ki, Biosferin ilkin və təkrar tullantılarla çirklənməsi müşahidə olunur.
İlkin tullantılar təbii sərvətin mənimsənilməsi nəticəsində istifadəsi tapılmayan, təbii əlaqələri pozulmuş biosfer məhsullarının birbaşa qalıqlarından ibarətdir.
İkinci tullantılara Təbii sərvətin emalı, işlənməsi və istifadəsi nəticəsində yaranan, eyni zamanda həm də insan tərəfindən sintez edilmiş və təbii ekosistemlərə xas olmayan maddələr aiddir. Biosferin təkrar, yəni ikinci tullantılarla çirklənməsi daha ağır təzadlar yaradır.
Ətraf mühitə antropogen təsirin zəruriliyi aşağıdakı səbəblərdən irəli gəlir:
Cəmiyyətin ətraf mühitdən təcrid olunmuş avtonom şəkildə yaşamasının qeyri‑mümkünlüyündən;
Tullantıların və əlavə təsirin aradan qaldırılmamasının qanunauyğun xarakter daşımasından.
Bu qanunauyğunluğa əsasən təsərrüfat fəaliyyətinin bütün sahələri tullantıların yaranması və aradan qaldırılması, prinsip etibarilə, qeyri‑mümkün olan əlavə təsirlərlə nəticələnir. Həmin tullantılar və əlavə təsirlər ya bir formadan digərinə keçirilə bilər, ya da hər hansı bir məkanda yerləşdirilə bilər.
XVII əsrdən başlayaraq sənayenin surətli inkişafı və güclü urbanizasiya biosferin sabitliyini pozan başlıca amilə çevrilmişdir. XX əsrin ortalarından başlayaraq iqtisadiyyatın bütün sahələrinin, o cümlədən kənd təsərrüfatı istehsalının da sənayeləşdirilməsi və iri şəhərlərin yaranması biosferə antropogen təsiri artırmaqla ekoloji bəlalar yaratmışdır.
Biosferə antropogen təsirin fəsadları özünü aşağıdakı formalarda təzahür etdirir:
Litosferin sturukturunun dəyişdirilməsi, xam torpaqların, çöl və çəmənliklərin əkilməsi, meşə örtüyünün məhv edilərək geniş sahələrin meşəsizləşdirilməsi, səhralaşma və bozqırlaşma, meliorasiya və irriqasiya işlərinin aparılması, süni su hövzələrinin və dəryaçaların yaradılması və s. nəticəsində — biosferi təşkil edən komponentlərin əlaqələrinin və maddələr mübadiləsinin balansının pozulması, faydalı qazıntıların çıxarılması, sənaye və məişət tullantılarının litosferdə toplanması, çirkləndirici maddə və birləşmələrin atmosferə, litosferə və hidrosferə buraxılması, quraqlaşma, subasma və s. nəticəsində;
Yer kürəsinin ayrı‑ayrı regionlarında və planetdə bütövlükdə enerji, o cümlədən istilik, balansının pozulması: atmosferdə karbon qazının (CO2) qatılığının artması nəticəsində “parnik” (istixana) effektinin yaranması, iqlimin istiləşməsi, ozon təbəqəsinin deqradasiyaya uğramasından;
Biotanikanın (bitki və heyvanlar aləminin məcmusu) dəyişdirilməsi: bir çox bitki və heyvan növlərinin məhv edilərək itirilməsi, yeni heyvan cinslərinin və bitki sortlarının yaradılması, bioloji müxtəlifliyin sıradan çıxması, ətraf mühitdə (torpaq, su, hava) arzu olunmayan biogenlərin və hansısa ərazidə yeni orqanizmlərin peyda olması, kənd təsərrüfatı bitkilərində və mal‑qarada infeksion və parazitar xəstəlik törədicilərinin və ziyanvericilərinin yayılması, mikrobioloji çirklənmə və s. Elmi‑texniki tərəqqinin inkişaf səviyyəsi bu gün 10 milyona yaxın maddə sintez etməyə imkan verir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən hazılrda 500 minə yaxın kimyəvi birləşmə praktiki tətbiqini tapmışdır. Onlardan 40 minə yaxın birləşmə insan üçün zərərli, 12 mini isə toksiki hesab olunur [2]. Biosferin antropogen çirklənməsinə əsasən sənaye, energetika və nəqliyyat vasitələri (birlikdə 76 %) səbəb olur.
Onların iştirakı təşkil edir: sənaye — 38 %; energetika — 22 %; nəqliyyat vasitələri — 16 %; kənd təsərrüfatı — 14 %; məişət tullantıları — 7 %; digər mənbələr — 3 %.
Biosferə 1 ildə antropogen təsirin nəticələri və miqyası:
Yerin təkindən 300 mlrd. ton mineral sərvət çıxarılır, o cümlədən, 100 mlrd ton dəmir filizi;
Tikinti və dağ‑mədən işləri zamanı 4 min km3 qrunt və suxur daşınır;
800 mln. ton metal (müxtəlif) əridilir;
50–70 min km2 torpaq səhralaşma, şoranlaşma, tikinti və s. nəticəsində itirilir;
18 mln. hektar meşə sahəsi məhv edilir;
Minə yaxın bitki və heyvan növü itirilir;
Dünya okeanına 10 mln. ton neft məhsulları düşərək onu çirkləndirir;
7 mlrd. ton şərti yanacaq yandırılır;
4 mln. ton pestisid istifadə olunur;
30 mlrd. ton sənaye və məişət tullantıları bərk, maye və • 7 mlrd. ton şərti yanacaq yandırılır;
4 mln. ton pestisid istifadə olunur;
30 mlrd. ton sənaye və məişət tullantıları bərk, maye və qaz halında atmosferə, hidrosferə və litosferə atılaraq biosferi çirkləndirir.
Böyük şəhərlərin böyük də ekoloji problemləri mövcuddur. İri şəhərlərin yaranmasına sənayenin inkişafı, urbanizasiya və demoqrafik partlayış başlıca səbəb olmuşdur. Sənayenin inkişafı ilə bağlı iri şəhərlər yaranmağa başlamış, həmin şəhərlərin əhalisi kənd yerində yaşayan əhalinin (kəndlilərin) hesabına formalaşmışdır. Şəhərlər inkişaf etdikcə kənd əhalisinin şəhərə axını (urbanizasiyası) güclənmiş, nəticədə şəhər və kənd əhalisinin sayında qeyri‑bərabərlik yaranmışdır və bu gün əhalinin yarıdan çoxu şəhərlərdə məskunlaşmışdır. Bəzi inkişaf etmiş ölkələrdə bu göstərici 75 %‑ə çatır. Ətraf mühitin çirklənməsində və biosferin deqradasiyaya uğramasında böyük şəhərlər əsas yer tutur.
Ətraf mühiti çirkləndirən əsas mənbələr — sənaye, energetika və nəqliyyat vasitələri şəhərlərdə cəmləşmişdir. Bunlar şəhərin sosial‑iqtisadi problemlərinin həllinə xidmət etməklə bərabər onun ekoloji durumunun gərginləşməsinə səbəb olurlar. Digər problem şəhərin həyat fəaliyyəti təchizatı və onun nəticələri ilə bağlıdır. Şəhər əhalisinin sayının artması, ərzaq, su, işıq, enerji və s. təchizatı problemi ilə yanaşı, məişət və tikinti‑iaşə tullantılarının miqdarının yüksəlməsi də əsl ekoloji bəlaya çevrilmişdir.
İnkişaf etmiş ölkələrdə əhalisinin sayı 1 mln. nəfər olan şəhərin suya, ərzağa və yanacağa olan sutkalıq tələbatı yüksək səviyyədə olsa da, bunların müqabilində yaranan tullantıların miqdarı düşünməyə daha çox vadar edir. Ətraf mühitin məişət tullantıları ilə çirklənməsi cəmiyyəti narahat edən ekoloji problemlərdən biridir. Mənşəyinə görə çirklənmə aşağıdakı səbəblərə əsasən bölünür:
Təbii — təbiətdə müşahidə olunan hadisə və proseslərin nəticəsində yaranır (vulkan püskürməsi, sel hadisələri, meteoritlərin atmosferin Yerə yaxın təbəqələrinə daxil olması, meşə yanğınları və s.);
Antropogen — insanın saysız hesabsız fəaliyyəti ilə bağlı bütün çirklənmələr. Çirklənmə obyektinə görə: suyun, atmosferin, torpağın və təbii landşaftın çirklənməsi;
Əhatə etdiyi əraziyə miqyasına görə:
lokal — kiçik əraziləri əhatə etməklə, məhdud, yerli xarakter daşıyır;
regional — ölkə daxilində ərazinin hər hansı hissəsini əhatə edir;
transsərhəd — bir neçə ölkənin ərazisinə aiddir.
Kiçik şəhərlərdə və ucqar dağ rayonlarında isə antropogen dəyişikliklər əsasən nəqliyyat, tikinti və meşə ekosistemlərinin pozğuntuları ilə əlaqədar baş verir. Insanın təsərrüfat fəaliyyətinin təsiri daha çox özünü meşə ekosistemlərindəki dəyişikliklərdə büruzə verir.
Meşələr öz‑özünü tənzimləyən ekosistem sayılır. Meşədəki ağaclar, kol və ot bitkiləri ömrünü başa vurduqdan sonra onların yerinə yeni bitkilər inkişaf edir və yaranan boşluqlar bərpa olunur. Toxunulmamış qədim meşələrə Yer kürəsinin yalnız ən ucqar guşələrində təsadüf olunur. Planetdəki meşələrin əksər hissəsi çox zaman insan fəaliyyətinin təsiri altında olduğuna görə sonradan bərpa olunmuş meşə sahələri hesab edilir. Meşələrin təbiətdə ən böyük rolu — hər hektarın il ərzində 10–20 ton karbon qazını udaraq əvəzində oksigen ixrac etməsidir. 1 ha meşə sahəsi 1 saatda 8 kq karbon