International scientific journal «Internauka» // №12 (52), 2018 // Geographical sciences


// Географічні науки // // Міжнародний науковий журнал «Інтернаука» // № 12 (52), 2018



Yüklə 33,24 Kb.
səhifə4/4
tarix22.10.2022
ölçüsü33,24 Kb.
#65890
1   2   3   4
mnj 2018 12 3

// Географічні науки // // Міжнародний науковий журнал «Інтернаука» // № 12 (52), 2018

qazını udur, bu da 1 saatda 200 nəfərin nəfəsi ilə havaya buraxılan karbon qazının həcminə bərabərdir. Meşələr torpaqları eroziyadan qoruyur, su ehtiyatlarının tükənməsinin qarşısını alır və havanı sanitariya‑gigiyena baxımından saflaşdırır, təbiətdə maddələr mübadiləsində və enerjinin bioloji dövriyyəsində əvəzsiz rol oynayır. Bioloji cəhətdən öz inkişafında bir‑birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur. Dünya üzrə meşə örtüyünün sahəsi 4,1 milyard hektardır. Bunun da adambaşına 0,6 hektar sahəsi düşür. Azərbaycan ərazisinin isə 11,8 faizini meşələr tutur və ümumi sahəsi 1 milyon 213 min hektara çatır. Azərbaycanın meşə ehtiyatlarının 49 %‑i Böyük Qafqaz regionunun, 34 %‑i Kiçik Qafqaz regionunun, 15 %‑i Talış zonasının və 2 %‑i Aran zonasının (Naxçıvan Muxtar Respublikası ilə birlikdə) payına düşür. Ölkəmizdə adambaşına 0,12 hektar meşə sahəsi düşür ki, bu da ümumdünya göstəricisindən dörd dəfə azdır. Hazırda 261 min hektar meşə fondu sahəsi Ermənistan tərəfindən işğal edilmişdir [2].
Son 100–150 ildə, xüsusən də XX əsrdə sənayenin, nəqliyyat və kənd təsərrüfatının inkişafı respublikanın təbii şəraitində əsaslı dəyişikliklər üçün zəmin yaratmışdır: yeraltı və yerüstü sərvətlərdən intensiv şəkildə istifadə olunması, iri sənaye müəssisələrinin inşa edilməsi, su anbarlarının tikilməsi, kanalların və kollektor‑drenaj şəbəkələrinin salınması, energetika və rabitənin inkişafı, dağ rayonlarına avtomobil yollarının çəkilməsi, düzən və dağətəyi ərazilərdə meşələrin qırılması hesabına yaşayış məntəqələrinin, əkin və biçənək sahələrinin genişləndirilməsi ətraf mühitə və onun ayrı‑ayrı komponentlərinə, hava, su, torpaq örtüyünə və təbii biosenozlara antropogen təzyiqləri dəfələrlə artırmışdır. Nəticədə, bəzi yerlərdə torpağın, hava və su hövzələrinin çirklənməsi insan orqanizmi üçün təhlükəli həddə çatmış, eroziya, şorlaşma və şorakətləşmə nəticəsində torpaq örtüyünün, yay və qış otlaqlarının deqradasiyası güclənmiş, meşələr ayrı‑ayrı regionlarda ya tamamilə məhv olmuş, ya da öz təbii‑tarixi strukturunu və arealını dəyişmişdir [3].
Təbiətin mühafizəsi tədbirlərini həyata keçirmək və ekoloji qanunları gözləməklə təbii ehtiyatlardan ağılla və səmerəli şəkildə istifadə bütün bəşəriyyətin və həmçinin respublikamızın qarşısında duran ən vacib məsələlərdən biridir. Aşkar görünür ki, inkişafın müasir mərhələsində ekologiyanın vəzifəsi yalnız orqanizmlərarası əlaqələri və orqanizmüstü sistemlərin fəaliyyət qanunlarını öyrənmək deyildir. Əsas vəzifə təbiətlə cəmiyyət arasındakı qarşılıqlı əlaqələrin səmərəli formalarının tapılması və əsaslandırılmasından ibarətdir. Bu gün ekologiya sahəsində aparıcı fundamental tədqiqatlar iqtisadiyyatın yüksək tempini və təbii sərvətlərdən istifadənin səmərəliliyini saxlamaqla ətraf mühitin qorunması problemi üzərində cəmlənmişdir. Beləliklə də, inkişafının məntiqi nəticəsi kimi, ekologiya elmi təbiət və cəmiyyət arasında əlaqələrin öyrənilməsindən bu əlaqələrin hüquqi, təsərrüfat, etik, inzibatı və s. tənzimlənməsi mərhələsinə — təbiətə ekoetik münasibətin formalaşması mərhələsinə qədəm qoymuşdur. Azərbaycanda meşələrin qırılmasının əsas səbəbləri bölgələrdə yaşayan əhalinin yanacaqla tam təmin olunmaması, əhalinin ekoloji mədəniyyətinin aşağı olması və meşələrin qorunmasının lazımi səviyyədə təşkil edilməməsidir [4].
Ona görə də respublikamızın meşələrində bitən relikt ağaclarını saxlamaq, onların sahələrini artırmaq məqsədilə kompleks meşə təsərrüfatı tədbirləri işlənib həyata keçirilməlidir. Bu işdə ən əsası onların toxumlarının tədarüküdür. Həmin cinsləri saxlamaqla biz ümumiyyətlə meşələrimizi, onların bitdiyi subtropik xassəli torpaqların etalonunu bərpa etmiş oluruq. Aparılan müşahidələr ekoloji sistemin bioloji tarazlığının sabiliyini təmin edilməsində aşağıdakı tədbirləri həyata keçirmək labüddür:

  1. Resurslardan istifadə ilə bilavasitə əlaqədar olan insanlar (fermerlər, meşəçilər, balıqçılar, melioratorlar və s.) lazımi səviyyədə ekoloji biliklərə malik olmalı, resurslardan istifadənin, ətraf mühitin və ölkəyə daxil olan məhsulların ekoloji vəziyyəti haqqında informasiya vaxtaşırı geniş ictimaiyyətə çatdırılmalı, əhali arasında ekoloji biliklərin yayılmasından və bu sahədə maarifçiliyin gücləndirilməsindən ötrü dövlət proqramı işlənib hazırlanmalıdır.

  2. Ekoloji təhsilin məktəbəqədər, məktəb və ali təhsilin səviyyələrinə uyğun mərhələli proqramı işlənilib hazırlanmalı və gənc nəslin təlim‑tərbiyəsində öz yerini tutmalıldır.

  3. Meşə ehtiyatlarının intensiv bərpasını, əhalinin təbii yanacaq vasitəsilə təmin edilməsini, dağətəyi düzənliklərdə torpaqların təsərrüfat ehtiyacı məqsədilə planlı şəkildə istifadəsini, yol tikintisi və tikinti materiallarının emalında meşələrə böyük ziyan vurulmaması şərtilə meşə bərpa işləri həyata keçirilməsi zəruridir.

  4. Təhlükəli sənaye tullantılarının yerləşdirilməsi üçün yeni poliqonların yaradılması; məişət tullantılarının çeşidlənməsi, utilizə edilməsi və təkrar emalının təşkili məqsədilə mütərəqqi təcrübədən istifadə olunmalıdır.

Ədəbiyyat

  1. Məmmədov Q. Ş., Xəlilov M. Y. Azərbaycanın meşələri. Bakı, Elm. — 2002. — 472 s.

  2. Mustafayev X. M., Axundov N. H. Dağ rayonlarında meşələrin salınması və yamacların bərkidilməsi. Bakı. — 1984. — 86 s.

  3. Mustafayev X. M., Axundov N. H. Dağ rayonlarında meşələrin salınması və yamacların bərkidilməsi. Bakı. — 1984. — 86 s.

  4. Xəlilov M. Y. Bitki örtüyünün antropogen dəyişilməsi və bərpası, Azərbaycan Respublikasının konstruktiv coğrafiyası, Bakı, Elm. — 2004. — 377 s.

14


Yüklə 33,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin