İnzibati icraat haqqında


İNZİBATİ ŞİKAYƏTLƏR ÜZRƏ İCRAAT



Yüklə 67,77 Kb.
səhifə7/29
tarix01.01.2022
ölçüsü67,77 Kb.
#50657
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   10   ...   29
inzibati icraat haqqında qanun

İNZİBATİ ŞİKAYƏTLƏR ÜZRƏ İCRAAT

 

Maddə 71. İnzibati aktdan şikayət vermək hüququ



 

71.1. Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər.

71.2. Şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər.

71.3. Yalnız aşağıdakı hallarla bağlı aralıq inzibati aktlardan müstəqil şəkildə subordinasiya baxımından yuxarı inzibati orqana və ya şikayətə baxmaq səlahiyyətinə malik olan digər orqana (bundan sonra - şikayət instansiyası) şikayət verilə bilər:

71.3.1. səlahiyyətlə bağlı;

71.3.2. etirazla bağlı;

71.3.3. icraat üzrə materialların tanış olmaq üçün maraqlı şəxsə təqdim edilməsindən və ya iş üzrə maraqlı şəxsə məlumat verilməsindən imtina olunması ilə bağlı;

71.3.4. qanunla birbaşa nəzərdə tutulmuş digər hallarda.

 

Maddə 72. İnzibati şikayətin verilməsi və geri götürülməsi qaydası



 

72.1. İnzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər.

72.2. İnzibati aktdan eyni zamanda həm inzibati, həm də məhkəmə qaydasında şikayət (inzibati iddia) verildiyi hallarda, şikayətə məhkəmə qaydasında baxılır və şikayət instansiyasında həmin şikayət üzrə başlanılmış icraata xitam verilir.

72.3. İnzibati qaydada şikayət birbaşa və ya inzibati aktı qəbul etmiş inzibati orqan vasitəsilə şikayət instansiyasına təqdim edilir. İnzibati orqan 3 gün müddətində həmin şikayəti şikayət instansiyasına göndərməyə borcludur.

72.4. Bu fəslin müddəaları inzibati qaydada verilən şikayətlərə şamil olunur.

72.5. İnzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir.

72.6. İnzibati qaydada verilmiş şikayət üzrə bu Qanunun 80-ci maddəsində nəzərdə tutulmuş qərar qəbul edilənədək, həmin şikayət maraqlı şəxsin və ya onun nümayəndəsinin ərizəsinə əsasən geri götürülə bilər. [25]

 

Maddə 73. İnzibati şikayətin verilməsi müddəti



 

73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. [26]

73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

73.3. İnzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir.

 

Maddə 74. İnzibati şikayətin forması və məzmunu



 

74.1. İnzibati şikayət yazılı formada tərtib edilir.

74.2. İnzibati şikayətdə aşağıdakı məlumatlar göstərilməlidir:

74.2.1. şikayətin verildiyi inzibati orqanın adı və ünvanı;

74.2.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, yaşayış yeri və ya olduğu yer (hüquqi şəxsin adı və hüquqi ünvanı), inzibati icraatda prosessual vəziyyəti;

74.2.3. barəsində şikayət verilən inzibati akt və ya hərəkət (hərəkətsizlik);

74.2.4. şikayəti verən şəxsin tələbi və tələbin əsasları;

74.2.5. şikayətin tərtib edildiyi tarix;

74.2.6. şikayəti verən şəxsin imzası.

74.3. İnzibati şikayət bu maddədə nəzərdə tutulmuş formal tələblərə cavab vermədikdə, inzibati orqan şikayətin həmin tələblərə uyğun olaraq düzəldilməsi üçün qısa müddət təyin edir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini şikayətçiyə izah edir.

 

Maddə 75. İnzibati şikayətin baxılmamış saxlanılmasının əsasları



 

75.1. Şikayət instansiyası aşağıdakı hallarda inzibati şikayəti baxılmamış saxlayır:

75.1.1. bu Qanunun 74-cü maddəsində nəzərdə tutulmuş tələblərə əməl olunmadıqda;

75.1.2. şikayətin predmeti üzrə digər səlahiyyətli inzibati orqanın və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda; [27]

75.1.3. inzibati şikayətin verilməsi üçün qanunla müəyyən olunmuş müddət buraxıldıqda və buraxılmış müddət bərpa edilmədikdə;

75.1.4. şikayət maraqlı şəxsin və ya onun nümayəndəsinin ərizəsinə əsasən geri götürüldükdə. [28]

75.2. Şikayət instansiyası şikayətin baxılmamış saxlanılması barədə qərar qəbul edir. Həmin qərardan bu Qanunla müəyyən olunmuş qaydada şikayət verilə bilər.

75.3. Şikayət instansiyası şikayət üzrə qərar qəbul edilənədək şikayəti vermiş şəxsə öz rəyini bildirmək imkanı verməlidir.

75.4. Bu Qanunun 75.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən inzibati şikayət verilə bilər.

 

Maddə 76. İnzibati şikayətin verilməsinin hüquqi nəticələri



 

76.1. Bu Qanunun 76.2-ci maddəsinə əsasən inzibati aktın icrasının dayandırılması barədə qərar qəbul edildiyi hallar istisna olmaqla, inzibati şikayətin verilməsi şikayət olunan inzibati aktın icrasını dayandırmır. [29]

76.2. İnzibati şikayətin verildiyi hallarda, şikayət olunan inzibati aktın icrasının dayandırılması ilə bağlı məsələyə maraqlı şəxsin ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə şikayət instansiyasının öz təşəbbüsü ilə şikayət instansiyası tərəfindən dərhal baxılır və bu barədə müvafiq qərar qəbul edilir.

76.3. İnzibati aktın icrasının dayandırılması ilə bağlı qərar şikayət instansiyası tərəfindən əsaslandırılmalıdır.

 

Maddə 77. Məhkəmə qaydasında müvəqqəti xarakterli müdafiə



 

77.1. İnzibati şikayətin verilməsindən asılı olmayaraq, maraqlı şəxs müvəqqəti xarakterli müdafiə ilə bağlı məhkəməyə müraciət edə bilər.

77.2. Maraqlı şəxsin müvəqqəti xarakterli müdafiə ilə bağlı ərizəsinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və müddətdə müvafiq məhkəmələr tərəfindən baxılır.

 

Maddə 78. İnzibati şikayətə baxılması müddəti



 

78.1. Qanunda başqa müddət nəzərdə tutulmamışdırsa, şikayət instansiyası daxil olduğu gündən 1 ay müddətində inzibati şikayətə baxmağa və mahiyyəti üzrə qərar qəbul etməyə borcludur.

78.2. Şikayət instansiyası tərəfindən bu Qanunun 78.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində qərar qəbul edilmədikdə və ya şikayət instansiyası tərəfindən qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.

 

Maddə 79. İnzibati şikayətə baxılması qaydası



 

79.1. İnzibati şikayətlər üzrə icraat bu fəslin xüsusiyyətləri nəzərə alınmaqla bu Qanunun IV fəslində müəyyən olunmuş qaydada həyata keçirilir.

79.2. Şikayət inzibati aktı qəbul etmiş inzibati orqana təqdim olunduqda, həmin orqan şikayəti və icraatla bağlı materialları şikayət instansiyasına göndərməyə borcludur. Şikayət maraqlı şəxs tərəfindən birbaşa şikayət instansiyasına təqdim olunduqda, həmin orqan şikayət olunan inzibati aktı qəbul etmiş inzibati orqandan icraatla bağlı materialları tələb edə bilər.

79.3. Şikayət üzrə icraat zamanı şikayət instansiyası tərəfindən işə mahiyyəti üzrə və tam həcmdə baxılır, şikayət olunan aktın qanunauyğunluğu və məqsədəuyğunluğu araşdırılır.

79.4. Şikayət instansiyasının şikayət üzrə qərarı həm işdə olan, həm də əlavə təqdim olunmuş sübutlara əsaslanmalıdır.

79.5. Şikayət instansiyası şikayətə baxılmasını heç bir halda şikayət olunan inzibati aktı qəbul etmiş inzibati orqana və ya onun vəzifəli şəxslərinə həvalə edə bilməz.

 

Maddə 80. İnzibati şikayət üzrə qərar qəbul edilməsi



 

80.1. İnzibati şikayətə baxdıqdan sonra şikayət instansiyası:

80.1.1. inzibati aktı dəyişdirmədən, inzibati şikayəti isə təmin etmədən saxlayır və ya; [30]

80.1.2. inzibati aktı tamamilə və ya qismən ləğv edir və işdə olan və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni inzibati akt qəbul edir və ya; [31]

80.1.3. inzibati aktı dəyişdirir; [32]

80.1.4. inzibati şikayət bu Qanunun 71.2-ci maddəsinə uyğun olaraq inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən verilibsə, həmin şikayət üzrə aparılmış araşdırmanın nəticəsinə dair qərar qəbul edir. [33]

80.2. Şikayət instansiyası tərəfindən inzibati şikayət üzrə qəbul edilmiş qərar inzibati akt sayılır və inzibati aktlara dair bu Qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

 


Yüklə 67,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin