İnzibati İdarəetmə İxtisası: Dövlət və Bələdiyyə idarəetməsi Qrup: db20/2 Müəllim: Qurbanova Səidə


Müəssisə və onun formaları,Dövlət müəssisələri



Yüklə 291,71 Kb.
səhifə3/15
tarix02.01.2022
ölçüsü291,71 Kb.
#47309
1   2   3   4   5   6   7   8   9   ...   15
menecmentin teskilati formaları(referat)

1.Müəssisə və onun formaları,Dövlət müəssisələri
Müəssisə — ölkə iqtisadiyyatının ilkin halqası olub, müəyyən mülkiyətə və kollektiv əməyə əsaslanan ictimai tələbatı ödəmək və mənfəət əldə etmək məqsədi ilə məhsul istehsal edən, iş və xidmətlər göstərən, istehsal-texniki, təşkilati və iqtisadi vəhdətə malik olan hüquqi şəxs statuslu istehsal təsərüfat vahididir.

Müəssisənin vəzifələri aşağıdakılardır:

1.Məhsul buraxılışında,xidmətlərin göstərilməsində,işlərin yerinə yetirilməsində,ictimai tələbatın qane edilməsi

2.mənfəətin əldə edilməsi və bu əsasda qanunvericiliyə uyğun olaraq müəssisənin əmək kollektivinin üzvlərinin sosial-iqtisadi maraqlarının reallaşdırılması

3.büdcə və təsərrüfatçılıq tərəfdaşları-istehsalçılar,tədarükçülər,banklarla qarşılıqlı münasibətlər və s.

Məlumdur ki, müəssisə hüquqi şəxsdir, müəyyən əmlaka malikdir, ondan istifadə və onu idarə edir, müstəqil balansı var, istehsal – təsərrüfat fəaliyyətinin nəticəsi olan mənfəəti və ziyanı aşkar edə biləcək mükəmməl uçot və hesabat aparır. Müəssisə dövlət və istehlakçıların sifarişi, tapşırıqları və müqavilələri əsasında öz planlarını işləyib hazırlayır və onu həyata keçirir.

Müəssisənin əmlakının əmələ gəlmə mənbələri vardır

-təsisçini pul və maddi payları

-məhsul satışından,görülən işlərdən,göstərilən xidmətlərdən habelə təsərrüfat fəaliyyətinin növlərindən alınan gəlirlərdən

-qiymətli kağızların satışından əldə edilən gəlirlərdən

-bank və ya digər kreditlər

-hüquqi və fiziki şəxslərin verdikləri xeyriyyə vəsaitləri və ianələr

-AR-nın qanunvericilik aktları ilə qadağan olunmayan və digər mənbələrdən daxil olan vəsaitlər

Respublikamızda mülkiyyət formalarından aslı olaraq müəssisənin üç forması vardır.

-Dövlət mülkiyyəti

-Qeyri dövlət mülkiyyəti

-bələdiyyə mülkiyyəti

Bütün dünyada mövcud olduğu kimi Respublikamızda da dövlət mülkiyyəti əsasında formalaşan dövlət müəssisələri fəaliyyət göstərir.Dövlət müəsssisələri əsasən büdcədən maliyyələşən və təsərrüfat hesabı fəaliyyət göstərən müəssisələrdir.Dövlət müəssisləri mülkiyyət formasına ,əmlakın formalaşmasına görə iki forması var.Bunlardan ilki əmlakı tamamilə dövlətə məxsus olan müəssislər digəri isə səhmlərin nəzarət paketi dövlətə məxsus olan müəssisələrdir.Dövlət müəssisələrində mülkiyyət dövlətə məxsusdur.Eyni zamanda onun nizamnaməsidə dövlətə məxsusudur.

Dövlət müəssisələrində təsisçilərin verdiyi hüquqlardan aslı olaraq iki formasını göstərmək olar.

1.Təsərrüfatçılığı aparmaq hüququ olan müəssisələlər

2.operativ hüquqi olan müəssisələr.

Təsərrüfatcılığı aparmaq hüquqi olan müəssisələr yuxarı təşkilata cavab verirlər.Operativ idarəetmə hüquqi olan müəssisələr isə fərqli olaraq yuxarı təşkilatların və ya təsisçilərin planları,əmrləri əsasında fəaliyyət göstərirlər.

Qeyri dövlət müəssisələri və ya xüsusi müəssisələr qeyri dövlət mülkiyyəti əsasında yaranır. Bu cür müəssisələr bir və ya bin necə şəxs tərəfindən təşkil olunur.Yəni qeyri dövlət müssisəsini yaramasında fəaliyyətdə olan bir və ya bir neçə qeyri dövlət müəssisəsi iştirak edə bilər.

Qeyri dövlət müəssisələrinin mülkiyyəti xüsusi mülkiyyətdir,onun nizamnamə kapitalı dövlətə məxsus deyil.Dövlət müəssisələrinə nisbətən daha çox müstəqildirlər.Belə müəssisələr fəaliyyətini özü planlaşdırır,müstəqil strategiya həyata keçirir.

Lakin bütün cəmiyyətlərdə olduğu kimi Azərbaycan Respublikasında da qeyri-dövlət müəssisələrinin fəaliyyəti dövlət tərəfindən qanunvericilik əsasında tənzimlənir.  

Təssərüfat hesablı dövlət müəssisələri və qeyri-dövlət müəssisələri vergi xidməti orqanlarına, Dövlət Sosial Müdafiə Fonduna, yerli statistika şöbələrinə hesabatlar təqdim edirlər. Büdcədən maliyyələşən dövlət müəssisələrinin xərcləri büdcə hesabına həyata keçirildiyi üçün onlar yerli maliyyə orqanları qarşısında hesabat verirlər. Dövlət ölkənin sosial-iqtisadi inkişafının tələblərinə uyğun olaraq istər dövlət, istərsə də qeyri-dövlət müəssisələrinin fəaliyyətini tənzimləyir və nəzarət edir. Bu proseslər İqtisadi İnkişaf Nazirliyi, Vergilər Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sosial Müdafiə Fondu, Respublika Prokurorluğu, Məhkəmə Orqanları və s. bu kimi orqanlar tərəfindən həyata keçirilir.

Bələdiyyə müəssisəsini yerli hakimiyyət orqanları təsis edir.Belə müəssisənin əmlakı da müvafiq səviyyəli büdcə yığımları yaxud başqa bələdiyyə müəssisələrinin hesabına yaradılır.

Müəssisənin təşkilatı hüquq formaları ümumiyyətlə beynalxalq təcrübəyədə əsasən müxtəlif olurlar.Müəssisənin təşkilatı hüquqi formalarına fərdi(ailə),kooperativlər,məhdud məsliyyətli cəmiyyətləri,açıq-qapalı səhmdar cəmiyyətləri,birjalar,banklar,fondlar,ittifaqlarını və s göstərmək olar.

2.Fərdi müəssisələr və onların üstünlükləri

Fərdi müəssisələr – vətəndaşın və ya onun ailə üzvlərinin ümumi pay mülkiyyətində olan müəssisələrdir. Fərdi müəssisə vətəndaşın ya da ailə üzvlərinin başqa mülkiyyətçilərə məxsus olan müəssisələrin satın alınması yolu ilə də yaradıla bilər. Bu növ müəssisənin mülkiyyətçisi müəssisənin öhdəliklərinin yerinə yetirilməsinə görə öz əmlakı ilə Azərbaycan Respblikasının qanunvericiliyində nəzərdə tutulan qaydada məsuliyyət daşıyır.

Fərdi müəssisələr kiçik həcmli müəssisələr olurlar və onlar demək olarki daha tez mühitə adaptasiya olurlar,ictimai təlabatın baş verən dəyişikliyinə daha tez reaksiya verirlər. Fərdi müəssisələr üçün çeviklik, qərarları operativ qəbul etmək (məsələni həll etmək üçün tərəfdaşlarla məsləhətləşməyə vaxt sərf etmək lazım gəlmir), motivasiya (özünə işlədiyi üçün gərgin iş üçün stimul artıq vardır) kimi keyfiyyətlər xasdır.Bunlar fərdi müəssisələrin və yaxud kiçik müəssisələrin üstünlükləri kimi qiymətləndirilir.Fərdi müəssisələrin üstünlükləri kimi deavantajlarıda var.


  • biznesin miqyasının kapital çərçivəsində məhdudluğu;

  • iri miqyaslı istehsala nail olmağın az prespektivli olması; -iri miqyaslı tədarükün həyata keçirilməsinin qeyri məhdudluğu;

  • rəqabət qabiliyyətinin zəif olması.



3.Yoldaşlıq müəssisələri onların əlamətləri ,idarə edilməsi.

Yoldaşlıq müəssisələrində həm istehsal fəaliyyətinin təşkili həm də nizamnamə kapitalınm formalaşması iki və daha çox şəxsin (fiziki və ya hüquqi) birgə səyi və vəsaiti ilə həyata keçirilir. Onlardan hər biri müəyyən hüquqlara malik olur və müəyyən məsuliyyət daşıyırlar. Bu hüqüq və məsuliyyət dərəcəsi onların hər birinin nizamnamə kapitalmdakı paymm həcmindən və belə yoldaşlıq müəssisəsinin idarə edilməsi strukturunda tutduğu yerdən asılıdır. Yoldaşlıq müəssisələri aşağıdakı şəxslər tərəfindən yaradıla bilər:



  • fərdi şəxslər tərəfindən;

  • fərdi şəxslər və kommersiya təşkilatlan tərəfindən;

  • kommersiya təşiklatları tərəfindən


Kollektiv sahibkarlığın ən geniş yayılmış formalarından biri təsərrüfat-yol­daşlıqdır. Bu biznesin təşkilati-hüquqi formalarından biri sayılır.Biznes fəaliyyətində istifadə olunan kapitalın və sahibkarın intel­lek­tual potensialının artması təsərrüfat yoldaşlıq yaratmaqla təmin edilə bilər ki, bunun da iki növü olur: tam şərikli, payçı və şərikli. Şərikli (tam ortaqlı) müəssisə azı iki fiziki və hüquqi şəxs tərəfindən müqavilə əsasında təsis edilir. Müəssisənin şərikləri onun öhdəliklərinin yerinə yetirilməsinə görə özlərinin bütün əmlakı ilə məsuliyyət daşıyırlar. Fəaliyyət göstərən müəssisəyə sonradan daxil olan şərik həm də müəs­si­sənin əvvəlki borclarına görə bütün əmlakı ilə məsuliyyət daşıyır. Müəs­si­sədən çıxan şərik həmin vaxta kimi müəssisənin fəaliyyəti nəticəsində ya­ranmış borclara görə digər iştirakçılarla birlikdə bütün əmlakı ilə məsuliyyət daşıyır. Payçı və şərikli (komandit ortaqlıqlar) müəssisə azı bir şərik və payçı tərəfindən təsis edilir. Şərik və payçı həm fiziki şəxs, həm də hüquqi şəxs ola bilər. Şərik müəssisənin öhdəliklərinə və borclarına görə özünün bütün əmlakı ilə, payçı isə yalnız müəssisəyə verdiyi pay həcmində məsuliyyət da­şı­yırlar. Fəaliyyət göstərən müəssisəyə daxil olan şərik həm də müəssisənin həmin vaxta kimi olan borclarına görə də bütün əmlakı ilə məsuliyyət da­şıyır. Müəssisədən çıxan şərik həmin vaxta kimi yaranmış borclara görə də digər şəriklərlə birgə öz əmlakı ilə məsuliyyət daşıyır.
Müəssisənin idarə heyətinin üzvlərinin seçilməsində və onların səla­hiyyətlərini müəyyənləşdirən nizamnamə müddəalarının qəbul edil­məsində yalnız şəriklərin səs vermək hüququ vardır. Nizamnamənin digər müd­dəalarının qəbul edilməsində və müəssisədaxili məsələlərin həllində həm də payçıların səs vermək hüququ vardır. Payçı və şərik müəssisədən çıxdıqda öz payını geri alır.
Yoldaşlığın göstərilən növlərinə bir neçə ümumi əlamətlər xasdır:
1. Yoldaşlıq – insanların könüllü birləşərək sahibkarlıq fəaliyyəti ilə məşğul olmasıdır. Praktiki olaraq yoldaşlığa çox da böyük olmayan bir qrup şəxslər daxil olur. Şərikləri vahid maraq birləşdirir.
2. Yoldaşlıq – müqavilə birliyidir. Müqavilə yazılı şəkildə bağlanılır və tam iştirakçıların hamısı tərəfindən imzalanır. Təsis müqaviləsində şərik­lərin adı, onun yerləşdiyi yer və idarəetmə qaydası haqqında məlumatlar, qoyulan kapitalın həcmi və tərkibi, nizamnamə kapitalında iştirakçıların pa­yının dəyişilməsi, iştirakçıların məsuliyyəti barədə məlumatlar əksetdirilir.
3. Yoldaşlıq – əmlak vasitələrinin birləşməsidir, hansı ki, pul, əşya, daşınan və daşınmaz əmlak şəklində bağlanıla bilər. Daşınmaz əmlaka tor­paq sahəsi, su obyekti, meşə, bina, tikililər və s. aid edilir. İştirakçılar həm özü­nün bütün əmlakını, həm də onun müəyyən hissəsini qoymaq hüququna ma­likdir.
4. Yoldaşlıq – maddi vəsaitlərlə yanaşı şəxsi qüvvənin birləşməsidir. Şəxsi iştirak işin yerinə yetirilməsində, yaxud xidmətlər göstərilməsində təşkilati, sərəncam və idarəetmə fəaliyyətinin həyata keçirilməsində, in­tellektual əməkdə ola bilər. Bu cür iştirakçının payı müxtəlif ola bilər, ancaq müəssisənin fəaliyyətində hər hansı formada şəxsi iştirakı mütləq vacibdir, əks təqdirdə iştirakçının mənfəətdən pay istəmək hüququ yoxdur.
5. Yoldaşlığın məqsədi özünün xarakterinə görə ən müxtəlif birgə fəaliyyətdən mənfəət alınması hesab edilir.
Beləliklə, yoldaşlıq – öz maddi vəsaitlərini birləşdirən və şəxsi səyləri ilə müştərək fəaliyyətdən mənfəət alınmasına çalışan iştirakçıların bağ­­la­dıqları müqaviləyə əsaslanan korporasiyadır.


Yüklə 291,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin