İnstitutu



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə49/78
tarix02.01.2022
ölçüsü1,26 Mb.
#40219
1   ...   45   46   47   48   49   50   51   52   ...   78
5 Kimya-kurikulum(1)

        3.   BİBÖ (Bilirik, istəyirik bilək, öyrənməliyik). 

        Hər  hansı  mövzunun  tədris  edilməsində  bu  keyfiyyətlərlə  yanaşı    şagirdlərin 

həmin mövzuya aid sərbəst biliklərinin səviyyəsini müəyyən 

 etmək  çox  əhəmiyyətlidir.  Bu  müəllimə  şagirdlərdə  keçmiş  və  yeni  biliklər 

arasında  əlaqə  yaratmağa  imkan  verir.  BİBÖ  metodu  şagirdlərin  dərs  boyu 

fəallığını  təmin  edir,  birgə  öyrənmənin  yüksək  mərhələsini  yaradır.  Metodun 

birinci  “Bilirik”  mərhələsində  şagirdlərin  dünyagörüşü,  onların  müstəqil  öyrənmə 

qabiliyyəti,  mövzuları  əlaqələndirmə  imkanları  və  hafizəsi  təyin  olunur.  İkinci  

“İstəyirik  bilək”  mərhələsində  isə  artıq  şagirdlərin  təfəkkür  tərzi,  onların  coğrafi 

düşüncə  səviyyəsi,  elmi  fantaziyaları,  əqli  qabiliyyəti  və  arzu,  istəklərinin  əhatə 

dairəsi  üzə  çıxır.  Müəllim  şagird  ehtiyaclarını  nəzərə  almaqla  onları  passiv 

dinləyicidən  aktiv  iştirakçıya,  sadəcə  öyrənən  obyektdən  öyrənmək  istəyən 

subyektə çevirir. Şagirdlərin öyrənmək istədikləri müəllim və şagirdlərin iştrakı ilə 

tədqiqat nəticəsində birgə öyrənilir. Bu metodun sonuncu,  daha vacib “Öyrəndik” 

mərhələsinin  həyata  keçirilməsinə  imkan  yaradır.  Biliklərin  möhkəmləndirilməsi, 

qoyulmuş  sualların  cavablandırılması,  yeni  biliklərin  üzə  çıxması  mövzunun 

öyrənilməsində nəzərdə tutulmuş məqsədə xidmət edir. 

BİBÖ  -  nun  tətbiq  edilməsi  aşağıdakı  mərhələləri  həyata  keçirməyi  tələb 

edir:  

        -Şagirdlər kiçik qruplar və ya cütlər formasında bölünür və onlar tədris olunan 

mövzuya dair bilikləri siyahılaşdırırlar.  

      - Müəllim lövhədə və ya vatman kağızında üç sütundan ibarət cədvəl çəkir.  




Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin