TARAZLIĞIN BƏRPASI YOLLARI
ВЛИЯНИЕ АНТРОПОГЕННЫХ ФАКТОРОВ НА БИОЛОГИЧЕСКИЕ СИСТЕМЫ
И ВОССТАНОВЛЕНИЕ ЭКОЛОГИЧЕСКОГО БАЛАНСА
ANTHROPOGENIC INFLUENCE OF THE FACTORS TO BIOLOGICAL SYSTEMS
WAYS OF AND RESTORATION OF THE ECOLOGICAL BALANCE
11
// Географічні науки // // Міжнародний науковий журнал «Інтернаука» // № 12 (52), 2018
Xülasə. Bəşəriyyətin irəlilədiyi kimi, antropojenik amillər ətraf mühitlə sıx əlaqədə olur və güclü təsir göstərir. Antropojenik amillərin bioloji sistemlərə təsiri litosferə, hidrosferə və atmosferi də təsir edir. Meşələrdə insan faktorunun təsiri daha da artır.
Təbiətdə müxtəlif zərərli insan təsirlərini nəzərə alaraq, aradan qaldırmaq üçün müəyyən tədbirlər görmək vacibdir. Açar sözlər: antropogen, meşə, tullantı, səhralaşma, utiliasiya, bioloji tarazlıq.
Аннотация. По мере развития человечества, антропогенные факторы все больше взаимодействует с окружающей средой, оказывая на нее сильное влияния.
Влияние антропогенных факторов на биологические системы так же влияет на литосферу, гидросферу, а так же атмосферу. В лесах влияние человеческого фактора проявляются еще больше. Учитывая различные вредные воздействия человека на природу важно предпринимать определенные меры для их устранения.
Ключевые слова: антропогенез, леса, отход, опустынивание, биологического баланса.
Summary. As humanity develops, it is strongly influenced by close interactions with the environment.The impact that anthropogenesis has on the entire biological system shows itself in the lithosphere, the hydrosphere, or the atmosphere itself. The more effect of the human factor is in the forests.It is imperative that certain measures be taken to eliminate the harmful effects of human beings during their observation.
Key words: anthropogenesis, forest, forest, garbage, desert, ecological balance.
Bəşəriyyətin müasir yaşayışını ekologiyasız təsəvvür etmək mümkün deyildir. Ətraf mühit deyərkən — insanları əhatə edən, onlarla qarşılıqlı əlaqədə olan günəş şüaları, su, torpaq, hava və canlılar, antropogen maddələr, əşyalar və qurğular nəzərdə tutulur. İnsan özü də ətraf mühitin ayrılmaz və çox güclü təsirə malik bir hissəsidir. Alimlər ətraf mühiti təbii və süni mühit olmaqla iki hissəyə ayırmışlar. İnsanların həmişə asılı olduqları mühit təbiidir. Süni mühit isə cəmiyyətin inkişafı ilə əlaqədar insanların fəaliyyəti nəticəsində yaradılmışdır. Müasir elmin köməyi ilə yaradılmış yeni çoxsaylı bitki və heyvan növləri, süni dəryalar, göllər, qoruqlar və s. süni mühitin obyektləridir. Artıq XX əsrin ortalarından başlayaraq ekoloji böhran özünü göstərmişdir. Bu dövrü ətraf mühitin nəzarətsiz istismarının get‑ gedə artması dövrü kimi də qiymətləndirmək olar.
Antropogen təsirin sənaye dövrü son 300 ili əhatə etməklə kulminasiya həddinə XX əsrdə çatmışdır. Bu mərhələdə biosferdə bütün ekoloji komponentlər güclü antropogen təsirə məruz qalaraq qlobal ekoloji təzadlar yaranmışdır. XVII əsrə qədər biosferdə ekoloji tarazlıq qlobal şəkildə pozulmamış qalmışdır, ətraf mühitin çirklənməsi isə lokal xarakter daşıyırdı. İnsan cəmiyyəti yaranandan bəri biosferə təsir göstərən və ətraf mühiti dəyişdirən güclü qüvvəyə çevrilmişdir. Biosferin çirklənməsi insan cəmiyyəti yaranan gündən mövcuddur. İnsanın təsərrüfat fəaliyyəti nəticəsində biosferə birbaşa və ya dolayı yolla təsiri antropogen təsir adlanır. Antropogen təsir gücünə görə yalnız geoloji proseslə, miqyasına görə isə biosferdə baş verən maddələr və enerji dövranı ilə müqayisə edilə biər. Cəmiyyətin yaşaması üçün ilkin bioloji məhsula və mineral xammala olan tələbat antropogen təsirin mahiyyətini təşkil edir. Həmin tələbatı ödəyən yeganə mənbə kimi biosfer çıxış edir [1].
Təbii sərvətin mənimsənilməsi, emalı və istifadəsi zamanı yaranan tullantılarla ətraf mühitin çirklənməsi biosferə antropogen təsirin ekoloji nəticələridir. Belə
Dostları ilə paylaş: |