdirilir.
2.Məqsədlər müəyyən olunur.
3.Strategiya seçilir.
4.Resurslar müəyyənləşdirilir.
5.Qiymətləndirmənin forma və üsulları müəyyənləşdirilir.
6.Dərsin planı tərtib olunur.
Məzmunun) müəyyənləşdirilməsi üçün:
1. İllik planlaşdırma nəzərdən keçirilir.
2. Həftəlik tədris vahidi nəzərdən keçirilir.
3. Tematik planlaşdırmaya əsasən dərsin mövzusu seçilir.
Məqsədin müəyyən olunması üçün:
1. Tədris vahidi üçün planlaşdırılmış məzmunun standartı və onun alt
standartlarıı nəzədən keçirilir
2. Dərsin məqsədləri müəyyənləşdirir
Strategiyanın hazırlanması prosesində:
1. Məqsədlərin reallaşmasına yararlı olan təlim strategiyaları seçilir
2. Strategiyaların həyata keçirilməsi üçün uyğun didaktik materiallar
müəyyənləşdirilir.
Resursların seçilməsi zamanı:
illik planlaşdırmada nəzərdə tutulmuş resurslar əldə edilir;
dərslik və digər ədəbiyyatlar müəyyənləşdirilir;
laboratoriya avadanlıqları və didaktik materiallar hazırlanır.
Qiymətləndirmənin forma və üsullarının müəyyənləşdirilməsi prosesində:
- yazılı testlər və sorğular hazırlanır,
- şifahi sorğu materialları seçilir.
- müşahidə formaları müəyyən edilir.
Dostları ilə paylaş: