№
Dərsin tipləri
Fəaliyyət növləri
1
Yeni materialın
öyrədilməsi dərsi.
a) Mühazirə;
b) müsahibə;
c) nəzəri və praktik xarakterli müstəqil işlər;
d) kinofilmə baxış;
e) qarışıq fəaliyyət.
2
Bilik və bacarıqların
möhkəmləndirilməsi
və inkişaf etdirilməsi
(praktik məşğələlər)
dərsi.
a)Müstəqil işlər (reproduktiv xarakterli çalışmalar);
b) laboratoriya təcrübələri;
c) praktik işlər (modelləşdirmə, məsələ həlli, sxem
və cədvəl üzrə iş və s.);
d) seminar dərsi;
e) ekskursiya.
3
Bilik və bacarıqların
ümumiləşdirilməsi və
sistemləşdirilməsi
dərsi.
a) öyrənilənlərin təkrarı və dərinləşdirilməsi;
b) ümumiləşdirici məsələ və çalışmalar həlli;
c) ümumiləşdirici sxem və cədvəllər üzərində
müstəqil işlər;
d) müəllimin ümumiləşdirici-yekunlaşdırıcı sözü.
4
Bilik, bacarıq və vər-
dişlərin səviyyəsinin
qiymətləndirilməsi
dərsi.
a) şifahi sorğu;
b) yazılı sorğu (fərdi şəkildə);
c) zaçot qəbulu (şifahi və yazılı şəkildə);
d) yoxlama yazı işi (adi qaydada və test üsulu ilə).
Dərslərin effektli olması onun quruluşunun necə olacağından da asılıdır. Hər
bir dərsin müxtəlif hissələri, komponentləri və elementləri vardır: giriş hissə
(təşkiletmə), sorğu, şərhetmə, didaktik vasitələr və priyomların seçilməsi, tətbiqi,
müstəqil işlərin təşkili, nəticələrin müzakirəsi, qiymətləndirilməsi və s. Dərsin
bütün elementləri, komponentləri əlaqəlidir və biri-birinə qarşılıqlı təsir edirlər.
Dərsin təşkili və aparilmasında bütün bunlar nəzərə alınmalıdır.
Dostları ilə paylaş: |